Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3011/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödənilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, bddiaçı İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə və üçüncü şəxslər Zəngilan rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-755/2019 saylı iş üzrə 19 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 dekabr 2017-ci il tarixli, 782 s saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında 2017-ci il 11 sentyabr tarixində baş vermiş yanğın nəticəsində həmin binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinin köçürülməsinə ******* manat, həmçinin 7 məcburi köçkün ailəsinə mənzilməişət əşyalarına dəymiş zərərə görə maddi yardım göstərilməsi məqsədi ilə hər bir ailəyə 2000 manatdan 14000 manat olmaqla, 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunda Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə cəmi 1.054.000,00 manat məbləğində vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan qərarının icrası məqsədilə Maliyyə Nazirliyinin 13 noyabr 2017-ci il tarixli 11/002-59-1038 nömrəli məktubu ilə həmin ünvanda yerləşən məcburi köçkünlərin sayı və onlara ödənilən maddi yardımın həcminə dair tərtib olunmuş Siyahıya əsasən köçürülən məcburi köçkünlərin ailə üzvlərinin 3-7 nəfər sayına görə hər ailəyə 40.000,00 manat; 2 nəfər ailə üzvünə 30.000,00 manat; 1 nəfər ailə üzvünə isə 20.000,00 manat məbləğində maddi yardım ödənilməsi müəyyənləşdirilmişdir. İddiaçıya həmin siyahıya müvafiq olaraq bir nəfərdən (tək özü) ibarət ailə üzvü kimi 20.000,00 manat məbləğində maddi yardım «Kapitalbank»da onun adına açılmış müxbir hesabına köçürülmüş, lakin iddiaçı həmin məbləğin az olduğunu əsas gətirərək qəbul etməkdən imtina edərək məhkəmədə cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. İddiaçı ilkin olaraq tələbində cavabdehin üzərinə 1993-cü ildən 2014-cü ilin sonunadək ödənilməmiş kommunal xərclərə görə kompensasiyanın məbləği olan 45000 manatın ona ödənilməsinə dair öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə icraatının gedişində iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh tərəfindən ona ödənilməli olan 20000 manat pul kompensasiyasından imtina edilərək həmin məbləğin əvəzinə onun və ailə üzvlərinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1279/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərardadı (hakim – A.A.Abdullayeva) ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin ayrıca müstəqil tələb olduğu, eləcə də bununla bağlı cavabdehə ilkin muraciətin olmadığı nəzərə alınmaqla məhkəmənin icraatına qəbul edilməyərək təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1279/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı (hakim – A.A.Abdullayeva) ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1615/18 saylı, 19 iyul 2018 -ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1279/2018 saylı 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2148/18 saylı, 19 dekabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.Hüseynova, hakimlər – İ.Dadaşov və K.Bədəlov) ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1615/18 saylı, 19 iyul 2018-ci il tarixli qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya məhkəməsindəki məhkəmə icraatının gedişində iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim olunaraq köçürülmə zonasına dövlət tərəfindən ayrılmış ******* manat kompensasiyadan ona ödənilməli olan 45000 manat kompensasiyanın 20000 manat ödənilib qalan 25000 manat hissəsinin ödənilməsi və ya əvəzində mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi həmin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-755/2019 saylı, 19 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1279/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı 1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Xətai rayonu, K.Kərimov küçəsi 15 saylı inzibati binada məskunlaşmışdır. 12 sentyabr 2017-ci il tarixdə baş verən yanğın nəticəsində iddiaçıya heç bir yaşayış sahəsi verilmədən cüzi yardımla həmin yerdən çıxarılmışdır. Sonradan isə ona məlum olmuşdur ki, həmin binada məskunlaşan 27 məcburi köçkün ailəsindən fərqli olaraq ona 20000 manat kompensasiya ayrılmışdır. Bu zaman o, tək ailə kimi qeyd edilmiş və verilmiş kompensasiyanın məbləği də tək ailə kimi hesablanmışdır. İddiaçının 3 övladı vardır. Daim həmişə ailəsi ilə birlikdə yaşamışdır. Birgə nikahlarından 08.07.2002-ci ildə X15,10.03.2006-cı ildə X12 və 05.04.2017-ci ildə X13 anadan olmuşlar. Təəssüflər olsun ki, bununla bağlı sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədləri iş materiallarına əlavə etməmişdir. İddia rədd edildiyinə görə, iddiaçı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi də heç bir araşdırma aparmadan qərarı qüvvədə saxlamışdır. Bundan sonra iddiaçı tərəfindən kas sasiya şikayəti verilmiş, Ali Məhkəmə yenidən baxılması üçün işi apellyasiya məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsində iddiaya təkrarən baxılmış və təmin edilməmişdir. Bununla da, müəyyən edilir ki, məhkəmələr tərəfindən işə obyektiv qiymət verilməmiş, araşdırma tam və obyektiv aparılmamışdır. Ailə tərkibi haqqında olan məlumatın verilməsinə, arayış təqdim edilməsinə, doğum haqqında şəhadətnamələrin surətlərinin verilməsinə baxmayaraq məhkəmə bu halları nəzərə almamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını tə min etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şika yəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırkı tələbi məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında 2017-ci il 11 sentyabr tarixində baş vermiş yanğın nəticəsində köçürülməsi ilə əlaqədar ona cavabdeh tərəfindən verilməli olan kompensasiya ilə bağlıdır. Həmin kompensasiyanın verilməsi və onun məbləği ilə bağlı məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2017-ci il tarixli 782 s saylı sərəncamı ilə tənzimlənmişdir. Buna görə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında 2017-ci il 11 sentyabr tarixində baş vermiş yanğın nəticəsində həmin binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinə mənzil-məişət əşyalarına dəymiş zərərə görə maddi yar dım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə 1.054.000,00 manat məbləğində vəsait ayrılmışdır. Nazirlər Kabinetinin qeyd olunan qərarının icrası məqsədilə Maliyyə Nazirliyinin 13 noyabr 2017-ci il tarixli 11/002-59-1038 nömrəli məktubu ilə həmin ünvanda yerləşən məcburi köçkünlərin sayı və onlara ödənilən maddi yardımın həcminə dair tərtib olunmuş Siyahıya əsasən köçürülən məcburi köçkünlərin ailə üzvlərinin 3-7 nəfər sayına görə hər ailəyə 40.000,00 manat; 2 nəfər ailə üzvünə 30.000,00 manat; 1 nəfər ailə üzvünə isə 20.000,00 manat məbləğində maddi yardım ödənilməsi müəyyənləşdirilmişdir. Cavabdehin iş materiallarına əlavə olunmuş iddia ərizəsinə etirazından və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, qeyd olunan siyah ıya müvafiq olaraq da köçürülən sakinlərə maddi yardımlar ödənilmişdir. O cümlədən də iddiaçıya həmin siyahıya müvafiq olaraq bir nəfərdən (tək özü) ibarət ailə üzvü kimi 20.000,00 manat məbləğində maddi yardım «Kapitalbank»da onun adına açılmış müxbir hesabına köçürülmüş, lakin iddiaçı həmin məbləğin az olduğunu əsas gətirərək qəbul etməkdən imtina etmişdir. İddiaçı isə ona tək tərkibli ailə üzvü kimi kompensasiya ödənilməsini qanunsuz hesab edir. İddiaçı bildirir ki, onun üç övladı vardır və həmişə ailə üzvləri ilə birgə yaşamışdır. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə X5 17.12.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08.07.2002-ci il tarixdə X15, 10.03.2006-cı il tarixdə isə X12 adlı övladları anadan ol muşdur. Zəngilan rayon Məhkəməsinin 2(034)-57/15 saylı 03 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X5 arasında 17.12.2001-ci il tarixdə bağlanmış və həmin tarixdə X9 nikahın bağlanması haqqında akt qeydləri kitabında 166 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, 08 iyul 2002-ci il tarixdə doğulmuş X15 və 10 mart 2006-cı il tarixdə doğulmuş X8 cavabdeh X2 yanında saxlanılması qət edilmişdir. Tərəflər arasında nikah qeydi 15.07.2015-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ləğv edilmişdir. Bundan başqa, Zəngilan rayon Məhkəməsinin 2(034)-2/2015 saylı 08 yanvar 2015-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək İddiaçı 08 iyul 2002-ci il tarixdə doğulmuş X15 və 10 mart 2006-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 sentyabr 2014-cü il tarixdən başlayaraq 31 dekabr 2014-cü il tarixədək hər uşağa 103 manat cəmi 206 manat, 01 yanvar 2015-ci il tarixdən etibarən isə hər ay hər uşağa 108 manat cəmi 216 manat məbləğində pulun sabit aliment qismində tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən həmçinin müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin 2(012)-353/15 saylı, 07 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək X2 uşaqları ilə birlikdə ünvan 2 ünvana köçürülməsi qət edilmiş, iddianın evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadələri üçün ayrıca şərait yaradılması üçün məcburetmə qaydasında İddiaçı üzərinə qoyulmasına dair hissəsi isə əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə daha so nra apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktlarından da müəyyən olunur ki, iddiaçının keçmiş həyat yoldaşı və iki övladı ünvan 1 ünvanında yaşamamışlar. Belə ki, X4 həmin işdəki iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 17 dekabr 2001-cü il tarixdə rəsmi nigaha daxil olmuş, birgə nigahdan 08 iyul 2002-ci il tarixdə Rəsul və 10 mart 2006-cı il tarixdə Turqay adlı iki uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra ilk illərdə kirayədə, sonradan atasına məxsus evdə yaşamışlar, pul toplayıb 3,5 sot torpaq sahəsi almış, üç otaqdan, mətbəxtdən, sanitar qovşağdan və dəhlizdən ibarət mübahisəli evi tikib 2006-cı il tarixdə oraya köçmüşlər. Mübahisəli evin birinci mərtəbəsində qaraj, iki yardımçı otaq, həyətyanı sahədə isə sanitar qovşağı t ikilmişdir. Cavabdehlə birgə nigahları dövründə normal yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh İddiaçı 01 iyul 2013-cü il tarixdə heç bir səbəb olmadan evdə dava salaraq onun valideynini çağırıb xəbərdarlıq etmişdir ki, əgər axşama kimi uşaqları götürüb evi tərk etməsə axşam evə qayıdanda od vurub evi yandıracaq, onun isə uşaqları ilə birlikdə başını kəsəcəkdir. İddiaçı hədəsindən qorxub uşaqlarını götürüb atasının evinə getmişdir. Dəfələrlə öz evinə qayıtmaq istəsə də, cavabdeh onu və uşaqlarını evinə buraxmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı ailəsi ilə birlikdə 2006-cı ilin sentyabr ayından 2013-cü ilin 01 iyuluna kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 3, ev 15-də yaşa mışdır. İddiaçı həmin məhkəmə işinidə iddiaya qarşı verdiyi etirazında keçmiş həyat yoldaşının və övladlarının ünvan 2 ünvana köçürülməsinə etiraz edərək onların istədikləri vaxt məcburi köçkün kimi qeydə alındığı ünvan 1 ünvana küçüb yaşaya biləcəklərini bildirmişdir. ünvan 3rəfidnən verilmiş 803 nömrəli 03.04.2019-cu il tarixli arayışdan isə müəyyən olunur ki, X1 rayonundan məcburi köçkün olmaqla Xırdalan şəhərində, M.Ə.Sabir küçəsi, ev 15 ünvanında ailə üzvləri olan X15 və X12 ilə birgə yaşayır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi sadalanan sübutlara əsaslanmaqla əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, mənzildə yanğın baş verdiyi zaman - 11 sentyabr 2017-ci il tarixinə iddiaçı rəsmi nikahda deyildi, keçmiş rəsmi nikahdan olan övladları isə onun himayəsində olmamışdır. Belə olan halda, iddiaçıya mübahisəli mənzillə bağlı tək ailə üzvü kimi qeydə alınaraq 20.000 manat məbləğində maddi yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2017-ci il tarixli 782 s saylı sərəncamına uyğun olaraq qanuni və əsaslı olmuşdur. İddiaçı X14 ilə faktiki ailə münasibətlərində olduğu və rəsmi nikahdan olmayan 05.04.2017-ci il doğumlu övladının olmasını bildirərək onun ailə başçısı kimi qeydə alınmalı olmasını bildirsə də, sonuncuların 11.09.2017-ci il tarixə sözügedən mənzildə yaşamalarını təsdiq edən hər hansı sənəd müəyyən olunmadığından apellyasiya məhkəməsi düzgün olaraq iddiaçının 1 ailə üzvündən ibarət olmaqla qeydə alınmasını əsaslı hesab etmidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-755/2019 saylı iş üzrə 19 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3011/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3011/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver