Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3012/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkünün statusuna malik şəxsin uşaqlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi; məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onun təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(103)-850/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İ № 898878 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X4, anası Qanuni nümayəndədır.
2. X3 verilmiş AA seriyalı 102918 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüşdür.
3. AZ-İİ seriyalı, 415229 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
4. Elektron məhkəmə informasiya sistemindən çıxarışlarla müəyyən edilir ki, iddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır.
5. İddiaçının anası Qanuni nümayəndə cavabdehə ərizə ilə müraciət edərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndində əsasən “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmu ş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından xx.xx.2007-ci il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl atası mərhum X4 adına qeydiyyatdan keçmiş ünvan 2 ünvanında qeydiyyatda olduğundan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı atası X4 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkündür. Bu barədə ona cavabdeh tərəfindən xx.xx.2005-ci il tarixdə məcburi köçkün vəsiqəsi də verilmişdir. İddiaçının atası X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı məcburi köçkün statusu almaq və məcburi köçkünlərə verilən təminatlardan yararlanmaq niyyətindədir. Bu barədə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh orqan tərəfindən ona xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının atası mərhum X4 AA102918 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmuşdur. X4 xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçı xx.xx.2007-ci ildə doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 38, 10 saylı mənzil xx.xx.2005-ci il tarixdə X2 adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 18 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə/-4-635 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 62 saylı mənzil xx.xx.2004-cü il tarixdə X2 adına qeydiyyatdan keçmiş, lakin Bakı şəhəri 18 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 4Ə/06-849 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü iddiaçının atası X4 xx.xx.2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda xx.xx.2005-ci ildən xx.xx.2012- ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 4.2.6-сi bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının anası Qanuni nümayəndə da həmin ünvanda müxtəlif tarixlərdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 11909/2024 nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, İddiaçı “məcburi köçkün statusunun və onun təsdiq edən vəsiqəsinin verilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onun la əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” xx.xx.2013-cü ildə qəbul edilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdə doğulduğundan və həmin vaxt qeyd edilən “Qaydalar” hələ qüvvədə olmadığından, iddiaçı doğulduğu andan məcburi köçkün statusunu əldə etmiş olur. Belə ki, iddiaçının atası 1992-94-cü illərdə məlum hadisələrlə bağlı yaşayış yerini məcburi qaydada tərk edərək məcburi köçkün statusu əldə etmişdir. Yəni, yuxarıda qeyd edilən Qaydaların müddəaları iddiaçıya münasibətdə (onun vəziyyətini pisləşdirdiyi təqdirdə) tətbiq edilə bilməz.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi ba rədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(103)-850/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov – məruzəçi, M.Tağızadə və N.Nəbizadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 11909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hüquqi akt yalnız aid olduğu subyektlərin vəziyyətini yaxşılaşdırdığı halda, onun qüvvəsi geriyə şamil edilə bilər. Əks halda hüquqi aktın qüvvəsi yalnız onun qəbul edildiyi vaxtdan sonrakı münasibətlərə şamil edilməli dir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl, yəni 2004-cü ildə atası mərhum X2 ayrıca yaşayış sahəsi əldə etməsi və 2005-2012-ci illərdə həmin ünvanda qeydiyyatda olması səbəbindən iddiaçıya “məcburi köçkün” statusunun verilməsinin Qaydaların 4.2.6-cı yarımbəndinə istinad etməklə imtina edilməsi əsaslı olmamışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçə n şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.
19. Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatd a olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) p asport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülk ihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhk əmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
24. Belə ki, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı bəndinə əsasən “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək hə min yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.
25. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçının atası mərhum X4 AA102918 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olsa da, ayrıca yaşayış sahəsi – Bakı şəhəri, Vung Tau küçəsi, ev 11A, 62 nömrəli mənzili əldə etmiş, xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək qeyd edilən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçı isə xx.xx.2007-ci ildə doğulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin tələblərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvaf iq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı doğulmamışdan əvvəl, yəni xx.xx.2007-ci il tarixədək iddiaçının mərhum atası X4 ünvan 2 ünvanında yerləşən ayrıca yaşayış sahəsi əldə etmiş və həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür (xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək).
27. Bu səbəbdən də “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı maddəsinin tələbi baxımından iddiaçının tələbi əsaslı deyildir.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı doğulan zaman atasının mülkiyyətində mənzil olmaqla həmin ünvanda qeydiyyatda olduğundan, onun məcburi köç kün kimi qəbul edilməsi qanunvericilik baxımından mümkün deyildir.
29. Beləliklə, işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyəti “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən edilmiş məcburi köçkün anlayışına uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(103)-850/2025 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” t ələbinə dair iddiası təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 21(103)-850/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.