Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3016/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “təşkilatın dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz hesab edilməsi və təşkilatın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli 2-1(103)-1549/2019 nömrəli qərardadından iddiaçılar tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlığa Dəstək və Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyini əsassız olaraq qeydiyyata almaqdan imtina etməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, “Sahibkarlığa Dəstək və Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 aprel t arixli 2-1(81)1613/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1549/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli qərarından kassasiya şikayəti vermələri üçün dövlət büdcəsinin vəsaiti hesabına onlara vəkil təyin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli 2-1(103)-1549/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesa b etmişdir ki, iddiaçılar ərizədə maddi imkanlarının olmadığını göstərsələr də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar həmin qərardaddan 2019-cu il 26 avqust tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərardadın ləğv edilməsini və dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmalarını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçılar ərizədə işləmədiklərini, bu səbəbdən maddi vəziyyətlərinin imkan vermədiyi üçün vəkil ilə müqavilə bağlaya bilmədiklərini qeyd etsələr də, məhkəmə bunları nəzərə almamış, bu barədə sənəd təqdim olunmasına şərait yaratmamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxm ağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardı mı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Normaların məzmunundan göründüyü kimi işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxsin kifayət qədər vəsaiti olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunma barədə ərizədə şəxsin bu xidməti ödəyə bilməməsi əsaslandırılmalıdır. Belə ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olma ması məhkəmə tərəfindən qiymətləndirilir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, dövlət vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır. İşin materiallarında iddiaçıların hüquqi xidmət üçün hər hansı vəkilə müraciət etdiyinə, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğinə və həmin məbləğin ödənilməsi üçün iddiaçıların iqtidarsızlığına dair məlumat yoxdur. İddiaçıların ərizənin əsası kimi istinad etdikləri halların apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığına, bu barədə sənəd təqdim olunmasına şərait yaratmadığına dair dəlilləri əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılara göndərdiyi bildirişdə onlar ın ərizədə göstərdikləri hallara dair sübut təqdim etmələri təklif olunmuşdur. Həmin imkandan iddiaçılar istifadə etməmişlər. Kassasiya icraatında da iddiaçılar yuxarıdakı normalarda istinad edilən və onların dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmalarına əsas verə bilən, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmayan hər hansı hala və ya dəlilə (həmçinin onlardan asılı olmayan səbəbdən apellyasiya instansiyası məhkəməsində təqdim edilməmiş dəlillərə) istinad etməmiş, həmin hallara dair sənəd təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli 2-1(103)-1549/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3016/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3016/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver