Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-303/2017 24.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-303/2017) Bakı şəhəri 24 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı (bundan sonra cavabdeh) qarşı“yaşa görə əmək pensiyasının təyin olun ması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2154/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Yasamal RPİ tərəfindən 31.07.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası, Ucar rayonu, Təzəşilyan kəndində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 07.03.2016-cı il tarixli arayışına görə iddiaçı 02.06.1975-ci il tarixdən Bakı Şəhərlərarası Telefon stansiyasının kommutator sexinə telefonçu vəzifəsinə işə qəbul olunmuş və 27.01.1986-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının əmək kitabçasına görə onun 13.06.1988-ci il tarixdən 20.04.1994-ci il tarixədək, 02.12.1996-cı il tarixdən 13.12.1998-ci il tarixədək 15.09.2006-cı il tarixdən 16.06.2007-ci il tarixədək iş stajı vardır. Cavabdehin 29.03.2016-cı il tarixli məktubuna görə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə ona müraciət etmiş, göstərilən məktubla iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 01 yanvar 2006-cı il tarixədək olan dövrdə qeyri-dövlət müəssisələrində işlədiyi dövrün düzgünlüyü qarşılıqlı yoxlanıldıqdan sonra sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 12 il sığorta stajı yaranmadığı əsas gətirilərək pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı 11 aprel 2016-cı il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin qarşısında öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1956-cı il təvəllüdlü iddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh orqan i sə onun tələbinin təmin olunmasından imtina edərək bu barədə 29.03.2016-ci il tarixli məktub göndərmişdir. Məktubda imtinaya əsas kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan əmək stajı barədə sənədin (əmək kitabçasının) olmadığı bildirilir. Halbuki, bu barədə arxiv sənədi var. Lakin həmin sənədlər “qanunvericiliyin tələbinə uyğun olmayan” sənəd kimi qiymətləndirilərək qəbul edilməyib. Cavabdeh orqanın iddiaçının təqdim etdiyi sənədlər barədə qənaəti əsassız olmaqla yanaşı, tələbinin təmin olunmasından imtinası qanunazidd hərəkət və hərəkətsizlikdir. Onun işlədiyi dövrlər üzrə ümumi iş stajı 20 ilə yaxın müddəti əhatə edir ki, bunu əmək kitabçası, eləcə də işlədiyi yerlər barədə arxiv arayışları tam təsdiq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun (münasibətlərin baş verdiyi) 27 oktyabr 2009-cu il tarixə olan redaksiyasının 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsin də idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.06.2016-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Yasamal ra yon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Yasamal rayon şöbəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2294/2016 saylı iş) 21 iyun 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının qeyri-dövlət müəssisələrində işlədiyi dövrlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması və bunun təşkili qanunla sığorta olunanın – konkret halda iddiaçının vəzifəsi kimi nəzərdə tutulmamış, həmçinin belə qarşılıqlı yoxlanmanın təşkil edilmədiyi halda yaşa görə əmək pensiyasından imtina qanunla nəzə rdə tutulmamışdır. İddiaçının əmək kitabçasında göstərilən sığorta stajları yaşa görə pensiya təyin edilməsi üçün göstərilən əmək fəaliyyətləri dövrünün onun sığorta stajına hesablanmalı olması əsasına görə kifayət qədər sığorta stajına malikdir. İddiaçının 12 ildən artıq əmək stajına malik olması təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X6 və X9, 2-1(103)-2154/16 saylı iş) 07 oktyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, q ərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 21 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, 02 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 7-8-ci maddələrinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması şərtləri aşağıdakı formada tənzimlənir. Yaşa görə əmək pensiyası sığortaolunana ümumilikdə sığorta stajı 12 ildən az olmamaq şərtilə ilə təyin edilir. Bu qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərti ilə) məcmusudur. “Əmək pen siyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7 yarım bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı araşdırılmasını həyata keçirir. İddiaçının əmək kitabçasındakı qeydə əsasən 16.12.1998-ci il tarixdən 01.07.2006-cı il tarixədək Bakı İslam Universitetində işləyib. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin Bakı şəhəri üzrə X12 Departamentinə ünvanlanmış məktuba cavab olaraq bildirilib ki, Bakı İslam Univers iteti (VÖEN **********) 02.02.2012-i il tarixində qeydiyyatdan keçdiyindən 16.12.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrlərin sosial sığorta ayırmalarından heç bir məlumat yoxdur. Bu səbəbdən də iddiaçının Bakı İslam Universitetində işlədiyi dövr sığorta stajına daxil edilə bilməz və onun pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alına bilməz. əsaslandırma hissəsi: Tərəflər məhkəmə kollegiyasının iclasında təmsil olunmamalarına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3cü maddəsi). Cavabdehin kassasiy a şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdehdən sığorta stajı nəzərə alınmaqla ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşdən görünür ki, mübahisə iddiaçının 16 dekabr 1998-ci ildən 01 iyul 2006-cı ilədək olan dövrün iddiaçının iş stajı kimi hesablanması ilə bağlıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 27 oktyabr 2009-cu il tarixədək olan redaksiyasının 7-ci maddəsinə istinad edərək yaşa görə ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə təqdim edilən sənədlər əsasında yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 12 sığorta stajı yaranmadığından ərizənin təmin edilməsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Qeyd edilən qanunun 7-ci mad dəsinin 2009-cu ilin oktyabrınadək qüvvədə olan redaksiyasında isə göstərilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı mübahisə iddiaçının 12 il sığorta stajının mövcud olub-olmaması ilə bağlıdır. Cavabdeh həm apellyasiya, həm də kassasiya şikayətlərini ikinci dəfə tərtib edilmiş əmək kitabçasının təsdiq edilmiş surətində olan 16 dekabr 1998-ci ildən 01 iyul 2006-cı ilədək olan məlumatların doğru olmaması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1975-1986-cı illərdə telefonçu işləməsi barədə arxiv arayışına, həmin dövrlərin əmrlərinə və əmək haqqı barədə arayışlara is tinad edərək 11 il sığorta stajına, əmək kitabçasında olan məlumatlara əsaslanaraq 1988-1994-cü il, 1996-1998-ci il və 2006-2007-ci il tarixə olan dövrlərə görə aşpaz və çayçı işləməsinə görə 8 ilə yaxın sığorta stajına, cəmi 19 ilə yaxın sığorta stajına malik olduğundan İslam Universitetində olan sığorta stajı nəzərə alınmasa belə, qanunvericilikdə nəzərdə tutulan 12 il stajın olduğunu bildirmişdir. Qeyd edilən məlumatlarla bağlı cavabdeh kassasiya şikayətində mübahisə açmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçının işlədiyi 1975-1986, 1988-1994-cü il, 1996-1998-ci il və 2006-2007-ci illərə aid dövrlər iddiaçının 12 ildən çox sığorta stajına malik olmasını təsdiq etdiyindən, mövcud qanunvericilikdə nəzərdə tutulan 12 il sığorta stajı mövcud olduğundan, kassasiya şikayətinin 1998-2006-cı illərdə sosial sığorta ayırmaları ilə bağlı məlumatın doğruluğuna şübhə ilə yanaşması barədə dəlili əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabd ehin imtina etməsi qismən qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2154/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynovv
Məhkəmə qərarları › İş №2-1(102)-303/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-303/2017
24.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver