Məhkəmə qərarları › İş №2-1(102)-302/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-302/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-302/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncam və order əsasında verilmiş bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2492/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 nömrəli sərəncamından çıxarışa əsasən 238 nömrəli kooperativ nəzdində iddiaçıya bağ sahəsi ayrılmışdır.

2. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperativinin 25 nömrəli Orderinə əsasən iddiaçıya Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperati v nəzdində 0,12 ha sahəsi olan 4267 nömrəli bağ sahəsi ayrılmışdır.

3. İddiaçı qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

4. İmtina onunla əsaslandırmışdır ki, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Həmçinin torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 11 noyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 378 nömrəli Sərəncamı və həmin sərəncam əsasında Bağ lar təsərrüfatının 238 nömrəli kooperativin 25 nömrəli orderi ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar 4267 saylı torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13 mart 1992-ci il tarixli, 378 nömrəli Sərəncamına və həmin sərəncam əsasında qəbul edilmiş Bağlar təsərrüfatı 238 nömrəli kooperativin 25 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar həcmində olan 4267 saylı torpaq (bağ) sahəsi iddiaç ıya ayrılmışdır. İddiaçı torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən 30 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinə fasiləsiz, qanuni və faktiki sahiblik edir. İddiaçı 30 ildən artıq müddətə qanuni və faktiki sahiblik və istifadə etdiyi torpaq sahəsinə dair müvafiq plan və ölçünün tərtib olunması, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətindən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixl i, 2-1(112)-3853/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 378 nömrəli Sərəncamı və həmin sərəncam əsasında Bağlar təsərrüfatının 238 nömrəli kooperativin 25 nömrəli orderi ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar 4267 saylı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağ sahəsi qanunvericiliyə uyğun olaraq səlahiyyətli qurumun hal-hazırda qüvvədə olan qərarı (order) ilə iddiaçıya ayrıldığından, torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi iddiaçının təqsiri hesab edilmədiyindən və sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, uyğunsuzluğun qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmaq cavabdehin inzibati orqanın vəzifəsi olduğundan həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2492/2023 nömrəl i qərarı (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 2-1(112)-3853/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, məhkəmə tərəfindən iddiaçının göstərdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil etməsi faktı ilə əlaqədar mütəxəssis rəyi alınmamış, ekspertiza təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. İş materiallarından görünür ki, iddiaçıya Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 378 nömrəli sərəncamı əsasında Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperativ nəzdində 0,12 ha sahəsi olan 4 267 nömrəli bağ sahəsi ayrılaraq iddiaçının istifadəsinə verilmiş və buna dair Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 238 nömrəli kooperativinin 25 nömrəli Orderi tərtib edilmişdir.

25. İddia olunan bağ sahəsi iddiaçının istifadəsinə qanuni əsaslarla verildiyindən, yuxarıda istinad edilən normaya əsasən o, həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmişdir.

26. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

27. Hazırkı halda, cavabdehin imtinasının əsasını sxematik xəritə ilə uyğunsuzluğu təşkil edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şi kayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2492/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar