Məhkəmə qərarları › İş №2-1(102)-3028/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3028/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3028/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sos ial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024cü il tarixli, 2-1(105)-590/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1983-cü ildən 1993-cü ilə kimi Qubadlı rayonunun Komsomol Kolxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənil məsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2023-cü il tarixli, 2-1(118)-1075/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-590/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi ümumilikdə, 27 il 10 ay 05 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Yəni, xx.xx.2006-cı il tarixədək iddiaçının 10 ildən artıq güzəştli iş stajına daxil olması cavabdeh tərəfindən mübahisələndirilmir. Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyi Qubadlı rayon X1 Birliyi Dondarlı kəndi “Komsomol” kolxozu tərəfindən verilmiş 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışdan görünür ki, İddiaçı 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” kolxozunun üzvü olmuş, tütünçülükdə işləmişdir. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasında da qeyd olunan 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışa istinad edilərək onun 1983-1993-cü illərdə Qubadlı rayonu “Komsomol” kolxozunda işlədiyi göstərilmişdir. Qeyd olunan dövrlə bağlı həm cavabdeh inzibati orqanın, həm də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş müvafiq olaraq 26 oktyabr və 20 dekabr 2023-cü il tarixli məktublardan görünür ki, 1993- cü ildə Qubadlı rayonunun işğalı ilə əlaqədar bütün sənədlər keçmiş işğal zonasında qalmışdır. İddiaçının 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” adına kolxozda işləməsi barədə Dövlət Arxivinin mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Qubadlı rayonunun işğalı ilə əlaqədar kolxozun müvafiq sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil edilə və onun üçün neqativ nəticələr yarada bilməz.

6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv e dilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyə tləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərz ində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 0.01.2023-cü il tarixli 2-1(102)- 88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-162/2023 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2532/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2283/2023 nömrəli qərarlarda) və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayət inin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad edilməklə qəbul edilmiş qərardadda (xx.xx.2024-cü il tarixli 2-1(102)2136/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduqda və əmək kitabçasının mötəbərliyini şübhə altına almağa əsas verən hallar müəyyən edilmədikdə iş stajının digər sənədlərlə yenidən sübut edilməsinə zəruriyyət qalmır.

11. İddiaçıya məxsus əmək kitabçasında da qeyd olunan 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışa istinad edilərək onun 1983-1993-cü illərdə Qubadlı rayonu “Komsomol” kolxozunda işlədiyi göstərilmişdir.

12. Cavabdehin 1983-1993-cü illəri mübahisələndirərək, dəlillərində Qubadlı rayon Dövlət Arxivi tərəfindən iddiaçı barəsində verilmiş 20 iyun 2023-cü il tarixli, 09 nömrəli arxiv arayışında onun 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunun qeyd edildiyini, lakin, sözügedən arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövr üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “il ərzində müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilmədiyini bildirmiş, bu baxımdan, həmin dövrü ümumi iş stajına daxil etməmiş, bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olduğu qətnaətinə gəlmişdir.

13. Bununla bağlı Dövlət Arxivi tərəfindən verilmiş müvafiq olaraq 26 oktyabr və 20 dekabr 2023-cü il tarixli məktublardan görünür ki, 1993-cü ildə Qubadlı rayonunun işğalı ilə əlaqədar bütün sənədlər keçmiş işğal zonasında qalmışdı r.

14. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Qubadlı rayonunun işğalı ilə əlaqədar kolxozun müvafiq sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil edilə və onun üçün neqativ nəticələr yarada bilməz.

15. Bundan əlavə mübahisələndirilən dövr ilə bağlı Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyi Qubadlı rayon X1 Birliyi Dondarlı kəndi “Komsomol” kolxozu tərəfindən verilmiş 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışdan görünür ki, İddiaçı 1983-cü il tarixdən 1993cü il tarixədək “Komosomol” kolxozunun üzvü olmuş, tütünçülükdə işləmişdir.

16. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, 2-1(102)-498/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-289/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)137/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli məhkəmə qərarlarında) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi nə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

17. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, el əcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydası nda ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli 21(105)-590/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar