Məhkəmə qərarları › İş №2-1(102)-3028/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3028/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3028/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 başçılığı ilə X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair istifadə hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı X2 başçı lığı ilə X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayon X18) torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-688/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətin in balansına götürülmüş, AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X12" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X3 başçılığı ilə X12 yaradılmış və Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 (otuz beş) ha torpaq sahəsinin X3 başçılığı ilə yaradılmış X9 ayrılması qərara alınmışdır.

2. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X3 başçılığı ilə X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X9 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X12" haqqında AR Qan ununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X3 başçılığı ilə X12 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Sərəncamın digər bəndinə əsasən Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha torpaq sahəsinin X3 başçılığı ilə yaradılmış X9 ayrılması qərara alınmışdır. X9 ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiq edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin müraciətin qəbul edilməsindən 7 ayın ötməsinə baxmayaraq bu günədək ərizəyə hər hansı münasibət bildirilməmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli Sərəncamına əsasən onun istifadəsinə verilmiş Şəmkir rayonu, Yuxarı Çaykə nd kəndində yerləşən 35.0 ha torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı 02 fevral 2022-ci il tarixli ərizə ilə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma aparılarkən onun iddiasında olduğu Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı ilə 40 nəfər Şəmkir rayon Yuxarı Çaykənd kənd sakinlərinin adlarına "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları tərtib edilmişdir. Bu səbəbdən də onun ərizəsinin icrasından imtina edilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(114)-177/2023 saylı qərardadı ilə Şəmkir rayon X18 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. İddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X11 ayrılmış 35 ha torpaq sahəsinə dair istifadə hüququnun dövlət reyestrindən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-177/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-177/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia qismən təmin edilmiş, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Ş əmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X9 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində X3 başçılığı ilə X8 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla, eləcə də əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, X3 başçılığı ilə X9 verilmiş 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahəl əri üst-üstə düşmür. Bununla da müəyyən edilir ki, cavabdehin istinad etdiyi arqument (yəni, iddia olunan torpaq sahəsinə dair vətəndaşların adına Dövlət aktlarının tərtib edilməsi) əsassızdır.

11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin bir hissəsinə, yəni 4,93 ha hissəsinə bələdiyyə mülkiyyətinə aid 24.112022-ci il tarixli reyestr nömrəsi **********85 nömrəli çıxarış verilmişdir. Göründüyü kimi qeyd olunan həcmdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları danışmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-688/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X7 və X17) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)177/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 9.1.2-ci maddələrinin, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48.1-ci maddəsinin, eləcə də Mülki Məcəllənin 139-1.1.1 və 358-ci maddələrinin tələbləri nəzərə alınmamışdır.

17. Daha sonra qeyd edilir ki, məhkəmələr qərar qəbul edərkən nəzərə almamışlar ki, 11 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X9 ayrılmış 35 (otuz beş) ha torp aq sahəsi elektron baza məlumatlarına əsasən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidə əkinə yararlı bütün torpaq sahələri Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarına əsasən torpaq islahatına cəlb edilmiş və həmin qərar əsasında 40 nəfər Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakinlərinin adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Belə olan halda isə Ərazi İdarəsi tərəfindən haqlı olaraq imtina verilmişdir.

18. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin özünün istinad etdiyi və sübut kimi qəbul etdiyi mütəxəssis rəyindən (167 vərəq) görünür ki, Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan əraz idən X3 başçılığı ilə X9 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X3 başçılığı ilə X8 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsidir. Göründüyü kimi, məhkəmə kollegiyası özü qəbul etmişdir ki, mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi 35.47 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqla rının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsi nə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənm əsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka di gər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.8. qarşılıqlı etimad - inzi bati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qəd ər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. O na görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. X19 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahi yyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

32. İddiaçının mövqeyini əsassız hesab edən cavabdeh birinci instansiya məhkəməsinə ünvanlandığı etirazda, eləcə də apelyasiya və kassasiya şikayətlərində qeyd etmiş dir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X9 ayrılmış 35 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidə əkinə yararlı bütün torpaq sahələri Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarına əsasən torpaq islahatına cəlb edilmiş və həmin qərar əsasında 40 nəfər Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakinlərinin adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.

33. Bu arqumentlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, əvvəla nəzə rə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

34. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə o lduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha torpaq sahəsi X3 başçılığı ilə yaradılmış X9 ayrılmışdır.

36. Həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində istifadə hüququnun dövlət qeydiyyatı üçün əsasdır.

37. Bundan əlavə qeyd etmək lazımdır ki, iş materiallardan hüquqmü əyyənedici sənəd olan həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni sərəncam öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. Kassasiya şikayətində qeyd edilən xüsusatlardan biri də ondan ibarətdir ki, hazırki torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidə yerləşir və bu torpaq sahələri Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarına əsasən torpaq islahatına cəlb edilmiş və həmin qərar əsasında 40 nəfər Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakinlərinin adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülmüş bu dəlil iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli, 321-3-40/2-1476/2023 saylı mütəxəssis rəyi ilə təkzib edilir. Belə ki, həmin rəyin nəticə h issəsində qeyd edilmişdir ki, Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən X3 başçılığı ilə X9 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmür, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X3 başçılığı ilə X8 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rə smiləşdirilmiş BEF torpaq sahəsidir. (iş vər 167-168)

40. Beləliklə, mütəxəssis rəyi ilə iddiaçının üzərində istifadə hüquqlarının qeydiyyata alınması tələb etdiyi sahənin başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşməsi halının aşkar edilmədiyi açıq aydın şəkildə ifadə edilmişdir.

41. Şikayətdə yuxarıda adı çəkilən mütəxəssis rəyinə istinad olunaraq qeyd edilir ki, istifadə hüququnun təsdiq edilməsi tələb edilən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun bu dəlili də iş materiallarındakı sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, iş hələ birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə mütəxəssis rəyində qeyd edilmiş 35.47 ha torpaq sahəsinin hansı həcmdə hissəsinin bələdiyyə mülkiyyətinin adına çıxarış verilməsi ilə bağlı c avabdehə müraciət etmişdir.

43. Cavabdeh 20 aprel 2023-cü il tarixli məktubla bildirmişdir ki, 35.47 ha torpaq sahəsinin 4.93 ha hissəsinə bələdiyyə mülkiyyətinə aid xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********85 saylı çıxarış verilmişdir. (iş vər 186)

44. Məhz bu məlumat əsasında birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 4.93 ha həcmdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddia qismən təmin edilməlidir.

45. Məhkəmə kollegiyası onu da vurğulayır ki, xx.xx.1996-cı il tarixli sərəncamla torpaq sahəsi iddiaçının istifadəsinə ayrılarkən bələdiyyələr yaranmadığından və mövcud olmadığından iddianın təmin olunan həddində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə cavabdehin dəlili əsaslı sayıla bilmə z.

46. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notaria t qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apel yasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır.

48. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq norma larına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. 49 Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-688/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar