Məhkəmə qərarları › İş №2-1(102)-3017/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3017/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3017/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi) 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(103)-2522/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli “Travma haqqında arayış”da qeyd edilmişdir ki, gizir İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “barotravma (xx.xx.2016) sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətini almışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 24470 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə şəhadətləndirilmiş, ona təyin edilmiş “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərə cədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Epilepsiya, tez-tez epilektik tutmalarla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, “Keçirilmiş spontan sağalmış, hər iki ağ ciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağ ciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində). Zəif qidalanma B Çİ-16.2” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyən olunmuş və xx.xx.2021-ci il tarixli, 18827 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” qüvvədən düşmüş hesab edilmişdir.

3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5472 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən şəhadətləndirilmiş, ona təyin edilmiş “Epilepsiya, tez-tez epileptik tutulmalar. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, “Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərə fli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi təsdiq olunmuş və xx.xx.2021-ci il tarixli, 24470 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” qüvvədən düşmüş hesab edilmişdir. 4. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən, cinayət işinin materiallarında istinad olunan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Poliklinika şöbəsi tərəfindən verilən “Məsləhət vərəqəsi”nin tərtib edilməsi zamanı yalnız “20 nömrəli tarixsiz və nömrəsiz olan qoşma arayışa” istinad edilməmiş, iddiaçı barəsində tərtib olunan xəstəlik tarixçəsi sənədlərinə və eləcə də keçirilmiş çoxsaylı tibbi müayinələrin nəticələ rinə istinad edilməklə tərtib olunmuşdur. Daha sonra “Məsləhət vərəqəsi” tərtib olunan zaman “20 nömrəli qoşma arayışın” yalnız “barotravma” diaqnozundan sonrakı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş xəsarəti almışdır” sözlərinə istinad edilmişdir. İstinad olunan sözlərin doğru olması sonrakı mərhələdə keçirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının tərtib etdiyi üç ədəd şəhadətnamə və məhkəmətibbi ekspertizasının çoxsaylı rəyləri ilə tam təsdiq olunmuş və ********* nömrəli cinayət işinin icraatına əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaç ı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş səbəb əlaqəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş səbəb əlaqəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2011-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlərin hazırlıq kursunu müvəffəqiyyətlə bit irib, gizir hərbi rütbəsində müxtəlif hərbi hissələrdə xidmətini davam etdirmişdir. O, N nömrəli hərbi hissədə xidmət edərkən reaktiv batareyanın döyüş maşın komandiri vəzifəsində 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2016-cı ildə baş vermiş partlayış (mərmi partlaması) nəticəsində “barotravma” xəsarəti almış və bu, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli “Travma haqqında arayış” ilə təsdiq olunur. İddiaçı həmin travmaya görə davamlı müalicə olunmuşdur. Həmçinin, hərbi xidmətdə olduğu müddətdə 2013-cü ildən başlayaraq iddiaçıda güclü baş ağrıları yaranmış, bir müddət sonra isə bayılma halları da olmuşdur. Buna görə xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan müddətdə “epilepsiya, nadir tutmalarla” diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuş, bununla bağlı səhhətində yaranmış problemlərə görə xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən “epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliklə “Xəstəliklər Cədvəli”nin “21 b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı verilmiş, xx.xx.2018-ci ildə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərxis olunduqdan sonra iddiaçının xx.xx.2016-c ı il tarixdə döyüş əməliyyatlarında iştirak edərkən aldığı travma ilə əlaqədar psixi vəziyyətində, ümumiyyətlə sağlamlıq vəziyyətində mənfi dəyişikliklər baş vermişdir. Belə ki, onun yaddaşı kəskin şəkildə pozulmuş, eşitmə qabiliyyəti kəskin şəkildə azalmışdır. Sağlamlığında olan ciddi problemlərə görə hətta onda intihar etmək fikirləri də olmuşdur. Buna görə iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Respublika Klinik Xəstəxanasında “epilepsiya xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Həmçinin iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək “idiopatik epilepsiya xəstəliyi (G40.3), MSS orqanik xəstəliyi mənşəli, nevrozabənzər sindromu” diaqnozu ilə, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Respublika Psixiatriya Xəstəxanasında “Partlayış nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirməsi və qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin göndərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməyə təqdim edilmiş, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli “Travma haqqında arayış” da komissiyaya təqdim edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnaməsində (qərarında) göstərilmişdir ki, “Mülayim dərəcədə ifadə olunmuş üz vi dissosiativ pozuntu, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin (xəsarətin) səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Keçirilmiş spontan sağalmış, hər iki ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində, zəif qidalanma BÇİ-16.2” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi təsdiq edilmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Ça ğırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli göndərişinə əsasən təkrar olaraq şəhadətləndirilməyə təqdim edilmiş, lakin ona təqdim olunan xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnamədə (qərarda) bundan əvvəl verilən xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnamənin 1, 2, 3, 6, 7, 8 (anamnez), 9, 10 (obyektiv müayinələrin məlumatları), 12ci (diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi) bəndlərində olan məlumatla eyni məzmunda məlumat əks olunsa da, həmin qərarın məzmununda dəyişikliklər olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnamədə (qərarda) göstərilmişdir ki, “Epilepsiya, tez-tez epileptik tutmalarla, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” dia qnozlu xəstəliyin səbəbəlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə barotravma nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyin səbəb-əlaqəsi “Ümumi xəstəlikdir”. Lakin həmin qərarda dəyişikliyin hansı əsaslarla, hansı səbəblərlə edilməsi barədə hər hansı bir məlumat göstərilməmiş, bu haqda iddiaçıya heç bir məlumat verilməmişdir. Həmin qərarda olunan bu dəyişikliklər qanunsuz və əsassızdır. Cavabdehin sonuncu qərarında edilən dəyişiklik qanuna müvafiq qayada əsaslandırılmamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 75 nömrəli göndərişi ilə cavabdeh tərəfindən şəhadətləndirilmiş və “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozu ilə “Xəstəlik Cədvəli”nin 21b maddəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuş, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi dəyərləndirilmişdir. İddiaçı cavabdehə xx.xx.2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Barotravma, soltərəfli neyrosensor ağır eşitmə” xəsarətini alması barədə N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli “Travma haqqında arayış” və həmin travma ilə bağlı Akademik M.Ə.Mi rqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş tibbi sənəd (xx.xx.2021-ci il tarixli, 32353 nömrəli “Məsləhət vərəqi”) təqdim etmişdir. Şəhadətləndirmə zamanı ona aşağıdakı diaqnozlar qoyularaq həmin xəstəliklərin səbəb əlaqəsi təyin edilmişdir: Diaqnoz: “Epilepsiya. tez-tez epileptik tutmalarla. Astenik təzahürlər” – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Barotravma (xx.xx.2016) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 (iki) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: “Keçirilmiş spontan sağalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyə rin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində)” – “Ümumi xəstəlikdir”. Bu, xx.xx.2021-ci il tarixli 16508 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. xx.xx.2021-ci ildə iddiaçı cavabdeh tərəfindən yenidən şəhadətləndirilmiş və ona aşağıdakı diaqnozlar qoyularaq xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi təyin edilmişdir: Diaqnoz: “Epilepsiya. tez-tez epileptik tutmalarla. Astenik təzahürlər” – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Barotravma (xx.xx.2016) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. Diaqnoz: “Keçirilmiş spontan sa ğalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində)” – “Ümumi xəstəlikdir”. Bu, xx.xx.2021-ci il tarixli, 18827 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə səhhətində olan ağırlaşmaları təsdiq edən tibbi sənədlərlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli göndərişi əsasında cavabdeh tərəfindən yenidən şəhadətləndirilərək xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi aşağıdakı kimi təyin edilmişdir: Diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindr om, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: “Epilepsiya, tez-tez epileptik tutmalarla” – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Keçirilmiş spontan sağalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində) – “Ümumi xəstəlikdir”. Bu, xx.xx.2021-ci il tarixli, 24470 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. İddiaçı əlillik təyinatı almaq üçün qeyd olunan tibbi sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmiş, lakin həmin tibbi sənədlərin əsaslılığına şübhə yarandığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırma aparılması məqsədi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət ünvanlanmışdır. xx.xx.2021-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 32.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün Yasamal PPİ-nin İstintaq şöbəsinə, oradan isə Binəqədi PPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyi və İstintaq or qanları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı naməlum yolla əldə etdiyi, guya MN Mərkəzi Hərbi Poliklinikasının rəisi polkovnik Abbas Quliyev tərəfindən imzalanmış və möhürlənmiş tarixi və nömrəsi olmayan saxta arayışı (20 nömrəli qoşma, sığorta üçün) Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim nevroloquna təqdim etmişdir. Həmin saxta arayışda iddiaçının xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “barotravma. Sol əlin İV barmağının kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət alması göstərilmişdir. İddiaçı qeyd olunan arayış əsasında həmin xəstəxanadan xx.xx.2021-ci il tarixli 32353 nömrəli “Məsləhət vərəqi” əldə etmişdir. Həmin “Məsləhət vərəqi”ndə ona “barotravma” (Azərbaycan Resp ublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət almışdır), “Sol tərəfli neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuş və “barotravma”nın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə aldığı mötərizədə qeyd edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri mayor X1 2016-cı ilin aprel döyüşlərində xəsarət aldığını və bu səbəbdən səhhətinə görə 2018-ci ildə ehtiyata buraxıldığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilmiş əlilliyinin ləğv edildiyini və bununla bağlı ondan travma haqqında arayış tələb edildiyini demişdir. Mayor B.Mustafayev onun 2016-cı ilin aprel döyüşləri zamanı travma alması barədə hərbi hissənin “Zədələnmələrin və yaralanmaların qeydiyyatı kitabı”nda olmadığına görə həmin arayışın veri lməsinin mümkün olmadığını bildirmişdir. Lakin iddiaçı mayor B.Mustafayevi aldadaraq xx.xx.2021ci il tarixdə Respublika Klinik Xəstəxanasından aldığı tibbi sənədləri (xx.xx.2021-ci il tarixli 32353 nömrəli “Məsləhət vərəqi”) təqdim etmiş, yalnız bundan sonra mayor B.Mustafayev Respublika Klinik Xəstəxanası tərəfindən qoyulmuş diaqnoza əsaslanaraq hərbi hissənin “Zədələnmələrin və yaralanmaların qeydiyyatı kitabı”nda müvafiq qeydlər olmadığı halda ona əsassız və qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, 1594 nömrəli “Travma haqqında arayış” vermiş, sonuncu isə şəhadətləndirmə zamanı həmin “Travma haqqında arayış”ı hərbi həkim komissiyasına təqdim etmişdir. Beləliklə, cavabdeh yuxarıda göstərilənlərə və MN Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla birlikdə təqdim etdiyi araşdırma materiallarına istinad edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının yenidən şəhadətləndirilməsinə göstəriş vermiş və iddiaçı cavabdeh tərəfindən şəhadətləndirilərək xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi aşağıdakı kimi təyin edilmişdir: Diaqnoz: “Epilepsiya, tez-tez epileptik tutmalarla. Orta (mülayim dərəcədə) ifadə olunmuş üzvi dissosiativ pozuntu” – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Orta (mülayim dərəcədə) ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qul aqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” – “Ümumi xəstəlikdir”. İddiaçı 12.2017-xx.xx.2018-ci il tarixdə SQ Baş Klinik Hospitalında stasionar müalicədə olarkən və ilk dəfə xx.xx.2018-ci ildə cavabdeh tərəfindən şəhadətləndirilərkən eşitmə zəifliyindən şikayətlənməmiş və lor həkim tərəfindən onun qulaqlarında hər hansı xəstəlik aşkar edilməmişdir. İddiaçı yalnız 3 il 6 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə təkrar şəhadətləndirilərkən zəif eşitmədən şikayətlənmiş və müayinə nəticəsində onda “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşimə, pıçıltı nitqinin sol qulaqda 2 (iki) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozu müəyyən edilmişdir və bu səbəbdən də iddiaçının qanunsuz yolla əldə edib təqdim etdiyi “Travma haqqında arayış ” əsasında xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır” kimi qiymətləndirilmişdir. İlkin şəhadətləndirilmə zamanı iddiaçıda eşitmə zəifliyinin olmaması və 3 il 6 ay sonra onda eşitmə zəifliyinin yaranması bu xəstəliyin hərbi xidmət dövrü ilə əlaqəsinin olmadığını göstərir. İddiaçı eşitmə zəifliyinə səbəb olan “barotravma”nı hərbi xidmətdən tərxis olunduqdan sonra keçən 3 il 6 ay ərzində də ala bilərdi. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəssisinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin iddiaçının təqdim etdiyi “Travma haqqında arayış” əsassız və qanunsuz yolla əldə edildiyi üçün əs as kimi qəbul edilməmişdir. İddiaçıya təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinin və 7.2-ci bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdehin diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 22 fevral 2024-cü il tarixli, 2-1(112)-17 89/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edilmiş və həmin əlverişsiz inzibati akt əsaslandırılmamışdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunla r və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən inzibati aktın əsaslandırılması zamanı xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnamədə bundan öncə verilən xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnamənin 1, 2, 3, 6, 7, 8 (anamnez), 9, 10 (obyektiv müayinələrin məlumatları), 12ci (diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi) bəndlərində olan məlumatla eyni məzmunda məlumat əks olunsa da, cavabdehin həmin qərarının məzmununda dəyişikliklər olmuşdur. Qeyd olunmalıdır ki, reallıqda həmin halları təsdiq edə biləcək qərarın qəbuluna əsas olmuş bütün sənədlərin, o cümlədən mövcuddursa, həmin hallarla bağlı sübutlar və s. barədə sənədlərin tələb edilməklə tədqiq edilməsi, iddiaçıya münasibətdə cavabdeh qurumun qəbul etdi yi qərarın həmin sənədlər əsasında qanuniliyi yoxlanılacaqdır.

10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya dair tibbi sənədlərin əsaslılığına şübhə yarandığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırma aparılması məqsədi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət ünvanlanmış, xx.xx.2021-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 32.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün Yasamal PPİ-nin İstintaq şöbəsinə, oradan isə Binəqədi PPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Göründüyü kimi, cavabdehin şübh ə yaradan hallar barədə ən geci xx.xx.2021-ci il tarixdə məlumatlı olmasına baxmayaraq, “İnzibati icraat haqqında” Qanununa müvafiq olaraq inzibati icraat aparmamış və ya inzibati icraatı başlayaraq müvəqqəti onun icrasını cinayət işi başa çatanadək dayandırmamışdır.

11. Bundan başqa, sözügedən hallar barədə cavabdehin məlumatı olmasına baxmayaraq, özü xx.xx.2021-ci il tarixdə iddiaçını şəhadətləndirmiş, sonradan, yəni 1 il 6 ay keçəndən sonra yenidən şəhadətləndirmiş və barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə işin mahiyyətinə qiymət verməyi zəruri hesab etmir, belə ki, məhkəmə “İnzibati icraat haqqında” Qanunun normalarını təhlil edərək inzibati akta qiymət verir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasın ı şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göründüyü kimi, cavabdeh inzibati aktın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Emin Əliyev və Cahangir Yusifov) 09 iyul 2024-cü il tarixli, 2-1(103)-2522/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaş dıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraatla bağlı qanunvericiliyin tələbindən göründüyü kimi yazılı inzibati aktın əsaslandırılması mütləqdir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiy a baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlar ına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqd im etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 5472 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 24470 nömrəli şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazı mi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edil məməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 21(103)-2522/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar