Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-303/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kameral vergi yoxlaması, malların təqdim edilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 İdarəsinin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bak ı şəhəri X10 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2045/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 21.01.2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş 05.10.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş verg i bəyannaməsində (LƏĞV bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmə barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə göndərilmiş müvafiq uyğunsuzluq məktubu cavablandırılmadığından, 2017-ci ilin 4-cü rübünə 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanı tərəfindən əldə edilmiş məlumata görə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 2 ədəd “X14” və 6 ədəd “Mercedes Benz” markalı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 269.226,47 manat dəyərində 8 ədəd minik avtomobili idxal edilmişdir. Müvafiq dəyərdə 8 avtom obilin idxalı aşağıdakı tarixlərə təsadüf etmişdir: 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz 300” markalı 32.313,3 manat dəyərində, 26 aprel 2017-ci il tarixdə “X14” markalı 51.075 manat dəyərində, 22 may 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.492,55 manat dəyərində, 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 32.313,3 manat dəyərində, 16 oktyabr 2017-ci il tarixdə “X14” markalı 48.458,55 manat dəyərində, 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 29.762,25 manat dəyərində, 22 avqust 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.464,8 manat dəyərində, 29 dekabr 2017-ci il tarixdə “X14” markalı 34.002 manat dəyərində. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim e dilməsi haqqında” 09.10.2017-ci il tarixli məktub göndərilərək, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada Sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün (269.226,47 x 4%=) 10.769,06 manat həcmində sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə 24 oktyabr 2017-ci il tarixdə “Vergilərin hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı 8 avqust 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsində bildirmişdir ki, xəbə ri olmadan cavabdeh qeyri-qanuni olaraq onun şəxsi vərəqinə hesablanmış borc yaratmış, bu haqda ona məlumat verilməmişdir. İddiaçı bu halın araşdırılıb düzgün qiymət verilməsi və borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verərək “cavabdehin 24 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olduqdan sonra cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı 21 yanvar 2012-ci il t arixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, onun əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş 5 oktyabr 2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (ləğv bəyannaməsi) göstərilmiş 0 (sıfır) manat məbləğində cəmi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 9 oktyabr 2017-ci il məktub göndərilmiş, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün 10.769,06 manat (269.226,47 manat x 4%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 24 oktyabr 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Əldə edilmiş məlumata görə iddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 8 nəqliyyat vasitəsi (2 nəqliyyat vasitəsi “X14” markalı və 6 nəqliyyat vasitəsi “Mercedes Benz” markalı) i dxal olunmuşdur. Həmin nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumat verilmədiyindən, vergi ödəyicisinin gəliri kimi qiymətləndirilərək 10.769,06 manat əlavə vergi məbləği hesablanmışdır. Beləliklə, ətraflı aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir. Etirazın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 36-cı, 37-ci, 67.1, 83.2.4, 94-cü, İPM-in 24, 35.1, 38.1, 68.1-ci, Mülki Prosessual Məcəlləsinin 130-cu, “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5,2-1(82)-1478/2019 saylı iş) 22 may 2 019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 24 oktyabr 2017-ci il tarixli qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 6 avtomobil 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Həmin idxal əməliyyatlarına münasibətdə 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi məbləğlərinin hesablanması “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin və Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, iddiaçı 2017-ci ilin 5 oktya br tarixində “ləğv bəyannaməsi” təqdim etdiyindən (bu halı iddiaçı təkzib etmir), 2017-ci ilin 4-cü rüb üzrə hesabat dövrü də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü maddəsinə görə həmin tarixdə başa çatmış olur. Lakin bu hal, 2017-ci ilin 3-cü rübü üzrə kameral vergi yoxlamasının keçirilməsinə və bu yoxlama çərçivəsində həmin rübə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına mane ola bilməzdi. Halbuki, cavabdeh 4 avtomobilin 3-cü rübdə idxalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər 2 avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. Eləcə də inzibati orqanın 24 oktyabr 2017-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11-məruzəçi, X6 və X7, 2-1(103)-2045/2019 saylı iş) 24 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, idxal edilmiş nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumatı verilmədiyindən aparılmış ətraflı araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilə bilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iş materiallarından g örünür ki, iddiaçı 2017-ci ilin heç bir rübünə dair vergi orqanına cari bəyannamə təqdim etməmişdir. Lakin 2017-ci ilin 5 oktyabr tarixində vergi orqanına yalnız ləğv bəyannaməsi təqdim etmiş və beləliklə həmin ilin 4-cü rübündə idxal etdiyi avtomobillərə dair vergi ödəyicisi müvafiq bəyannamə təqdim etməmişdir. İddiaçı 30 oktyabr 2019-cu il tarixdə qərarın surətini almış, 22 noyabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə istinad edərək göstərmişdir ki, mallar təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına keçməsi, o cümlədən, lakin bununla məhdudlaşmayan, malla rın satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzərində mülkiyyət hüququnun girov saxlayana və digər şəxsə keçməsidir. Lakin, göstərilən hallardan heç biri iddiaçı tərəfindən həyata keçirilməmişdir. Yəni, hesabat dövrü ərzində onun tərəfindən malların təqdim edilməsi həyata keçirilməmişdir. Şikayətdə Vergi Məcəlləsinin 3.11, 12.3, 12.1.1-12.1.6, 219.1-ci, İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, hazırki inzibati mübahisəyə dair işin materiallarından göründüyü kimi, cavabdeh inzibatı orqan tərəfindən iddiaçıya 10769,06 manat sadələşdirilmiş verginin hesablanması üçün vergitutma obyekti müəyyən edilməmişdir. Mübahisələndirilmiş inzibati akta əsa sən hesablanmış vergilər yalnız cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin mülahizəsinə əsasən hesablanmışdır. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində aparılmış məhkəmə araşdırması zamanı, vergi orqanı iddiaçıya 10769,06 manat vergi hesablanmasına dair 24.10.2017-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Vergi orqanı, sadələşdirilmiş verginin hesablanması üçün yalnız iddiaçının avtomobil idxal etdiyinə istinad etmişdir, lakin həmin avtomobillərin iddiaçı tərəfindən təqdim edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın miqdarı və dəyəri qanunla məhdudlaşdırılmışdır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişlər. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayə t formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazisinə 8 ədəd avtomobil idxal etmiş və onların ümumilikdə dəyəri 290.881,75 manat olmuşdur. Müvafiq dəyərdə 8 avtomobilin idxalı aşağıdakı tarixlərə təsadüf etmişdir: 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz 300” markalı 32.313,3 manat dəyərində, 26 aprel 2017-ci il tarixdə “X14” markalı 51.075 manat dəyərində, 22 may 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.492,55 manat dəyərində, 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 32.313,3 manat dəyərində, 16 oktyabr 2017-ci il ta rixdə “X14” markalı 48.458,55 manat dəyərində, 15 sentyabr 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 29.762,25 manat dəyərində, 22 avqust 2017-ci il tarixdə “Mercedes Benz E250” markalı 31.464,8 manat dəyərində, 29 dekabr 2017-ci il tarixdə “X14” markalı 34.002 manat dəyərində. Cavabdeh inzibati orqan tərəfindən bu avtomobillərdən ölkəyə 16 oktyabr 2017-ci il və 29 dekabr 2017-ci il tarixlərdə gətirilənlər istisna olmaqla qalan 6-sının idxalını əsas götürməklə 2017-ci ilin 4-cü rübü üzrə iddiaçıya 10.769,06 manat həcmində sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə 24 oktyabr 2017-ci il tarixdə qərar qəbul olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirir. Cavabdeh hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 05.10.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələş dirilmiş vergi bəyannaməsində (LƏĞV bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmə barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, vergi orqanında aparılmış araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş 05.10.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (LƏĞV bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi göstərilmişdir. Lakin hesabat dövrünün aid olduğu il ərzində idxal edilmiş nəqliyyat vasitələri barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 ma nat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuş, vergi ödəyicisinə göndərilmiş müvafiq uyğunsuzluq məktubu cavablandırılmadığından, 2017-ci ilin 4-cü rübünə 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanı tərəfindən əldə edilmiş məlumata görə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 2 ədəd “X14” və 6 ədəd “Mercedes Benz” markalı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 269.226,47 manat dəyərində 8 ədəd minik avtomobili idxal edilmişdir. İdxal edilmiş nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumatı verilmədiyindən aparılmış ətraflı araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilə bilməmiş və iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 09.10.2017-ci il tarixli məktub göndərilərək, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən analoji qaydada sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün (269.226,47 x 4%=) 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Apelyasiya məhkəməsi həmç inin müəyyən etmişdir ki, iddiaçı 2017-ci ilin heç bir rübünə dair vergi orqanına cari bəyannamə təqdim etməmişdir. Lakin 2017-ci ilin 5 oktyabr tarixində vergi orqanına yalnız ləğv bəyannaməsi təqdim etmiş və beləliklə həmin ilin 4-cü rübündə idxal etdiyi avtomobillərə dair müvafiq bəyannamə təqdim etməmişdir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi-mallar üzərində mülkiyyət hüququnun başqasına keçməsi, o cümlədən, lakin bununla məhdudlaşmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə görə xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, n əticələri maddi ifadə kəsb edən fəaliyyətdir... Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. İşdə iddiaçının vergi ödəyicisi kimi, xaricdən idxal etdiyi avtomaşınlın təqdim edilməsi, bununla bağlı xidmət (iş) görməsi, nəticədə iddiaçının gəlir əldə etməsi hər hansı sübutla təsdiq edilmir. Cavabdeh iddiaçının avtomaşınlar üzərində mülkiyyət hüququnun başqasına keçməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi ödəyicisi kimi avtomaşınların təqdim edilməsi sübuta yetirildiyi halda qanunla müəyyən edilmiş vergini ödəmək vəzifəsi daşıyır. Apelyasiya məhkəməsi iddiaçının idxal etdiyi avtomaşınların təqdim edilməsi ilə bağlı araşdırma aparmamışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəy icisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhvlər aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlum at, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq (maddədə göstərilən) əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 218.1.1-ci maddəsinə görə bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Həmin Məcəllənin 219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmin Məcəllənin 220.1-ci maddısinin 1 yanvar 20 19-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə görə sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Həmin Məcəllənin 221.3.1-ci maddəsinə görə bu Məcəllən in 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Apelyasiya məhkəməsi cavabdehin sadalanan hüquq normaların tələblərinə uyğun kameral yoxlama aparmasını, hansı rübün bəyannaməsini hansı rübdə təqdim edilibedilməməsini, malların təqdim edilmədiyi halda bəyannamənin verilməsinin mümkünlüyünü, bu barədə bəyannamədə məlumatların qeyd edilməli olmasını, bəyannamə təqdim edildikdən sonra 30 iş günü müddətində kameral yoxlamanın aparılmasını, 2017-ci ilin 4-cü rübünün ləğv bəyannaməsinin həmin rübdə verilməs inin əsaslarını araşdırıb nəticəsindən asılı olaraq hüquqi qiymət verməmişdir. İşə baxılan zaman İPM-in 12-ci maddəsinin tələblərinin pozuntusu baş vermiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2045/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-303/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-303/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver