Məhkəmə qərarları › İş №2-1(102)-302/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-302/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-302/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının ödənilməsinin bərpa edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “xx.xx.2014-cü il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-572/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayından iddiaçının pensiya işindəki şəxsiyyət vəsiqənin verilmə tarixi xx.xx.2017-ci il olduğu əsas gətirilərək, ona verilən yaşa görə əmək pensiyası dayandırı lmışdır.

3. Dövlət Miqrasiya Xidmətinin 14 aprel 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, 6 iyun 1954-cü il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir.

4. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdehin 3 mart 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixindən yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişi iddiaçının xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi olmasını təsdiq edən sənədinin olmaması səbəbindən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə pensiya ilə bağlı müraciətinə əsasən ona xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan 2021-ci ilin aprel ayından, pensiya işindəki şəxsiyyət vəsiqəsinin verilmə tarixinin xx.xx.2017-ci il olduğu əsas gətirilərək, ona verilən əmək pensiyası əsassız olaraq dayandırılmışdır. İddiaçı bununla bağlı cavabdehə, eləcə də əlaqədar orqanlara ərizə ilə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona imtina cavabı veril mişdir. O, xx xxxx 1954-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, 1979-cu ildən 1994-cü ilə kimi Xaçmaz MRX-nın Vərəm Dispanserində 15 il sanitar işləmişdir. Xəstəliyi ilə bağlı böyrək köçürülmə əməliyyatı ilə əlaqədar İsrail dövlətinə getmiş və orada yaşayan qızının, qohumlarının köməyi ilə Filippinin Manila şəhərində əməliyyat keçirilib bir böyrəyi dəyişdirilmişdir. Böyrək əməliyyatı ilə bağlı Xaçmaz şəhərində doğulduğu və yaşadığı evi satmışdır. Quba şəhəri, Qırmızı qəsəbə, S.Vurğun küçəsi 57 saylı evdə onun qızı yaşayır. Səhhətində problemlər olduğundan və həkimi İsraildə olduğu üçün əvvəllər altı aydan bir həkimin yanına gedib-gəlmişdir. Bir ildən çoxdur ki, pandemiya ilə bağlı sərhədlər bağlandığına görə İsraildə qalmışdır və qızının evindədir. Pandemiya ilə bağlı respublikaya q ayıda bilmir. Təqaüdünü Quba şəhərində yaşayan qızı Hana alıb ona göndərmişdir. Bir ilə yaxındır təqaüdünün verilməsini dayandırıblar, səbəbi də əvvəllər guya onun Azərbaycan Respublikasının vətəndaşı olmağına şübhə ilə yanaşmaları olub. Pensiya idarəsindən ona bildirmişlər ki, DİN-in Baş Pasport və Qeydiyyat İdarəsinə sorğu göndərilib, ancaq cavab gəlməyib. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında 19-cu hissənin “a” bəndində göstərilir ki, vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində işləyən orta tibb heyəti və kiçik tibb heyətinin qadınlarda ən azı 10 il, kişilərdə isə 12,5 il iş stajı olduqda güzəştli şərtlərlə təqaüdə çıxmaq hüquqları vardır. Onun isə 15 il iş stajı, eləcə də 3 uşağı ol ub. Ona xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, güzəştli şərtlərlə 2005-ci ildən pensiya təyin edilməli idi. 2017-ci ilin qanununda edilən dəyişikliklər ona şamil olunmamalıdır. Onun işdən çıxmağına səbəb də səhhətində yaranan problemlər olub, böyrəyi ilə bağlı əməliyyat olmağı olub. 2017-ci ilə kimi onda keçmiş sovet pasportu olub və 2017-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin onun əmək pensiyasını dayandırması qanunaziddir və cavabdehin üzərinə ona pensiyanın bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdi r ki, İddiaçı şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. İddiaçı isə ona pensiyanın təyin edilməsi üçün inzibati orqana 2017-ci ildə müraciət etmişdir. İnzibati orqan tərəfindən iddiaçıya 14 il 5 ay sığorta stajı olmaqla xx.xx.2014-cü il tarixdən pensiya təyin edilib. Əslində, təyinat iddiaçının vəsiqəsinin verilməsi tarixindən hesablanmalı idi. Həmin tarixdən isə tələb olunan sığorta stajı və ya pensiya kapitalı olmadığından haqlı olaraq iddiaçının pensiyası ləğv edilmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasının əsli mövcud deyildir. Təqdim edilən isə əmək kitabçasına əlavədir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də iddiaçının tələbi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.

8. Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 08/A-2545-QV nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan isə müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun vətəndaşlıqdan çıxması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1512/2022 nömrəli qərarı ilə iddiа təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qazanılmış hüquq qanunsuz olar aq cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdehin gətirdiyi əsas arqument onun Azərbaycan Respublikası vətəndaşlığının olmamasıdır. Halbuki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08/A-2545-QV nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşlıqdan çıxarılması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən gətirilən bütün arqumentlər əsassız olduğundan, iddiaçının yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək onun sosial təminat hüququ təmin olunmalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 2-1(105)- 572/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1512/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlil ləri

15. Cavabdehin kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya pensiya təyinatı onun şəxsiyyət vəsiqəsinin verilmə tarixidən hesablanmalı idi, həmin tarixdən isə tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından haqlı olaraq iddiaçının pensiyası ləğv edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə v ə qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 5.3 Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. B u Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin mü əyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edi lənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasınd a baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kas sasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 2

6. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2014-cü il tarixdən 60 yaşından əmək pensiyası təyin edilmişdir. Cavabdeh sonradan aparılmış araşdırma nəticəsində iddiaçının pensiya hüququna malik olmadığı, nəticədə xx.xx.2014 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12.727,44 manat pul vəsaitinin artıq ödənildiyi qənaətinə gələrək iddiaçıya təyin edilmiş pensiyanı dayandırmışdır.

27. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məlumat verərək bildirmişdir ki, iddiaçının pensiya işində şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2017-ci il olduğundan və daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığından, ona yaşa görə əmək pensiyası xx.xx.2014-cü ildən deyil, xx.xx.2017-ci il tarixdən təyin edilməli idi. Belə ki, 1 iyul 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, pensiya yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sosial sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyi və ya 25 il sosial sığorta stajının olmaması (14 il 5 ay) səbəbindən ona yaşa görə əmək pensiyasının təyinatı zamanı qanunvericili yin tələblərindən kənarlaşmaya yol verilmişdir.

28. İş materialları ilə müəyyən edilir ki, iddiaçının pensiyasının dayandırılması barədə inzibati akt qəbul edilməmiş, cavabdeh inzibati orqan məsələ ilə bağlı iddiaçıya məktub ünvanlamaqla kifayətlənmişdir.

29. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.

30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçı ya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

31. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri bax ımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarını və şərtlərini, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icra ata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

32. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barəd ə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

33. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

34. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 27-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildi yi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(105)-572/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar