Məhkəmə qərarları › İş №2-1(102)-3025/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3025/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3025/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli 0232003AAXAF nömrəli göndərişə əsasən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(104)-329/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N saylı hərbi hissənin xx.xx.2014-cü il tarixli 08 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hospitalının Hərbi Həkim Komissiyasında müayinə olunmuş, ona Volff-Parkinson-Uayt (WPW) sindromu, ürək ritminin supraventrikulyar taxikardiya paroksizm epizodu (xx.xx.2014) və mədəcik ekstrasistoliyası tipli pozulması ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyularaq xx.xx.20 14-cü il tarixli, 108 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir.

2. İddiaçıya xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə və xx.xx.2016-cı il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının xəstəliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli 0232003AAXAF nömrəli göndərişə əsasən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində bir neçə hərbi hissələrdə hərbi xidmət keçmişdir. xx.xx.2014-cü il tarixdə ürək nahiyəsində olan ağır xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, həmin tarixdə DİN DQ Hərbi Həkim Komissiyasının “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2014-cü ildə ona 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. Eyni diaqnozla və ağırlaşmalarla xx.xx.2021-ci ilədək fasiləsiz olaraq 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyinatı aparılmışdır. Bir çox vaxtlarda tibb müəssisələrində müayinə və müalic ələrdə olmuş, səhhətində olan ağır ürək və nevroloji xəstəlilərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün xx.xx.2022-ci ildə tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əlillik təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh 0232003AAXAF nömrəli göndərişə əsasən ona əlillik təyin etməlidir. Çünki, o, ağır xəstədir. Əlilliyin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 Ürəyin digər xəstəlikləri => İ45 - Ürək keçiriciliyinin digər pozğunluqları => 145.6 Vaxtından əvvəl oyanma sindromu, Diaqnozun mətni; İ45.6 Vaxtından əvvəl oyanma sindromu, Vollf-Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ F.S. Ağırlaşma İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), Mitral qapaqların çatmamazlığı İl dər. Ağırlaşma İ34.1 Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapaq prolapsı İl dər. Ağırlaşma İ47.1 Mədəciküstü taxikardiya, Supraventrikulyar paroksizmal taxikardiya diaqnozu əlillik əlaməti təyin etmədiyindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina verilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(114)-111/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə müdd ətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAXAF nömrəli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi İ45.6 vaxtından əvvəl oyanma sindromu Vollf-Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 indeksləri ilə qiymətləndirilmişdir. Göründüyü kimi 2022ci il iyulun 1-dək qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Ə sasnamə”nin 2.4.1 və 2.4.4-cü bəndində tələb olunan indekslərlə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ45.6, İ50.0 və F.48.0) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilməli idi. İddiaçının əlilliyini səbəbi Azərbaycan Respublikası DİN DQ Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 108 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz əlilliyin təyin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünü n də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(104)-329/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-111/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı laşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır.... III.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısın ı itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndi rilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 18. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əl illərin və sağlamlıq imkanlar məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 2.4.1. Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) halında iki nci dərəcə əlillik müddətsiz təyin edilir. Bənd 2.4.4. Emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48- F48.9, F70-F79) hallarında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 19. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə” Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlum atları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.

20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” Bənd 2.5. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmas ına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişs ə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlə rin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2 a) hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibin də xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər vars a; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.

22. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İşin faktiki hallarından görünür ki, iddiaçı N saylı hərbi hissənin xx.xx.2014-cü il tarixli 08 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hospitalının Hərbi Həkim Komissiyasında müayinə olunmuş, ona VolffParkinson-Uayt (WPW) sindromu, ürək ritminin supraventrikulyar taxikardiya paroksizm epizodu (xx.xx.2014) və mədəcik ekstrasistoliyası tipli pozulması ilə “xəstəlikdir, h ərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyularaq xx.xx.2014-cü il tarixli, 108 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə və xx.xx.2016-cı il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

24. Hazırki mübahisə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyinin təyin edilməsi ilə bağlıdır.

25. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAXAF nömrəli Forma-88 göndərişi ilə müəyyən edildiyi kimi, iddiaçının xəstəliyi İ45.6 vaxtından əvvəl oyanma sindromu Vollf-Parkinson-Uayt (WPW) sindro mu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 indeksləri ilə qiymətləndirilmişdir. Cavabdeh inzibati orqan isə hesab edir ki, iddiaçının həmin xəstəliyi əlilliyin təyinatına əsas vermir.

26. Cavabdeh inzibati orqanın əlilliyin təyin edilməsindən imtina və kassasiya dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının diaqnozu və xəstəliyi hərbi xidmət dövründə alması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamə ilə öz təsdiqini tapır.

27. Sözügedən şəhadətnamədə iddiaçının xəstəliyi İ45.6 Vaxtından əvvəl oyanma sindromu Vollf Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Du rğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 indeksləri ilə qiymətləndirilmişdir.

28. Hazırki qərarın 28-ci bəndində sadalanan Əsasnamənin 2.4.1-ci bəndinə əsasən ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda, ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) halında, həmçinin 2.4.4-cü bəndinə əsasən emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48- F48.9, F70F79) hallarında ikinci dərəcə əlillik müddətsiz təyin ed ilir.

29. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan bəndlərində qeyd olunan indekslərlə səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilmiş indekslər (İ45.6, İ50.0 və F.48.0) üst-üstə düşür. Yəni, həmin indeksdə öz əksini tapmış xəstəliklər ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinə imkan verir.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının diaqnozu İ45.6 Vaxtından əvvəl oyanma sindromu Vollf Parkinson-Uayt (WPW) sindromu. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ F.S və yanakı xəstəlik nevrasteniya – İ45.6, İ50.0, F48.0 olan xəstəliklərdən əziyyət çəkməsi, habelə həmin xəstəliyin məhz hərbi xidmət dövründə alınması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlilli k təyin edilməsinə əsas olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi qanunsuz olmuşdur.

24. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(104)-329/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar