Məhkəmə qərarları › İş №2-1(102)-3013/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3013/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3013/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, kassasiya şikayətinin qeyri mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli 2-1(103)-22/2024 nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpasına dair vəsatə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.08 ha) İddiaçı1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vur ulmuş maddi ziyanın əvəzi 386363.83 manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.079047 ha) İddiaçı2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 386.363,83 manat pul məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul məbləğinin, ümumilikdə isə 436.363,83 manat pulu n Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddiaçı2 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində (0.08 ha) İddiaçı3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı3 vurulmuş maddi ziyanın əvəzi kimi 386.363,83 manat məbləğinin və vurulmuş mənəvi ziyana görə 50.000 manat pul məbləğinin, ümumilikdə isə 436.363.83 manat məbləğin və vurulmuş mənəvi ziyana görə 50.000 manat pul məbləğinin, ümumilikdə isə 436.363, 83 manat pulun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya formasında İddi açı3 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilməmişdir.

3. İddiaçılar apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-22/2024 saylı, 02 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X2 və X6) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1257/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəs ində İddiaçı1 (0.08 ha), İddiaçı2 (0.079047 ha) və İddiaçı3 (0.08 ha) tərəfindən inşa edilmiş fərdi yaşayış evinin məhkəmə qərarı olmadan sökülməsi barədə hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 manat, İddiaçı2 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 manat, İddiaçı3 vurulmuş maddi ziyanın əvəzi kimi 275003.10 manat, ümumilikdə 825009.30 manat məbləğində pul Bakı şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

6. Ərizədə cavabd eh kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati müb ahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktı nın və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

10. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

11. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli, 2-1(103)-22/2024 saylı qərarı 24 may 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş (iş vər 102), kassasiya şikayəti isə 1 (bir) aylıq prosessual mü ddət ötürüldükdən sonra, yəni 27 iyul 2024-cü il tarixdə poçta təhvil verilmişdir.

12. Cavabdeh özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

13. Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, cavabdeh olaraq İcra Hakimiyyəti qərar barəsində məlumatı qərarın icra edilməsi üçün göndərilən zaman almışlar.

14. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə qeyd edilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri o lmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

15. Lakin hazırkı iş üzrə müddətin cavabdehin təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.

16. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir.

17. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş kassasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada imzalansa da, vəkil tərəfindən imzalanmamışdır.

18. Cavabdehə apelyasiya instansiyası məhkəməsi tərəfindən qərarla bərabər xx.xx.2024-cü il tarixdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah ” da göndərilmişdir. Həmin izahda kassasiya şikayətini onu verən şəxs tərəfindən imzalanmalı olması qeyd edilmiş, göstərilən tələblərə əməl edilməməsinin kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina edilməsi üçün əsas olduğu vurğulanmışdır.

19. Lakin bu izahata baxmayaraq cavabdeh tərəfindən təqdim edilmiş şikayət qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmamışdır.

20. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2024-cü il tarixli 2-1(103)-22/2024 nömrəli qərarından verdiyi kassasiya şikayəti mü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar