Məhkəmə qərarları › İş №2-1(102)-3015/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3015/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3015/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə (Açar söz: faiz borcunun silinməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 və vəkili X3 iştirakı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı faiz borcunun silinməsi, faizə görə tutulmuş məbləğin sadələşdirilmiş vergiyə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 10.08.2016-cı il tarixdə vergi orqanına bəyannamə təqdim edərək, ümumilikdə 956.229,98 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi hesablamışdır. Vergi Məcəlləsinin 221.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının bəyan etdiyi vergini ödəmə öhdəliyi 10 rüb üzrə bərabər hissələrlə bu tarixlərdə yaranmışdır: 20.07.2016; 20.10.2016; 20.01.2017; 20.04.2017; 20.07.2017; 20.10.2017; 20.01.2018; 20.04.2018; 20.07.2018; 20.10.2018. İddiaçının bəyan etdiyi ümumi 956.230,0 ma nat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergidən 478.115,0 manatının 20.10.2017-ci il tarixədək (5 rüb × 95.623,0 manat) ödəmə müddəti çatmışdır. İddiaçı bəyannamə verdiyi 10.08.2016-cı il tarixdən 28.09.2017-ci il tarixədək 479.416,3 manat ödəniş etdiyindən onun ilk 5 rüb üzrə ödəmə müddəti çatmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə borcu qalmamışdır. İlk 5 rüb üzrə vergilər gecikmə ilə ödənildiyindən iddiaçıya vergi orqanı tərəfindən faiz hesablanmışdır. İddiaçı tərəfindən 28.09.2017 və 30.09.2017-ci il tarixlərdə ümumilikdə 30236 manat məbləğində ödəniş edilmiş, cavabdeh vergi orqanı həmin ödənişi faiz borcuna silmişdir. İddiaçı cavabdeh vergi orqanına müraciət edərək 28.09.201 7 və 30.09.2017-ci il tarixlərdə ümumilikdə 30236 manat məbləğində edilmiş ödənişin 2017-ci ilin İİİ rübü üçün hesablanmış sadələşdirilmiş vergi üzrə əsas borc məbləğindən silinməsini xahiş etmiş, iddiaçının müraciətləri cavabdeh tərəfindən 13.10.2017, 24.10.2017, 11.12.2017-ci il tarixlərdə cavablandırılaraq bildirilmişdir ki, qeyd olunan ödənişlər aparılan zaman şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisinin ödənilmə müddəti çatmış borc məbləği mövcud olmamış, yalnəz faiz borcu mövcud olmuşdur. Bu səbəbdən Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən faiz borcu silinmişdir. Vergi ödəyicisi tərəfindən ödənilmiş vergi məbləğlərinin ödənilmə müddəti çatmayan borc məbləğinə aid edilməsiqanunvericiliyin tələblərinə ziddir. İddiaçı MTK cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək Departamentin 24.08.2017-ci il tarixli, **********7A saylı sərəncamının ləğv edilməsi, əsassız hesablanmış 30.236 manat vergi faizinin ləğv edilməsi, həmin faizə görə tutulmuş 30236 manat məbləğin İddiaçı MTK-nın mənzil tikinti fəaliyyətinin sadələşdirilmiş vergisinə yönəldilərək əsas borcdan azaldılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2018-ci il tarixli qərardadı ilə iddia departamentin 24.08.2017-ci il tarixli, **********7A saylı sərəncamının əsassız hesab edilərək ləğv edilməsi tələbi hissəsində mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.02.2018-ci il tarixli 2-1(82)-915/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı MT K-ya hesablanmış 30.236 manat vergi faizi ləğv edilmiş, vergi faizinə görə tutulmuş 30.236 manat məbləğin İddiaçı MTK-nın mənziltikinti kooperativinin sadələşdirilmiş vergisinə yönəldilərək əsas borcdan azaldılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası 2-1(103)-1486/2018 saylı 31.08.2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-117/2019 saylı 30 aprel 2019- cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası 2-1(103)1486/2018 saylı 31.08.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı MTK qeyd edilən maddənin tələbinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmiş, lakin bəyan edilmiş məbləği ilk 5 rüb üzrə vaxtında ödəmədiyindən hər gecikdirilmiş gün üçün faiz hesablanmışdır. Bütün bunlara baxmayaraq, apellyasiya instansiya məhkəməsi tikinti dayandırıldığı üçün faizlərin hesablanmasının da dayandırılmalı olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə görə, vergi öhdəlikləri nin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. iddiaçının vergi öhdəliklərinin yerinə yetirilmə müddətinin dəyişdirilməsi üçün heç bir qanuni əsas mövcud olmadığı halda apellyasiya instansiya məhkəməsi iddiaçıya faizlərin hesablanmasını əsassız hesab etmişdir. Bundan əlavə, iddiaçı MTK tərəfindən 30.236 manat ödəniş edildiyi tarixdə onun əsas vergilər üzrə borcu olmadığından, həmin anda ödəniş faiz borcuna silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan R espublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.02.2018-ci il tarixli 2-1(82)915/2018 saylı qərarı ləğv edilmiş, İddiaçı MTK –nın iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, ödəniş anında iddiaçının əsas vergi borcu üzrə müddəti çatmış vergi öhdəliyi olmadığı və faktiki olaraq onun faiz borcu mövcüd olduğu halda, ödədiyi həmin məbləğin «artıq ödəmə» qrafasına keçirilməsi və növbəti rüblər üzrə əsas vergi borcu çatanadək tərpənməz saxlanılması Vergi Məcəlləsinin qeyd edilən 88-ci maddəsi ilə müəyyən edilən vergilərin ödənilmə qaydasına uyğun hesab edilə bilməz. Bundan əlavə, iddiaçının yerli icra hakimiyyəti orqanın müdaxiləsi nəticəsində tikinti işlərini dayndır masını iddia etməsinə gəldikdə isə bu cür dayandırma onun vergi ödəyicisi kimi fəaliyyətini dayandırması anlamını vermir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə ödənilən məbləğ bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin təsnifat kodu ilə ödənilməsinə baxmayaraq əsassız olaraq faiz borcuna silinmişdir. Bundan əlavə, hesablanmış faiz borcu da əsassızdır. Belə ki, verginin vaxtında ödənilməsinin səbəbi iddiaçıdan asılı olmayan səbəbdən (dövlət orqanlarının müdaxiləsi) baş vermişdir. Həmin dövrdə faktiki olaraq tikinti işləri aparılmadığından faiz borcunun hesablanması düzgün deyildir. Kassator İPM-nin 68.4-ci maddəsinə, Vergi Məcəlləsinin 3.1, 55.1.3, 59.1, 85.1, 85.6-cı maddələrinə istinad edərək oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi X2 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 və vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 10.08.2016-cı il tarixdə vergi orqanına bəyannamə təqdim edərək, ümumilikdə 956.229,98 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi hesablamışdır. Vergi Məcəlləsinin 221.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının bəyan etdiyi vergini ödəmə öhdəliyi 10 rüb üzrə bərabər hissələrlə bu tarixlərdə yaranmışdır: 20.07.2016; 20.10.201 6; 20.01.2017; 20.04.2017; 20.07.2017; 20.10.2017; 20.01.2018; 20.04.2018; 20.07.2018; 20.10.2018. İddiaçının bəyan etdiyi ümumi 956.230,0 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergidən 478.115,0 manatının 20.10.2017-ci il tarixədək (5 rüb × 95.623,0 manat) ödəmə müddəti çatmışdır. İddiaçı bəyannamə verdiyi 10.08.2016-cı il tarixdən 28.09.2017-ci il tarixədək 479.416,3 manat ödəniş etdiyindən onun ilk 5 rüb üzrə ödəmə müddəti çatmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə borcu qalmamışdır. İlk 5 rüb üzrə vergilər gecikmə ilə ödənildiyindən iddiaçıya vergi orqanı tərəfindən faiz hesablanmışdır. İddiaçı tərəfindən 28.09.2017 və 30.09.2017-ci il tarixlərdə ümumilikdə 30236 manat məb ləğində ödəniş edilmiş, cavabdeh vergi orqanı həmin ödənişi faiz borcuna silmişdir. İddiaçı iddia tələbində 2 halı mübahisələndirir: bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə faizin hesablanmasının qanunsuzluğunu və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin təsnifat kodu ilə ödənilmiş məbləğin faiz borcuna silinməsinin əsassızlığını. İddiaçı gecikməyə görə faizin hesablanmasının qanunsuzluğunu onunla əsaslandırır ki, tikintiyə başladıqdan qısa müddət sonra binanın tikintisi MTK-nın iradəsindən asılı olmayaraq digər dövlət orqanlarının müdaxiləsi əsasında dayandırılmış, tikintinin davam etdirilməsinə icazə verilməmişdir. Tikintinin dayandırılmasına əsas vergi məbləği üzrə ödəmələrdə müəyyən gecikmələr yaranmışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının iradəsindən aılı olmayan hallara görə gecikdirilmiş vergi üzrə faiz hesablamışdır. Məhkəmə kollegiyası iddiaçının gecikməyə görə faizin hesablanmasının qanunsuzluğu ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinin tələbinə görə vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Lakin hazırkı iş üzrə iddiaçı sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması barədə arayış təqdim etməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər: 85.6.1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir; 85.6.2. vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən verginin gecikdirilməsinin səbəbi kimi göstərilən hal (dövlət orqanlarının müdaxiləsi nəticəsində tikintinin dayandırılması) Vergi Məcəlləsinin yuxarıda qeyd olunan 85.6-cı maddəsində göstərilən hallara aid deyildir. Beləliklə, iddiaçı tərəfindən vergi orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması barədə arayış təqdim edilmədiyindən, o cümlədən iddiaçı tərəfindən verginin gecikdirilməsinin səbəbi kimi göstərilən hal (dövlət orqanlarının müdaxiləsi nəticəsində tikintinin dayandırılması) Verg i Məcəlləsinin yuxarıda qeyd olunan 85.6-cı maddəsində göstərilən hallara da aid olmadığından iddiaçının bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə faizin hesablanmasının qanunsuzluğuna dair dəlilləri əsassızdır. Bundan əlavə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin təsnifat kodu ilə ödənilmiş məbləğin faiz borcuna silinməsinin əsassızlığı ilə bağlı iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 88.0-cı maddəsinə əsasən vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş mal iyyə sanksiyalarının məbləği. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının bəyan etdiyi ümumi 956.230,0 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergidən 478.115,0 manatının 20.10.2017-ci il tarixədək (5 rüb × 95.623,0 manat) ödəmə müddəti çatmışdır. İddiaçı bəyannamə verdiyi 10.08.2016-cı il tarixdən 28.09.2017-ci il tarixədək 479.416,3 manat ödəniş etdiyindən onun ilk 5 rüb üzrə ödəmə müddəti çatmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə borcu qalmamışdır. Başqa sözlə sonrakı 5 rüb üzrə hesablanmış 478.115,0 manat verginin ödəmə müddəti çatmadığından iddia tələbini təşkil edən 30.236,0 manat ödənişin edildiyi tarixə iddiaçı nın əsas vergilər üzrə borcu olmamış, həmin ödəniş Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının faiz borcundan silinmişdir. Qeyd edilənlərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin təsnifat kodu ilə ödənilmiş məbləğin faiz borcuna silinməsinin düzgün olmaması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyas iya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1681/2019 saylı 18 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar