Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3029/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar x1 və x2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar x1 və x2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 iyu l tarixli 2-1(103)1570/2019 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşları olan iddiaçılar 2018-ci il 7 sentyabr tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişlər. Cavabdehin 2018-ci il 30 noyabr tarixli qərarıilə iddiaçılara qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçılar cavabdehin 2018-ci il 30 noyabr tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişlər. Şikayət instansiyasının 2019-cu il 8 fevral tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən sa xlanılmışdır. İddiaçılar 2019-cu il 21 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin İQ-172/3 saylı, 2018-ci il 30 noyabr tarixli və 49 saylı, 2019-cu il 8 fevral tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsini, Əfqanıstan İslam Respublikasının vətəndaşı x1 “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək x1, onun arvadı, 1997-ci il təvəllüdlü iddiaçı x2 və onların oğlu 2016-cı il təvəllüdlü x3 “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı x1 1986-cı ildə Əfqanıstanın Ghazni vilayətinin Jagori rayonunun Suleymani Anguri kəndində doğulmuş, Əfqanıstan və təndaşıdır və etnik mənsubiyyətinə görə Hazaradır (Şiə). İddiaçıların bir oğlu var, onlar birlikdə Azərbaycana gəliblər. x1in beş ögey bacı-qardaşı var. Onların beşi onun atası və ögey anası ilə birlikdə İsveçdə yaşayır və orada qaçqın statusu alıblar, digər ögey bacısı isə Avstraliyada yaşayır. O, müvafiq olaraq, Amerika ordusunda tərcüməçi, yunan şirkəti “Eurika” da müxtəlif layihələrdə, “Statt” şirkətində, daha sonra Anguri kəndində yerlilərə hərbi təlim keçmiş (silahdan istifadə etmək, minaları müəyyən etmək və s.), Kabulda “Toyota” avtosalonunda mühasib vəzifəsində işləmişdir. 2014-cü ilin yanvar ayında Jagori kəndində olan zaman iddiaçı x1ə zəng edilərək Helmand vilayətinə getməli olduğu bildirilmişdir. O, bilet almaq üçün Kabula getmiş, lakin daha sonra dostu ilə birlikdə Kabula get mişdir. Avtobus yolda Taliban tərəfindən saxlanılaraq, onun yanında oturan şəxs Taliban tərəfindən Amerikalılar üçün tərcüməçilik etməkdə günahlandırılaraq aparıldığını öyrənmişdir. Taliban daha sonra həmin şəxsi azadlığa buraxmışdır. 2017-ci ilin aprel ayında iddiaçı x1 Kabulda hosteldə qalan zaman gündüz iki nəfər şəxs ora daxil olaraq onun üzündən ağır şəkildə vurmuş və nəticədə iddiaçı huşunu itirmişdir. 2018-ci ilin Ramazan ayında iddiaçı x1 taksi ilə evə gələn zaman bir neçə şəxs tərəfindən maşınına hücum olunmuş və atəş açılmışdır. Bu hadisədən sonra o, ölkəni tərk edərək ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. 2018-ci il 7 sentyabr tarixdə iddiaçılar sığınacaq almaq üçün vəsatət ilə cavabdehə müraciət etmişlər. Cavabdehin 2018-ci il 30 noyabr tarixli qərarı ilə vəsatəti rədd e dilmişdir. Həmin qərardan inzibati şikayət vermişdir. Cavabdehin 2019-cu il 8 fevral tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 aprel tarixli 2-1(81)1526/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 iyul tarixli 2-1(103)-1570/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçılara 2019-cu il 2 avqust tarixdə təqdim edilmişdir. İddiaçılar həmin qərardan 2019-cu il 14 avqust tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. İddiaçılar hesab edirlər ki, sığınacaq verilməsindən imtina edilməklə onların aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublik ası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-c ü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizli yə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçıların cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçıların dinlənilmə hüququ təmin olunaraq onlarla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçıların arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçıların müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Res publikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçıların müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İşin araşdırılmış hallarına görə, iddiaçılar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləl iklə, iddiaçıların qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçılar isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmirlər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əs aslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 iyul tarixli 2-1(103)-1570/2019 nömrəli qərarıdəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3029/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3029/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver