Məhkəmə qərarları › İş №2-1(102)-303/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-303/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-303/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: VÖEN-i olmayan müəssisədə işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “çalışdığı illərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.09.2020-ci il tarixli, 2-1(103)-1359/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1961-ci il tarixində anadan olmuş, 17.05.1982-ci il tarixində əmək fəaliyyətinə başlamış, 22 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuş, ümumi xəstəlik səbəbindən 25.01.2018-ci il tarixində ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçı ona pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir.

3. Cavabdeh 05.11.2018-ci il tarixli, *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, əmək kitabçasında qeyd olunan 01.01.1992-ci ildən 25.09.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan iş stajı, nə də pensiya kapitalı yaranmadığından ərizəni təmin etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət ed ərək iddiaçının 10.12.1995-ci il tarixdən 25.09.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona 25.01.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh şöbənin məsul şəxsləri ona qarşı qanunsuz hərəkətə yol verərək onun 1995-2005-ci illərdə əmək stajını pensiyasına əlavə etməmişlər. O əmək kitabçasını təqdim etsə də, cavabdeh şöbənin işçiləri qanun üzrə iddiaçının əmək stajını pensiyasına əlavə etməkdən imtina etmişlər 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2019-cu il tarixli, 2-1(82)1059/2019 saylı qərarı ilə (hakim – R.M.Daşdəmirov) iddia tələbinin təmin edilməsi, iddiaçının 10.12.1995-ci il tarixindən 25.09.2005-ci il tarixinədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona 25.01.2018-ci il tarixindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1995-2005-ci illərdə çalışması faktı öz təsdiqini tapdığından, qanunvericiliyin tələblərinə əsasən 14 il (57-15×4 ay/12 ay=14) tələb olunduğu halda iddiaçının 22 ildən çox ümumi iş stajı və pensiya kapitalı mövcud olduğundan ona əlillik təyin edildiyi tarixdən, yəni 25.01.2018-ci il tarixindən pensiya təyin edilməlidir.

8. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin 01.11.2019-cu il tarixli 2-1(103)-2237/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1059/2019 saylı, 01.07.2019-cu il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 10.12.1995-ci il tarixindən 25.09.2005-ci il tarixinədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illər onun sığorta stajına aid edilə bilməz. Belə ki, həmin İdarə 15.06.1995-ci il tarixində dövlət qe ydiyyatına alınmış, lakin VÖEN-in alınması üçün vergi orqanına müraciət etməmişdir. VÖEN olmadığına görə də həmin İdarənin fəaliyyət göstərməsi, sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 10.12.1995-ci il tarixindən 25.09.2005-ci il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz.

11. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-394/2020 saylı 04.02.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilm iş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli iş üzrə 01 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası ala bilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Lakin apellyasiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə II qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi II qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə digər şərtin, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsini araşdırmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.09.2020-ci il tarixli, 21(103)-1359/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – A.Ə.Hüseyn, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayətinin rədd edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2019-cu il tarixli, 2-1(82)- 1059/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.3

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 57 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 42 il x 4 ay = 168 ay: 12 = 14) olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti iş üzrə yerinə yetirilir. İddiaçının 23 il əmək stajı vardır. Bundan başqa, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapita lı 16134,04 manat təşkil etdiyindən pensiyanın məbləği 128,04 manat məbləğində müəyyən edilir ki, bu məbləğ (128,04 manat) “Əmək pensiyaları haqqında” qanunun 13.2ci maddəsində nəzərdə tutulan (110 manat) məbləğin, eyni qanunun 29.1-ci maddəsinə uyğun olaraq imzalanan Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 09.02.2018-ci il tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik tempinə uyğun olaraq 5,7 % faiz artırılmaqla alınan 116,27 manat məbləğindən (110 + 110 x 5,7% = 116,27) çoxdur, bu da iddiaçının əlilliyə görə pensiyası hüququ yaranmışdır deməkdir.

16. Məhkəmə qərarı cavabdehə 19.10.2020-ci il tarixində təqdim edilmişdir.

17. Cavabdeh həmin qərardan 19.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.09.2020-ci il tarixli, 2-1(103)1359/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının əmək stajının olduğunu iddia etdiyi 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışması faktı ciddi şübhələr doğurur. İddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı dövrünün başqa fak tlarla təsdiqlənməsi də mümkün olmamışdır. Beləliklə, iddiaçının həmin dövrə dair əmək stajının qarşılıqlı yoxlanılmasının həyata keçirilməsi də mümkün deyildir. İddiaçının 52 yaş üçün tələb olunan 12 il 4 ay sığorta stajı və 12905 manat pensiya sığorta kapitalı olmadığına görə onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

19. Belə ki, 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi 15.06.1995-ci il tarixində qeydiyyata alınsa da, müəssisəyə dair VÖEN açılmamışdır. Dolayısıyla da, 1995-ci ildən 2005-ci ilə qədər iddiaçının xeyrinə heç bir sosial sığorta ödənişləri edilməmişdir. 2006-cı ilə qədər yaranmış sosial sığorta borclarının silinməsi ilə bağlı bildirmişdir ki, yalnız uçota alınmış, borcunun hesablanması mümkün olan borclar bağışlanmışdır. İndiki halda isə 16 nömrəli Təmir Tikinti Q uraşdırma İdarəsinin VÖEN-i olmadığı üçün iddiaçıya dair sosial sığorta borcu uçota alınmamış, borcun hesablanması mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı dövrünün başqa faktlarla təsdiqlənməsi də mümkün olmamışdır. Beləliklə də, iddiaçının həmin dövrə dair əmək stajının qarşılıqlı yoxlanılmasının həyata keçirilməsi də mümkün deyildir.

20. İndiki halda iddiaçı Megriban Vəliyevanın 1993-2006-cı il tarixlərinə aid əmək stajı cavabdeh tərəfindən yoxlanılarkən öz təsdiqini tapmadığına görə, ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta kapitalı olmadığına görə iddia ərizəsi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının 52 yaş üçün tələb olunan 12 il 4 ay sığorta stajı və 12905 manat pensiya sığorta kapitalı olmadığına görə onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakl a cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

26. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdir mə nömrəsi göstərilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.

28. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) t əşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

31. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qər arını əsaslandırmağa borcludur.

32. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.09.2020-ci il tarixli, 2-1(103)1359/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

36. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının çalışdığı 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin VÖEN-inin olmaması və bununla da iddiaçının həmin dövrdəki iş stajının şübhə doğurmasıdır.

37. Cavabdehin bu dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırk ı qərarın 24-29-cu bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir.

38. İddiaçının 10.12.1995-ci il tarixindən 25.09.2005-ci il tarixinədək işlədiyini iddia etdiyi 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin VÖEN-inin aşkar edilməməsi isə onun fəaliyyətini, eləcə də iddiaçının həqiqətən bu müəssisədə işləyib-işləmədiyini sual altına qoyur.

39. Bu hal iş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01.05.2019-cu il tarixli, *** nömrəli məktubu ilə (iş materialları: səh. 50) da təsdiqlənir. Məhkəmənin sorğusuna cavab olaraq sözügedən İdarə bildirmişdir ki, Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi 15.06.1995-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, lakin VÖEN-in alınması üçün vergi orqanına müraciət etməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi isə iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları nəzərə almadan iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

41. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh bununla bağlı məhkəməyə vəsatət təqdim etmiş və qeyd etmişdir ki, iddiaçıya məxsus *** saylı əmək kitabçasına baxış keçirildikdə 15 və 16 nömrəli qeydlərdə qaralama və düzəlişlər olduğu görünür. Həmçinin, həmin qeydlərdə adıçəkilən Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi 15.06.1995-ci il tarixində dövlət qeydiyyatına alınmasına baxmayaraq VÖEN-i olmadığından onun fəaliyyət göstərməsi, sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 10.12.1995-ci il tarixindən 25.09.2005-ci il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşür.

42. Apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməsə də, vəsatəti təmin etməkdən imtina etməsinə səbəb olan hüquqi əsasları qeyd etməmiş, bununla da hazırkı qərarın 27-29-cu bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və hazırkı qərarın 30-cu bəndində qeyd olunan normanın tələbləri baxımından inzibati iş əlavə sübutların araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

44. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının 15 və 16 nömrəli qeydlərinin yoxlanılması ilə bağlı cavabdehin vəsatətinə baxmalı, bu məqsədlə əmək kitabçasının texniki ekspertizasını təyin etməli və Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin 1995-2005-ci illərdə fəaliyyətdə olub-olmaması ilə bağlı araşdırma apararaq ədalətli qərar qəbul etməlidir.

45. Məhkəmə kollegiyası hesab edir ki, QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.09.2020-ci il tarixli, 21(103)-1359/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçü n Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar