Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3020/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddət ötürülməklə verilmiş apellyasiya şikayətinin mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-ni n 1ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2-1(107)-351/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın 1-ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 28 dekabr 2024-cü il tarixli 21(116)-1829/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nin 1-ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.B.İsayev) 08 iyul 2025-ci il tarixli, 2-1(107)-351/2025 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsini n 28 dekabr 2024-cü il tarixli, 2-1(116)-1829/2024 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə, saat 17:15-də cavabdehin elektron kabinetinə yerləşdirilmiş, bundan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Ex2door ekspres çatdırılma xidmətinə təqdim edilmiş apellyasiya şikayəti 16 aprel 2025-ci il tarixdə, yəni şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət 1 ay 21 gün ötürülməklə məhkəməyə daxil olmuşdur. O da qeyd olunmalıdır ki, hətta şikayət 27 fevral 2025-ci il tarixdə, həqiqətən, kuryer xidmətinə təqdim edildiyi halda da, şikayət vermə müddəti 01 gün ötürülmüşdür. Məhkəmə kollegiyası kuryer tərəfindən şikayətin 27 fevral 2025-ci il tarixdə təhvil alındıqdan sonra 16 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmasını ağlabatan hesab etmədiyindən, "xx xx" MMC-nin Ex2door ekspres çatdırılma xidmətinə sorğu göndərərək cavabdehin apellyasiya şikayətinin onlara nə zaman təhvil verilməsi barədə məlumat tələb etmişdir. Kollegiyanın sorğusu əsasında verilmiş "xxxx" MMC-nin Ex2door ekspres çatdırılma xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həmin sənədin çatdırılması onların şirkəti tərəfindən icra edilməmişdir. Sifariş barədə məlumatların (göndərən tərəf, qəbul edən tərəf, tarix) heç biri sistemdə aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, məktubda qeyd olunan tərəflər (göndərən, qəbul edən) "xxxx" MMCnin partnyorları deyil və bu halda onlar həmin qurumların sənəd daşınmasını icra edə bilməzlər. Göründüyü kimi, məhkəmənin qərarı cavabdehin sistemdə yaradılmış elektron kabinetində xx.xx.2025-ci il tarixdə yerl əşdirilmiş, cavabdehin şikayəti isə xx.xx.2025-ci il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin xx.xx.2025-ci il tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin cavabdeh tərəfindən nə sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, verilmiş şikayət üzrə apellyasiya icraatının mümkün sayılaraq, mahi yyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2-ci, 96.296.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Mə hkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları il ə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslan dırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə, apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-82/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-785/2022 nömrəli qərarları, həmçinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1506/2024 nömrəli qərardadları).
10. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki İnzibati Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 21(116)-1829/2024 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, bundan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Ex2door ekspres çatdırılma xidmətinə təqdim edilmiş apellyasiya şikayəti 16 aprel 2025-ci il tarixdə, yən i şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət 1 ay 21 gün ötürülməklə məhkəməyə daxil olmuşdur.
11. İş materiallarında olan "xxxx" MMC xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdən görünür ki, cavabdehin kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə çatdırılma üçün xidmətə təhvil verilmişdir.
12. Apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, həmin sənədin çatdırılması "xxxx" MMC tərəfindən icra edilməmişdir. Sifariş barədə məlumatların (göndərən tərəf, qəbul edən tərəf, tarix) heç biri sistemdə aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, məktubda qeyd olunan tərəflər (göndərən, qəbul edən) "xxxx" MMC-nin partnyorları deyil və bu halda onlar həmin qurumların sənəd daşınması nı icra edə bilməzlər. Göründüyü kimi, məhkəmənin qərarı cavabdehin sistemdə yaradılmış elektron kabinetində xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, cavabdehin şikayəti isə xx.xx.2025-ci il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur.
13. Məhkəmə kollegiyası həmin göndəriş qəbzi ilə bağlı qeyd edir ki, "xxxx" MMC xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdə kassasiya şikayətinin xx.xx.2025-ci il tarixdə çatdırılma üçün xidmətə təhvil verilməsi göstərilsə də, sürətli poçt daşıma xidməti tərəfindən çatdırılmanın 1 ay 21 gün sonra icra edilməsi ağlabatan və inandırıcı görünmür. Eyni zamanda, apellyasiya şikayət inin təhvil verilməsinə dair təqdim edilmiş qəbzə müvafiq möhür vurulmamışdır.
14. Qeyd edilən səbəblərdən, məhkəmə kollegiyası həmin qəbzi apellyasiya şikayətinin vaxtında verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.
15. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbləri baxımından, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Odur ki, şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə al ındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2025-ci il tarixli, 21(107)-351/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qə