Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3016/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçünücü şəxs kimi məhkəmə icraatına cəlb edilmə üçün əsasların olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “üçüncü şəxs kimi işə cəlb edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2*25-ci il 24 aprel tarixli, 2- 1(1*3)-39/2*22 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhər İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 6** kv.m torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhər İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 6** kv.metr torpaq sahəsinə dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən cizgi tərtib edilmişdir.
3. Iddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdehin 21 sentyabr 2*16-cı il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sorğu göndərilmiş, sorğuya verilmiş cavab məktubunda təqdim edilmiş yerləşmə cizgisinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiqlənmədiyi və uyğunsuzluq mövcud olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1226 A saylı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ona İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 6** kv.m torpaq sahəsi ayrılmışdır. ## #### 1995-ci il tarixdə ona İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən torpaq sahəsinin cizgisi verilmişdir. Iddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh onun bu müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan yerləşmə cizgisi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiqlənməmişdir və uyğunsuzluq mövcuddur.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın dövlət reyestrində müvafiq qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və əmlaka hüquqların dövlət reyestrində qeydiyyatının dəqiqliyinə görə cavabdehlik daşıyır. Iddiaçının müraciəti nəticəsində aparılmış araşdırma zamanı onun tərəfindən təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sorğu göndərilmiş, sonuncu sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin onun tərəfindən təsdiqlənmədiyini və uyğunsuzluğun mövcud olduğunu bildirmişdir.
8. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *7.12.2*16-cı il tarixli, 2-1(81)- 4682/2*16 nömrəli (hakim M.Bayramov) qərarı ilə iddia təmin edilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının 14.*3.1995-ci il tarixli, *** nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 6** kv.metr torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuna əsasən müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla, hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməli olduğundan, mübahisəli torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının 14.*3.1995-ci il tarixli, *** nömrəli sərəncamı ilə fərdi evin tikilişi üçün İddiaçı ayrıldığından iddiaçı İddiaçı göstərilən torpaq sahəsinin adına qeydə alınmasını tələb etməkdə haqlıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(1*3)- 94*/2*17 nömrəli, 2 may 2*17-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev-sədrlik edən və məruzəçi, Ü.Mayılov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 7 dekabr 2*16-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının 4 oktyabr 2*17-ci il tarixli, 2- 1(1*2)-1558/2*17 saylı qərarı ilə (hakimlər İ.Dadaşov – sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hacıqayıbov) apellyasiya instansiyası məhkəməsinin 2-1(1*3)-94*/2*17 nömrəli, 2 may 2*17-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması haqqında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının 14.*3.1995cil tarixli, *** nömrəli sərəncamında tikinti işlərinin başa çatdırılma müddəti sərəncam qəbul olunduğu gündən iki il hesab edilərək, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsinin Icra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməli olduğu qeyd edilmişdir. Həmçinin 1995-ci ildən keçən müddət ərzində iddiaçı İddiaçı sərəncama uyğun olaraq torpaq sahəsindən təyinatı üzrə istifadə edib-etmədiyini araşdırılmamış, nəticədə isə qanunsuz və əsaslandırılmamış məhkəmə qərarı qəbul edilmişdir.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(1*3)- 228/2*18 nömrəli, 9 mart 2*18-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva-sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin 7 dekabr 2*16-cı il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmamış, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncamda torpaq sahəsinin ölçüsünün 6** kv.metr olmasına baxmayaraq, cizgi 4** kv.metr torpaq sahəsinə dair tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yeri mübahisəlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15 və 23-cü maddələrinə uyğun olmuşdur.
18. Iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının 21 iyun 2*18-ci il tarixli, 2- 1(1*2)-1244/2*18 saylı qərarı ilə (hakimlər X.Məmmədov – sədrlik edən və məruzəçi, A.Hüseynov və R.Nəbizadə) apellyasiya instansiyası məhkəməsinin 2-1(1*3)-228/2*18 nömrəli, 9 mart 2*17-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istinad etdiyi yerləşmə cizgisinin Bakı şəhəri, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiqlənmədiyi ilə bağlı bildirilənlər əsaslı görünmür. Çünki torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş hər iki cizgi Bakı şəhər İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiq edilmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi cizgilərdəki uyğunsuzluqla bağlı olaraq isə qeyd edilməlidir ki, bu hal iddiaçının ziyanına şərh oluna bilməz. Ilk növbədə ona görə ki, onlar iddiaçının özü tərəfindən yox, torpaq sahəsini ayırmış inzibati orqan tərəfindən tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan ayırdığı sahənin yerini dəqiq göstərmək vəzifəsi daşıyır.
apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(1*3)- 191*/2*18 nömrəli, 18 oktyabr 2*18-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 7 dekabr 2*16-cı il tarixli qərarı dəyişdirilmiş, iddiaçı İddiaçı Bakı şəhəri, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 4** kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Məhkəmə hesab etmişdir ki, məhkəmə sözügedən sərəncam əsasında iddiaçıya torpaq sahəsinin ayrılması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının əsasız olması barədə qərar qəbul edərkən düzgün hüquqi nəticəyə gəlsə də, iddiaçıya 1995-ci ildə müvafiq sərəncamın verilməsinə baxmayaraq, məhz 1995-ci ildə 6** kv.metr kimi ona təhkim olunduğu iddia olunan torpaq sahəsinin naturada 2**4-cü ildə, təxminən 9 ildən sonra 4** kv.metr şəklində ayrılmasının səbəblərini araşdırmamış, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım göstərməməklə inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində üçüncü icraat
24. Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının 3 aprel 2*19-cu il tarixli, 2- 1(1*2)-745/2*19 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, Z.Quliyev və İ.Hüseynov) apellyasiya instansiyası məhkəməsinin 2-1(1*3)-191*/2*18 nömrəli, 18 oktyabr 2*18-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin üzərinə Bakı şəhəri, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 4** kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini qət etsə də, nəzərə almamışdır ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi geniş ərazidir və konkret olaraq hansı sahə üzərində hüquqlarının olduğu müəyyən edilmədən iddiaçıya çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz.
apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(1*3)- 1416/2*19 nömrəli, 3* avqust 2*19-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin 7 dekabr 2*16-cı il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslıdır.
28. Iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində dördüncü icraat
29. Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının 25 fevral 2*2*-ci il tarixli, 2- 1(1*2)-72/2*2* saylı qərarı ilə (hakimlər S.Hüseynova – sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev) apellyasiya instansiyası məhkəməsinin 2-1(1*3)-1416/2*19 nömrəli, 3* avqust 2*19-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və Icra hakimiyyəti orqanlarının səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs - Icra hakimiyyətinin başçısıdır və torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçılarına aid edilmişdir. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunamüvafiq hesab olunmalıdır. apellyasiya instansiyası məhkəməsində beşinci icraat
31. Apellyasiya baxışı zamanı məhkəmənin 2-1(1*3)-94/2*2* saylı, *1.*7.2*21-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin *1 noyabr 2*21-ci il tarixli, 1*/37*6 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi Idarəsinin “nümayəndələrin iştirakı barədə” 213*2*447**9 saylı, 15.*9.2*21-ci il tarixli arayışda mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirildiyi və tədqiq olunan faktiki torpaq sahəsinin 418,* kv.metr təşkil etməklə, bir tərəfdən şərti sərhədləndiyi, 3 tərəfdən isə daş hasarla əhatə olunduğu göstərilmişdir. Lakin məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallar konkret olaraq cavablandırılmadığından, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır”.
32. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(1*3)-39/2*22 nömrəli, 2* may 2*22-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, İ.Kərimli və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 7 dekabr 2*16-cı il tarixli qərarı dəyişdirilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 4** kv.m torpaq sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunvericiliyin tələblərinə əsasən qanuni sayıldığından, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizgi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiq edildiyindən, mütəxəssis rəyi ilə də iddiaçının çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 418 kv.metr olduğu müəyyən edildiyindən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 4** kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsini tələb etdiyindən, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 4** kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində beşinci icraat
35. Ali Məhkəmənin Inzibati Kollegiyasının 2*22-ci il 26 oktyabr tarixli, 2-1(1*2)- 1697/2*22 saylı qərarı ilə (hakimlər S.Ə.Kərimov – sədrlik edən və məruzəçi, Z.M.Quliyev və R.S.Nəbizadə) kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2* may 2*22-ci il tarixli, 2- 1(1*3)-39/2*22 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq sahəsinin ayrılması barədə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən sərəncamın qəbulundan (## #### 1995-ci il) qısa müddət sonra (## #### 1995-ci il) həmin torpaq sahəsinin sxemi tərtib edilmiş, daha sonra isə 14 mart 2**4-cü il tarixdə yeni bir cizgi tərtib olunmuşdur. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş hər iki sənəd İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən təsdiq edilmişdir. Həmin sənədlərin tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyünün onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu da nəzərə alındıqda, istinad olunan cizgilərdəki uyğunsuzluqlar iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunmalıdır ki, cizginin təsdiqlənmədiyi və cizgilərdə uyğunsuzluğun olması barədə icra hakimiyyəti orqanının bildirdikləri mübahisəli torpaq sahəsinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən iddiaçıya ayrılmadığı və ya bundan imtina olduğu anlamına gəlmir. Ən azından ona görə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən qəbul edilmiş ## #### 1995-ci i sərəncamın ləğv olunması və ya geri çağırılması nəinki cavabdeh, eləcə də İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də iddia olunmur. Həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş baxış nəticəsində tərtib edilmiş 22.*6.2*22-ci il tarixli müayinə aktında qeyd edilən məlumatlar (torpaq sahəsinin faktiki ölçüsünün 418 kv.metr olması, 3 tərəfdən mişar daşı ilə hasarlanması, 1 tərəfdənisə şərti olaraq sərhədlənməsi, torpaq sahəsi üzərində tikilinin yoxluğu, eləcə də Elektron kadastr məlumatlarına əsasən göstərilən sahəyə digər şəxs tərəfindən müraciət olunması) bu qərarın 37-39-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından torpaq sahəsi üzərində iddiaçının etibarlı inzibati akta əsaslanan hüququnun qeydiyyata alınmasını istisna edən hal kimi qiymətləndirilə və onun hüququnun qeydiyyatından imtinaya səbəb ola bilməz.
Ərizə üzrə apellyasiya instansiyası məhkəməsində icraat:
37. Ərizəçinin nümayəndəsi və vəkili vəkil1 ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2* may 2*22-ci il tarixli, 2- 1(1*3)-39/2*22 nömrəli qərarının ləğv edilərək Tərəf olmayan şəxs inzibati işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2*25-ci il 24 aprel tarixli, 2- 1(1*3)-39/2*22 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Tərəf olmayan şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2* may 2*22-ci il tarixli, 2-1(1*3)-39/2*22 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin *4.12.2*24-cü il tarixli 3-16-16/2-1*/717* saylı rəyində qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.*4.2*23-cü il tarixli, **4*13**9479 reyestr №-li Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış masivində İddiaçı adına qeydiyyata alınmış *,*4 ha torpaq sahəsi ilkin torpaqayırma sxemlərinə əsasən **** saylı sahənin yerləşdiyi ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Müqayisəli tədqiqat nəticəsində müəyyən edilir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli, 863№ Sərəncamı ilə İddiaçı Məmmədrza oğluna ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi ****a №-li 4**,* kv.m torpaq sahəsinin (sərəncamda 6** kv.m qeyd olunmuş ilkin cizgodə 4** kv.m qeyd olunmuşdur) ilkin Cizgisində qeyd olunan ərazi 14.*4.2*23-cü il tarixli, **4*13**9479 reyestr №-li Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış masivində İddiaçı adına qeydiyyata alınmış *,*4 ha torpaq sahəsindən təxminən 75 metr aralıda cənub-şərq istiqamətdə yerləşir. Qeyd olunur ki, iş materialarına əlavə edilmiş və ekspertizaya təqdim edilmiş ilkin torpaqayırma sxemləri sxematik tərtib olduğundan (miqyas, istinad məsafələri, koordinatlar göstərilmiyib) həmin ilkin sxemlərdə qeyd olunan sahələrin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Müqayisəli tədqiqat aparmaqla torpaq sahələrinin yalnız planlı yerləşmə vəziyyətini (konfiqurasiya, faktiki istifadə vəziyyəti və.s. əsasında) müəyyən etmək mümkündür. Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli *** saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsi barəsində iş materiallarına hər hansı məlumat əlavə edilməmişdir. Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 6** kv.metr torpaq sahəsinə dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən tərtib edilmiş plan cizgi olan ****A saylı torpaq sahəsi (sərəncamda 6** kv.m qeyd olunmuş Ikin cizgidə 4** kv.m qeyd olunmuşdur) ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş 14 noyabr 2**8-ci il tarixli plan cizgidə təsvir edilmiş Tərəf olmayan şəxs ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində **** saylı 55*,74 kv.m torpaq sahəsinin üstüstə düşmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli, 863№-li Sərəncamı ilə İddiaçı Məmmədrza oğluna ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi ****a №-li 4**,* kv.m torpaq sahəsinin (sərəncamda 6** kv.m qeyd olunmuş Ikin cizgidə 4** kv.m qeyd olunmuşdur) cizgisindən görünür ki, həmin torpaq sahəsinin eni boyunca yuxarı hissəsində 122* saylı sahə, aşağı hissəsində 1238, 1239, 124* saylı sahə yerləşir, uzunluq boyunca **** saylı və **** saylı sahələrlə qonşuluq təşkil edir. Həmçinin, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## ### 1999-cu il tarixli, *** №-li Sərəncamı ilə Tərəf olmayan şəxs ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi **** №-li 55*,74 kv.m torpaq sahəsinin (sərəncamda 6** kv.m qeyd olunmuş Ikin cizgidə 55*,74 kv.m qeyd olunmuşdur) cizgisindən görünür ki, həmin torpaq sahəsi eni boyunca yuxarı hissəsində **** saylı sahə, aşağı hissəsində 1236,1237, **** saylı sahə yerləşir, uzunluq boyunca bir tərəfdə **** saylı sahə, digər tərəfdə yol qonşuluq təşkil edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu ərizəçi Tərəf olmayan şəxs maraqlarına toxunur. Bu səbəbdən də ərizəçi Tərəf olmayan şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır.
40. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili vəkil2 Ruf oğlu kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
41. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-39/2*22 saylı, 2* may 2*22-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Başçısının ## #### 1995-ci il tarixli, *** saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 4** kv.m torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilərək çıxarış alınmışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi üçün iddiaçı uzun müddət öncə qanuni qaydada çıxarış almış, həmin sahəni isə artıq digər şəxslərə özgəninkiləşdirmişdir. Hazırda yeni mülkiyyətçilər həmin torpaq sahəsi üzərində ev tikmiş və uzun müddətdir ki, orada ailələri ilə birlikdə yaşayırlar. Iş materiallarından göründüyü kimi mübahisə edilən torpaq sahəsinin faktiki və qanuni mülkiyyət hüququ tam olarq İddiaçı, hazırda isə əmlakı rəsmi qayda da əldə edən digər şəxslərə məxsusdur. Məhkəməyə təqdim olunna sübutlardanda görünür ki, Tərəf olmayan şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## ### 1999-cu il tarixli, *** №-li Sərəncamı ilə ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi **** №-li torpaq sahəsinin koordinatları mövcud deyil. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası pozulmamalı, vətəndaşların mülkiyyət hüquqları qorunmalıdır.
TƏTBIQ EDILƏN HÜQUQ
42. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2*17-ci il tarixli qərarı: ...Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinciinstansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 6*-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2**8-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.” Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
43. Inzibati Prosessual Məcəllə: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
46. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
47. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
49. Iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə ərizəi Tərəf olmayan şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən ərizə əsaslı hesab edilərək Tərəf olmayan şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2* may 2*22-ci il tarixli, 2-1(1*3)-39/2*22 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
50. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu ərizəçi Tərəf olmayan şəxs maraqlarına toxunur. Bu səbəbdən də ərizəçi Tərəf olmayan şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır. Apellyasiya instansiya məhkəməsi bu qənaətə Məhkəmə Ekspertiza Mərkəzinin *4.12.2*24-cü il tarixli 3-16-16/2-1*/717* saylı rəyi əsasında gəlmişdir.
51. Iş materiallarında olan sözügedən rəydə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən tərtib edilmiş plan cizgi olan ****A saylı torpaq sahəsinin (sərəncamda 6** kv.m qeyd olunmuş Ikin cizgidə 4** kv.m qeyd olunmuşdur) ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş 14 noyabr 2**8-ci il tarixli plan cizgidə təsvir edilmiş Tərəf olmayan şəxs ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində **** saylı 55*,74 kv.m torpaq sahəsinin üst-üstə düşmədiyinin müəyyən edilməsi qeyd edilmişdir.
52. Həmçinin rəydə göstərilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs başçısının ## #### 1995-ci il tarixli, 863 № Sərəncamı ilə İddiaçı Məmmədrza oğluna ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi ****a №-li 4**,* kv.m torpaq sahəsinin (sərəncamda 6** kv.m qeyd olunmuş ilkin cizgodə 4** kv.m qeyd olunmuşdur) ilkin cizgisində qeyd olunan ərazi 14.*4.2*23-cü il tarixli, **4*13**9479 reyestr №-li Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış masivində İddiaçı adına qeydiyyata alınmış *,*4 ha torpaq sahəsindən təxminən 75 metr aralıda cənub-şərq istiqamətdə yerləşir.
53. Kollegiya razılaşır ki, məhkəmə qərarı ilə iddiaçının mülkiyyət hüquqları tanınmış torpaq sahəsinin ərizəçiyə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü təqdirdə ərizəçi bu halda üçüncü şəxs kimi zəruri cəlbetmə qaydasına məhkəmə icraatına cəlb edilməlidir. Lakin, hazırkı işdə apellyasiya instansiya məhkəməsi tərəfindən ərizəçinin maraqlarında toxunan halın mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarı ilə, yoxsa cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həmin məhkəmə qərarında nəzərdə tutulan torpaq sahəsi üzərində deyil, digər torpaq sahəsi üzərində qeydə alınmasının nəticəsində yaranmış uyğunsuzluqla bağlı olduğu dəqiq müəyyən edilməmişdir. Əgər yaranan uyğunsuzluğun səbəbi məhkəmə qərarı ilə müəyyən edilməyən əraziyə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlıdırsa, bu halda ərizəçi Tərəf olmayan şəxs cavabdehin hərəkətlərinə qarşı müstəqil qaydada iddia tələbi ilə çıxış etmək imkanı apellyasiya məhkəməsi tərəfindən dəyərləndirilərək yekun nəticəyə gəlinməlidir.
54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, təkrar araşdırma zamanı Kollegiyanın yuxarıda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla təkrar araşdırma aparılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2*25-ci il 24 aprel tarixli, 2-1(1*3)-39/2*22 nömrəli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.