Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-302/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı işi üzrə QƏRARİ Açar sözlər: diplomun tanınmasından imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı “cavabdehin diplomun tanınmasından və ekvivalentliyinin müəyyən edilməsindən imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-1511/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2000-ci ildə X4 Təsərrüfatı Universitetinin İdarəetmə institutunun beynəlxalq biznes fakültəsinə qəbul olmuş, 2005-ci ildə həmin İnstitutun hüquqşünaslıq ixtisası üzrə tam kursunu bitirmiş və ona AUG 000026 nömrəli diplom verilmişdir.
2. İddiaçı diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 26 iyul 2018-ci il tarixli, 23-04-609/ANİ saylı məktubla diplomun tanınmasından imtina edərək bildirilmişdir ki, o, tədris aldığı ölkədə təhsil aldığı dövrdə ümumiyyətlə olmadığından ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddə tin tələbinə riayət etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin X3 Komissiyası (Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı 15 noyabr 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərin (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, X3 Komissiyası Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən 15 noyabr 2005-ci il tarixli, AUG 000026 s aylı diplom verilmişdir. Həmin diplom və onun əlavəsi 10 iyul 2014-cü il tarixdə Gürcüstan Respublikasının Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən dəyişdirilərək 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmişdir. Diplomun Azərbaycan Respublikasında qəbul edilməsi üçün cavabdehə 2014cü il tarixdə rəsmi olaraq müvafiq sənədlər təqdim etmişdir. Uzun müddət ona cavab verilməmişdir. 02.12.2014-cü il tarixdə rəsmi olaraq sənədlərin təsdiq olunub-olunmaması barədə cavabdeh orqana müraciət etmişdir. 03.04.2015-ci il tarixdə cavabdeh onun ərizəsinə cavab verərək diplomun dəyişdirilməsi üçün Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etməyi bildirmişdir. Daha sonra o, diplomu və onun içliyini Təhsil Keyfiyyətinin İnkişafı Mil li Mərkəzində dəyişərək 2015-ci il tarixdə cavabdehə təqdim etmişdir. Lakin bundan sonra da ona cavab verilməmişdir. Bununla əlaqədar olaraq, dəfələrlə yazılı müraciətlər etmiş, qəbula yazılmışdır. Hər dəfə ona ekspertlər tərəfindən yoxlanıldığını bildirmişlər. 2014-cü il tarixdə Təhsil Nazirliyindən cavab gələrək sənədlərinin yoxlanılması üçün qəbul olunmuş qərarla bağlı ona 1 ay müddətində cavab veriləcəyi bildirilmişdir. 2018-ci ildə ona bildirilmişdir ki, korrupsiyanın qarşısını almaq üçün sənədləri elektron qaydada yükləməlisiniz. Bununla razılaşaraq, sənədləri elektron qaydada yükləmişdir. 2018-ci il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş və 09 dekabr 2019-cu il tarixli məktub, ona poçt vasitəsi ilə 18 dekabr 2019- cu il tarixdə təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, idarənin ekspert qrupunun rəyinə əsasən, Gürcüstan Aqrar Universiteti tərəfindən ona verilmiş 20 iyun 2005-ci il tarixli, AUG 000026 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir. Odur ki, cavabdehin imtinasını qanunsuz sayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2571/2020 saylı qərardadı ilə (hakim: M.T.Hacıbəyova) iddiaçının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “cavabdeh qismində əlavə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2nin də cəlb edilməs i” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 saylı qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə Gürcüstan Aqrar Universitetində təhsil aldığı iş materialları ilə sübuta yetirilmədiyindən iddia əsassızdır.
9. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci inst ansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1511/2021 saylı, 17 avqust 2021-ci tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A.Yusifov və H.Ü.Həmidov) Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 saylı qərarı qismən ləğv edilmiş, iddia Azərbaycan Respublikasının Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi hazırkı iddiaya cavab verməli olmadığından, iddia bu hissədə mümkün sayıla bilməz.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın eyni tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: C.A.Yusifov və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə Gürcüstan Aqrar Universitetində təhsil aldığı iş materialları ilə sübuta yetirilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq 17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifa də edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 1 3.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları": Bənd 1.1 Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununu n həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsi ndə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan təl əblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respub likasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükü nün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hə r semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” Bənd 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bənd 2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Bənd 2.14. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən n əzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar. Bənd 2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. Bənd 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. Bənd 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqram ı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayd ada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Belə ki, iddiaçı Gürcüstanın Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməmiş, məhz buna görə də cavabdeh diplomun tanınmasından imtina etmişdir.
26. İddiaçı qeyd edir ki, Gürcüstan Mənzil İstismar Birliyinin 2005-cı il tarixli, 221 saylı arayışı ilə onun 2000-2005-ci illər ərzində əyani təhsillə bağlı Gürcüstan Respublikasında yaşamağı təsdiq edilir. Bu məsələ qərarda göstərilsə də, bu hal araşdırılmamışdır.
27. Bu dəlilə əlaqədar məhkəmə tərkibi bildirir ki, iş materiallarında belə bir arayış olsa da, bu arayışın mötəbərliyi ciddi şübhə doğurur. Belə ki, arayış kresosurətdir və arayışdakı imzaların həqiqiliyi heç bir möhürlə təsdiqlənməmişdir.
28. Bundan əlavə iddiaçı qeyd edir ki, o, Gürcüstan Respublikası ərazisinə Rusiya Federasiyasından daxil olduğundan sərhədkeçmə məlumatlarında onun adı yoxdur.
29. Bu arqumenti də tam əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış 2-1(112)-2571/2020 saylı, 17 noyabr 2020-ci il tarixli sorğudan görünür ki, məhkəmə iddiaçı barəsində 2000-2005-ci illər ərzində sərhədkeçmə məlumatlarının təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 12.12.2020-ci il tarixli, 33/4249 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçı 2000- 2005-ci illər ərzində yalnız 2004-cü ildə 4 gün müddətində Qazaxıstan istiqamətində Azərbaycan Respublikasının sərhədini keçmişdir. Yəni, iddiaçının tədris aldığı dövrdə Rusiya Federasiyasının ərazisinə belə keçməsi sübuta yetirilmir.
30. Beləliklə, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bil məz.
31. İddiaçı həmçinin kassasiya şikayətində qeyd edir ki, onun diplomu və diploma əlavə apostil möhürü ilə təsdiq edilmişdir.
32. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, iddiaçının diplomunun apostil möhürü ilə təsdiq edilməsi yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, iş üzrə bu şə rtə də əməl olunmur.
33. Məhkəmə tərkibi işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1511/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.