Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-302/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilmə barədə əmrin ləğv edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının, iddiaçının vəkili VəkilN, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “əmrin ləğvi, öz arzus u ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N03)-N29N/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı xx.xx.N970-ci ildə anadan olmuş, N984-N992-ci illərdə təhsil almış, təhsilini bitirdikdən sonra “leytenant” kimi Müdafiə Nazirliyinin Kimya Xidmətinin AnalitikHesablama stansiyasında xidmətə başlamış, xx.xx.N992-ci il tarixindən xx.xx.N994-cü il tarixinədək Müdafiə Nazirliyinin Analitik-Hesablama stansiyasının baş operatoru, xx.xx.N994-cü il tarixindən xx.xx.N995-ci il tarixinədək N saylı hərbi hissənin tüstüləndirici maşınlar bölüyünün komandiri, xx.xx.N995-ci i l tarixindən xx.xx.N997-ci il tarixinədək N saylı hərbi hissənin qərargah rəisinin köməkçisi, xx.xx.N997-ci il tarixindən xx.xx.N999-cu il tarixinədək N saylı hərbi hissənin komandir müavini – qeydiyyat əməliyyat bölməsinin rəisi, xx.xx.N999-cu il tarixindən xx.xx.200N-ci il tarixinədək N saylı hərbi hissənin kimya xidməti rəisi, xx.xx.200N-ci il tarixindən xx.xx.200N-ci il tarixinədək Silahlı Qüvvələrin kimya xidmətinin zabiti, xx.xx.200N-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək N saylı hərbi hissənin komandiri, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək N nömrəli hərbi hissənin kimya xidməti rəisi vəzifəsində xidmət etmişdir.
2. İddiaçı xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş, Akademiyada komanda-qərargah əm əliyyat-taktika ixtisası üzrə təhsil alıb xx.xx.2007-ci il tarixində təhsilini başa vurmuş, xx.xx.2007-ci il tarixindən xx.xx.20N0-cu il tarixinədək N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi – KQSM üzrə cavabdeh zabit vəzifəsində, xx.xx.20N0-cu il tarixindən xx.xx.20NN-ci il tarixinədək N saylı hərbi hissənin Əməliyyat İdarəsinin əməliyyat planlaşdırma baş zabit vəzifəsində, xx.xx.20NN-ci il tarixindən ailə vəziyyəti ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “d” bəndinə əsasən N saylı hərbi hissənin zabiti vəzifəsində, xx.xx.20N4-cü il tarixindən isə Silahlı Qüvvələrin Hərbi X4 kafedrasının dosenti vəzifəsində çalışır.
3. İddiaçı xx.xx.20N9-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N4-cü il tarixli *** nömrəli əmri il ə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumatların sızmasının qarşısının alınması haqqında” xx.xx.20N4-cü il tarixli 0N9 nömrəli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” xx.xx.20N4-cü il tarixli 0N66 nömrəli əmrlərinin tələblərini kobud surətdə pozmaqla xidməti intizam pozuntularına yol vermişdir. Nəticədə iddiaçının barəsində intizam icraatı başlanılmış, iddiaçıya “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və bu barədə ona xx.xx.20N9-cu il tarixində məlumat verilmişdir.
4. İddiaçı xx.xx.20N9-cu il tarixində ailə vəziyyəti ilə bağlı ehtiyata buraxılması üçün Azərbaycan Respublikası Müda fiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport verərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N9-cu il tarixli *** nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı XN uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X2 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı oğlu tutduğu vəzifədən azad edilmiş və N-cı motoatıcı briqadanın (N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N9-cu il tarixli *** nömrəli əmrinin ləğv edilməsi və iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq təqdimat verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə həvalə edil məsi, iddiaçının Azərbaycan Respublikası “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Qanunun N8-ci, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinin tələbinə əsasən “öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş zabitlər” hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar. Əsasnamənin N56-N60-cı maddələrinin müəyyən etdiyi qaydalardan görünür ki, N56-cı maddəsinin müəyyən etdiyi əsas a görə hərbi qulluqçunun ehtiyata buraxılması zamanı hərbi qulluqçunun xidmət etdiyi təşkilatın (komandanlığının) müvafiq icra hakimiyyəti orqanına təqdimat verməkdən, eyni zamanda həmin təqdimat əsasında isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu ehtiyata buraxılmasından imtina etmək hüququ nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin qeyd olunan əmri əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, xx.xx.20N9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X2 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı oğlunun xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçının müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir. Aşkarlanan fakt ciddi əhəmiyyət k əsb etdiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 20N4-cü il N7 dekabr tarixli, 030 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6-cı və 544.7-ci maddələrinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20N4-cü il N6 fevral tarixli, 0N9 nömrəli və 20N4-cü il N4 oktyabr tarixli, 0N66 nömrəli əmrlərinin tələbləri kobud surətdə pozulduğundan dərhal Müdafiə Nazirliyinin rəhbər heyətinə məruzə edilmiş və Müdafiə naziri tərəfindən polkovnik İddiaçı “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və cəzanın icra olunmasının təmin edilməsi haqqında Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinə göstəriş verilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinin 54 nömrəli, xx.xx.20N9-cu il tarixli əmri ilə təqsirkar şəxslər cəzalandırılmış, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilərək, bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatın aidiyyəti üzrə göndərilməsinin təmin olunması Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə tapşırılmışdır. xx.xx.20N9-cu il tarixdə müvafiq təqdimat aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 20N9-cu il tarixli *** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı XN uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X2 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasını n Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N-cı motoatıcı briqadanın (N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin rəhbər heyətinin əmrlərinin tələblərini kobud surətdə pozduğunu və əmri pozduğuna görə intizam məsuliyyətinə cəlb olunacağının rəsmiləşdiriləcəyini bildiyindən və buna görə də intizam məsuliyyətinə cəlb olunmaqdan yayınmaq üçün xx xxxx 20N9-cu ildə, yol verdiyi intizam pozuntusu aşkarlanandan bir gün sonra Döyüş Təminatı və MTT kafedrasının rəisinə raport təqdim edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarıda komandanlıq qarşısında vəs atət qaldırmağı xahiş etmişdir. Halbuki, Müdafiə naziri tərəfindən verilmiş intizam cəzasının icrasını təmin etmək məqsədilə xx.xx.20N9-cu il tarixdə polkovnik İddiaçıya məlumat verilmiş və təqdimatı aidiyyəti üzrə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. İddiaçının bir gün sonra öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması üçün raport verməsi onun intizam məsuliyyətinə cəlb olunmasını aradan qaldıra bilməzdi. Müdafiə naziri onun bilavasitə özünün və birinci müavininin əmrlərini pozmuş zabiti intizam qaydasında cəzalandırıb aşağı vəzifəyə təyin etməklə hərbi qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətlərindən istifadə etmiş, qanunu pozmamışdır.
9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respub likası Müdafiə Nazirinin xx.xx.20N9-cu il tarixli *** nömrəli əmrinin ləğv edilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı barədə xx.xx.20N9-cu il tarixli raportu nəzərə alınaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N0. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-2N7/2020 saylı qərarı ilə (hakim – M.C.Qarayeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. NN. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən aktda “İnzibati icraat haqqında” Qanunun 58 və 6N-ci, “Hərbi vəzifə və hərbi xidmət haqqın da” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Azərbaycan Respublikası Silahlı X3”nin müddəalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. İddiaçının sonradan həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması barədə dəlilləri artıq başlanılmış intizam icraatının dayandırılması və ya həmin icraatın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməməsi üçün əsas olmadığından yuxarıda qeyd olunan qanunvericilik normaları ilə təkzib edilir. N2. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat N3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2N(N03)-N29N/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.Ə.Hüseyn, hakimlər – V.M.Ağayev və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-2N7/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. N4. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N5. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir. N6. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2N(N03)-N29N/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri N7. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əsaslı araşdırma aparmadan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirmədən, yalnız birinci instansiya məhkəməsinin qərarına istinad edərək, cavabdehin nümayəndəsinin izahatına əsaslanaraq əsassız akta və əmrə əsasən qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı raport yazarkən Baş Qərargah rəisinin müavini – Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin rəisinin xx.xx.20N9-cu il tarixli əmri barədə məlumatsız olmuşdur. İdd iaçının raportu xx.xx.20N9-cu il tarixində Döyüş təminatı və MTT kafedrasının rəisi tərəfindən qəbul edilmiş və iddiaçının raportuna əsasən vəsatət qaldırılması üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə xx.xx.20N9-cu il tarixində raport yazılmışdır. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi iddiaçının raportu əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırsa da, yuxarı komandanlıq iddiaçını ehtiyata buraxmaq əvəzinə, onu cəzalandırmaq məqsədilə 3 gün sonra, yəni xx.xx.20N9-cu il tarixində əmr verərək iddiaçını aşağı vəzifəyə təyin etmişdir. Bütün hallarda yoxlamanın keçirilməsi və aktın tərtib edilməsi qanunsuz olmuşdur. Yoxlamanın keçirilməsi və yoxlamanı keçirən şəxslərin səlahiyyətli olması ilə bağlı cavabdeh tərəfindən qanuni əsas göstərilməmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya və apellyasiya instansiyası məhkəməsi yoxlamanın qanunsuz keçirilməsi ilə bağlı iddiaçının dəlillərinə heç bir hüquqi qiymət verməmişlər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N8. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları N9. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili VəkilN kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 2N. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Az ərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. 22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 8N-ci maddəsində nəzə rdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir.
23. Həmin Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı XN uyğun olaraq intizam cəzası qaydasında hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilər.
24. Həmin Əsasnamənin 8N-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir
25. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X3”nin 67-ci maddəsinə əsasən zabitlərə aşağıdakı intizam cəzaları verilə bilər: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri N0 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma.
26. Həmin Nizamnamənin 74-cü maddəsinin N-ci bəndinə əsasən Silahlı Qüvvələr növü komandanının zabitlərə aşağıdakı intizam cəzaları vermə hüquqları vardır: a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri N0, baş zabitləri 5 sutkayadək həbs etmək; v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; q) bölük, 4-cü dərəcəli gəmi komandirləri, onlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək. 27. “İnzibati icraat haqqında” Qanunun N9.N-ci maddəsinə əsa sən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
28. Həmin Qanunun N9.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29. Həmin Qanunun 20.N-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orq andan məlumat əldə etmək hüququ vardır.
30. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 3N. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.N-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
33. Həmin M əcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının tələbi mübahisələndirilən əmrin ləğvi və onun öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasıdır. İddiaçının kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iddiaçı xx.xx.20N9-cu il tarixində ailə vəziyyəti ilə bağlı ehtiyata buraxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport vermiş, buna baxmayaraq o, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N9-cu il tarixli *** nömrəli əmrinə əsasən N-cı motoatıcı briqadanın (N saylı hərbi hissənin) Döyüş Hazırlığı bö lməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmələr işin bu halına qiymət verməmişdir.
38. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının sözügedən dəlilinə məhkəmə tərəfindən qiymət verilmiş və haqlı olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.20N9-cu il tarixdə akt tərtib edildikdən, Baş Qərargah rəisinin müavini – Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin rəisinin xx.xx.20N9-cu il tarixli əmri qəbul edildikdən bir gün sonra, xx.xx.20N9-cu il tarixdə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün raport yazmışdır. İddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətd ən ehtiyata buraxılması barədə raport yazması nə onun intizam qaydasında cəzalandırılmasına mane olan bir hal kimi, nə də ki, həmin anda onun ehtiyata buraxılması halı kimi qiymətləndirilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçunun yuxarı vəzifədən aşağı vəzifəyə keçirilməsi intizam cəzası qaydasında hazırkı qərarın 2N-26-cı bəndlərində göstərilən normalara uyğun olaraq tətbiq edilir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh tərəfindən nə həmin normaların, nə də inzibati icraatın aparılması barədə hazırkı qərarın 27-3N-ci bəndlərində qeyd olunan normaların pozuntusu müəyyən edilməmişdir.
40. Eyni zamanda, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan hazırkı qərarın 32-ci bəndində göstərilən normanın məzmununa uyğun olaraq mübahisəl əndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh xx.xx.20N9-cu il tarixli *** nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. 4N. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2N(N03)-N29N/2020 nömrəli qərarı