Məhkəmə qərarları › İş №2-1(102)-3024/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3024/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3024/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, 3-cü dərəcəli “Hərbi xidmət dövrü ilə əlaq ədar” 5 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 2-1(105)-516/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N8-ci il tarixli 1418 nömrəli qərarı ilə iddiaçının diaqnozunun səbəbli əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir.

2. TSEK tərəfindən verilmiş qərardan görünür ki, iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək 3-cü dərəcəli əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, 3-cü dərəcəli “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2N3-cü il tarixdən xx.xx.2N8ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə xidmət etmişdir. xx.xx.2N6-cı il tarixdə döyüş tapşırığını icra edərkən travma almışdır. Belə ki, onun yanında mərmi partlayışından sonra səhhətində fəsadlar başlamış və o xəstəliklə bağlı təxris olunmuşdur. Həmin xəstəliklə bağlı xx.xx.2N8-ci il tarixdə Müdafiə Nazirl iyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına müraciət etmiş, lakin ona “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə ona “ümumi xəstəliklə əlaqədar” əlillik təyin edilmişdir. Bu barədə, 2023-cü ildə SMS vasitəsi ilə məlumatlandırılmışdır. Halbuki, səhiyyə müəssisəninin 088 nömrəli forma üzrə göndərişində əlilliyin səbəbli əlaqəsi kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeydi göstərilmişdir. Hərbi xidmət dövründə səhhətində yaranan xəstəliklərin (asteno-nevrotik təzahürlərlə) ağırlaşması nəticəsində əlillik təyin edilmişdir. Bununla bağlı cavabdeh orqana müraiət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir.

5. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş məhkəmə-tibb ekspertizasının T 706/ 2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyind ən görünür ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N5-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunm müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq, 5 il müddətinə 3-cü dərəcəli əlillik təyinatı barədə çıxarılmış qərarı düzgün hesab etmək olar. İddiaçının düçar olduğu “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyinin hazırda yaranma səbəbi barədə konkret fikir söyləmək mümkün deyildir. Həmin xəstəliyin 2N6-cı ildə aldığı travmanın fəs adı, yaxud uzaq nəticəsi olmasını da inkar etmək mümkün deyildir. Buna görə də onun 2N8-ci ilə kimi hərbi xidmətini davam etdirməsi mümkündür.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 24 yanvar 2024-cü il tarixli 2-1(118)-509/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim: H.Ç.Baba yeva /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) 31 may 2024-cü il tarixli, 2-1(105)-515/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati aktın iddiaçıya təqdim edildiyi vaxtdan 30 gün ərzində məhkəmə qaydasında mübahisələndirilməli olunması mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəlik”lə əlaqədar 5 il müddətinə əlillik təyin edilmiş, iddiaçı həmin qərardan təyinat aparıldığı vaxtdan məlumatlı olmuş, qərarda əlilliyin səbəbli əlaqəsi ilə razılaşmayaraq, yuxarıda qeyd edilən Qaydanın tələblərinə əsasən, 2022-ci il in oktyabr ayında Agentliyə şikayət (müraciət) etmiş, Agentlik Qaydaların 3.7-ci bəndinə əsasən, iddiaçının şikayətinə əsasən onu (əlilliyi müəyyən edilmiş şəxsi) əyani müayinəyə cəlb etmiş, lakin müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi ilkin qərarın qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bundan sonra da, iddiaçı təkrarən 2022-ci ilin dekabr, daha sonra isə 2023-cü ilin aprel və may aylarında əlilliyin səbəbinin dəyişdirilməsinə dair ərizələrlə cavabdehə müraciətlər etmişdir. Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-12113/2023 nömrəli məktubundan görünür ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciətlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.2N8-ci il tarixli, 1418 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2N5-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq, ona “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilməsinə dair qərar qəbul olunmuşdur. Belə ki, Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının **********6 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıda aparılmış əyani müayinələrin nəticələri və anamnestik məlumatlar əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. Görü ndüyü kimi, iddiaçı ona xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəlik”lə əlaqədar 5 il müddətinə əlillik təyin edilməsi barədə qərardan məlumatlı olmuş, hətta qərarla razılaşmayaraq, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlı təyinatdan sonra cavabdehə bir neçə dəfə təkrar müraciətlər (şikayətlər) etmiş, buna əsasən, 2022-ci ilin noyabr ayında təkrar əyani müayinə edilmiş, lakin əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas olmadığından ilkin qərar qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçı ən azından 2022-ci ilin noyabr ayından N ay müddətində əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə 05 ay sonra, yəni 11 aprel 2023cü il tarixdə müraciət etmiş, bununla da, İPM-in 38.1-c i maddəsində göstərilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyü ilə bağlı işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin bərpası, buraxılmış müddətin üzürlü hesab edilməsi barədə prosessual hərəkətlərin yerinə yetirilməsi ilə bağlı inzibati məhkəmə kimi “Aprel döyüşləri” iştirakçısı olan iddiaçıya lazımı köməkliyi göstərmişd ir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia müddəti ilə bağlı hər hansı mübahisələndirmə açmamışdır. Digər tərəfdən, iddiaçının yenidən müraciət edib imtina alması və həmin imtinadan 30 gün ərzində iddia verməsi işin mahiyyətini dəyişdirəcək hər hansı bir sübutun və ya əsasın yaranması ilə nəticələnməyəcəyi məhkəmələrə və cavabdeh tərəfə də açıq aşkar məlumdur, prosessual dildə sübuta ehtiyacı olmayan “hamıya bəlli olan haldır”. Ona görə ki, hərbi həkim komissiyasının 2N8-ci ildə ona verdiyi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” yekun rəyinin mövcudluğu işin mübahisəsiz halıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə veril miş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2N5-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

18. Hazırkı iş üzrə iddiaçının tələbi ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən ibarətdir ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə aiddir

19. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın müm künlüyünə dair” xx.xx.2N5-ci il tarixli 05 nömrəli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti və zifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

20. Hazırkı mübahisə üzrə iddiaçıya xx.xx.2022-ci il tarixdən üçüncü dərəcəli “ümumi xəstəlik”lə əlaqədar 5 il müddətinə əlillik təyin edilmiş, iddiaçı həmin qərardan təyinat aparıldığı vaxtdan məlumatlı olmuş, qərarda əlilliyin səbəbli əlaqəsi ilə razılaşmayaraq, 2022-ci ilin oktyabr ayında cavabdehə (Agentliyə) şikayət (müraciət) etmiş, cavabdeh Qaydaların 3.7-ci bəndinə əsaslanmaqla, iddiaçının şikayətinə əsasən onu (əlilliyi müəyyən edilmiş şəxsi) əyani müayinəyə cəlb etmiş, lakin müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi ilkin qərarın qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bundan sonra, iddiaçı təkrar 2022-ci ilin dekabr, daha sonra isə 2023-cü ilin aprel və may aylarında əlilliyin səbəbinin dəyişdirilməsinə dair ərizələrlə cavabdehə müraciətlər etmişdir. Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-12113/2023 nömrəli məktubundan görünür ki, əlilliyin səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciətlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmu şdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.2N8-ci il tarixli, 1418 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2N5-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq, ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin olunmasına dair qərar qəbul edilmişdir.

21. Belə ki, Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının **********6 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıda aparılmış əyani müayinələrin nəticələri və anamnestik məlumatlar əlillik t əyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır.

22. Göründüyü kimi, iddiaçı ona xx.xx.2022-ci il tarixdən 3-cü dərəcəli “ümumi xəstəlik” lə əlaqədar 5 il müddətinə əlillik təyin edilməsi barədə qərardan məlumatlı olmuş, hətta qərarla razılaşmayaraq, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlı təyinatdan sonra cavabdehə bir neçə dəfə təkrar müraciətlər (şikayətlər) etmiş, buna əsasən, 2022-ci ilin noyabr ayında təkrar əyani müayinə edilmiş, lakin əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas olmadığından ilkin qərar qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçı ən azından 2022-ci ilin noyabr ayından 30 gün müddətində əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməli olduğu halda, 5 ay so nra - 11 aprel 2023-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 2-1(105)-515/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar