Məhkəmə qərarları › İş №2-1(102)-302/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-302/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-302/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmək kitabçasında və partiya biletində olan məlumatlara görə yaşa görə pensiya təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə(bundan sonra cavabdeh) qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2099/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1 sentyabr 1957-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Azərbaycan Kommunist Partiyası Qubadlı rayon komitəsi tərəfindən iddiaçıya verilmiş partiya biletindəki qeydlərə ə sasən iddiaçı 1973-cü ilin sentyabr ayından 1983-cü ilin yanvar ayına qədər Qubadlı rayonu “Komsomol” kolxozunda kolxozçu (9 il 3 ay), 1983cü ilin yanvar ayındən 1987-ci ilin yanvar ayına qədər Qubadlı rayonu “Sovet Azərbaycanı” kolxozunda sağıcı (4 il), 1987-ci ilin yanvar ayından 1991-ci ilin sentyabr ayına qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında fəhlə (4 il 9 ay) kimi işləmişdir. 1987ci ilin yanvar ayından 1993-cü ilin aprel ayınadək işləməsi əmək kitabçasında olan məlumatlarla da təsdiq edilir. İddiaçı əmək pensiyası təyin olunması üçün cavabdehə ərizə ilə müraciət edərək sənədlərini təqdim etmiş, cavabdeh 28.06.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, 02.09.1973-cü ildən 01.09.1991-ci il tarixədək olan iş stajının qarşılıqlı yoxlanması mümkün olmadığı üçün həmin illərin iddiaçının sığorta stajı kimi hesablanaraq pensiya təyin olunması mümkün deyildir. İddiaçı 6 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona sentyabr 1973-cü ildən yanvar 1983-cü ilə qədər Qubadlı rayonu “Komsomol” kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər Qubadlı rayonu “Sovet Azərbaycanı” kolxozunda, 05.01.1987-ci ildən 01.03.1993-cü ilə qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında, 02.03.1993-cü ildən 03.04.1998-ci ilə qədər Qubadlı Mənzil Təmir Tikinti İstismar Sahəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla, yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edi lməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(81)-3397/2019 saylı iş) 20 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya sentyabr 1973-cü ildən yanvar 1983-cü ilə qədər Qubadlı rayonu “Komsomol” kolxozunda, yanvar 1983-cü ildən yanvar 1987-ci ilə qədər Qubadlı rayonu “Sovet Azərbaycanı” kolxozunda, 05.01.1987-ci ildən 01.03.1993-cü ilə qədər Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında, 02.03.1993-cü ildən 03.04.1998-ci ilə qədər Qubadlı Mənzil Təmir Tikinti İstismar Sahəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla, yaşa görə pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.8, 1.0.10, 6-1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, imtina məktubuna əsasən iddiaçıya əslində yaşa görə pensiyanın təyin olunmasına onun sosial sığorta stajı təsdiq olunduğu təqdirdə yol verilə bilər. Bakı ApellyasiyaMəhkəməsinin İnzibati-İqtisadi kollegiyasının(hakimlər-X5-məruzəçi, X8 və X3 2-1(103)-2767/2018 saylı iş) 4 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin20 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 1973-cü ildən 1987-ci ilə qədər olan stajı barədə əmək kitabçasında hər hansı qeyd aparılmamışdır. Həmin dövr üzrə staj Azərbaycan Kommunist Partiyasının üzvlük biletinə əlavə olan uçot kartoçkasında qeyd edilmişdir, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən əmək fəaliyyəti yalnız əmək kitabçası əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərDadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və X9, 2-1(102)-1177/2019 saylı iş) 19 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər-X6məruzəçi, X13 və X10 2-1(103)-2099/2019 saylı iş) 3 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 19 noyabr 2019-cu ildə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: AR NK-nin 25.11.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında o lan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Qanunvericilik şəxsin əmək stajını təsdiq edən sənəd olaraq əmək kitabçasını müəyyən etmişdir. Məhkəmə iddiaçının partiya biletinə istinad etməklə sosial sığorta stajı müəyyən etmişdir. Həmçinin cavabdeh tərəfindən 1987-1993-cü illəri əhatə edən dövr üçün əmək kitabçası təqdim olunsa da, kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyi ldir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının qeyd etdiyi dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunm asını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sentyabr 1973-yanvar 1983-cü illər, yanvar 1983-yanvar 1987-ci illər, yanvar 1987-mart 1993-cü illər və mart 1993-aprel 1998-ci illər işlədiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pens iyasının təyin edilməsini arzu edir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının 1973-cü ilin sentyabr ayından 1987-ci ilin yanvar ayınadək işləməsi 30 avqust 1985-ci ildə verilmiş partiya bileti, 1987-ci ilin yanvar ayından 1993-cü ilin aprel ayınadək işləməsi əmək kitabçası ilə təsdiq edilir. Cavabdehin mövqeyinə görə əmək kitabçasında olan məlumatların düzgünlüyünü müəyyən edə bilmədiyindən və əmək stajı partiya bileti ilə təsdiq oluna bilinmədiyindən iddiaçıya pensiya təyin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisə olunan dövrlə bağlı iş stajı qanunvericiliyin tələb etdiyi kimi əmək kitabçası və partiya bileti ilə təsdiq edildiyindən həmin dövr onun sığorta stajına daxil edilməlidir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. İddiaçının işlədiyi dövrdə (1973-1991-ci illərdə) qüvvədə olmu ş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Həmçinin, 1 yanvar 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət So sial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu məzmun “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsində də əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası nı təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Bəhs edilən normalara görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və iddiaçının işlədiyi dövrün bir hissəsi də əmək kitabçasında əksini tapmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün olmuş, onun işlədiyi dövrlə bağlı arxiv sənədləri işdə olan arxiv arayışlarına görə işğal altında qalmışdır. Odur ki, iddiaçının 1983-cü ildən 1987-ci ilədək Qubadlı rayonunda əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən partiya bileti mötəbər sübut kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqd im olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası və partiya bi leti mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında və partiya biletində olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iş yerindən verilən əmək kitabçasında və partiya biletində qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadı nların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 7-ci maddəsinə görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən az olmayan sığorta stajı mövcud olmalıdır. İşdə olan sənədlərə görə iddiaçının iş s tajı 25 ildən çoxdur. İddiaçı 1 sentyabr 1957-ci ildə doğulmuşdur. Qanunun 7-ci maddəsinin və Qeyd hissəsinin tələbi nəzərə alınarsa, iddiaçının 60 yaşı 1 sentyabr 2017-ci ildə tamam olmuşdur, bu vaxt 1 iyul 2017-ci ildən 1 iyul 2018-ci il arasına təsadüf etdiyindən onun yaş həddi bu bir il üçün 6 ay artırılarsa, pensiya hüququ 60 yaş 6 aydan, yəni 1 mart 2018-ci il tarixdən yaranmış olacaqdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının 25 ildən az olmayan sığorta stajı olduğundan və 1 mart 2018-ci il tarixdən (60 yaş 6 ay) yaşa görə əmək pensiyası hüququ yarandığından apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən ta m və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbinə dair cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbə sinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2099/2019 saylı, 3 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar