Məhkəmə qərarları › İş №2-1(102)-303/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-303/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-303/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi 09.02.2022 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1577/20 21 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 iyul 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının yaşadığı Xudu Məmmədov 2942, mənzil 47 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. İddiaçı ilə əri arasında olan nikah ləğv edilmişdir. 137 manat məbləğində aliment alır. 10 manat günəmuzd işləyir. 2. 11 mart 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının ərizə-bəyannamədə göstərdiyi ünvan qeyri-dəqiq olduğu üçün müayinə keçirmək mümkün olmamışdır. 3. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilm əsinə dair” bildirişdən görünür ki, iddiaçının müraciətinə əsasən sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994 (051) 500- 14-48 telefon nömrəsinin bəyan edilməməsi səbəbindən imtina edilmişdir. 4. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” növbəti bildirişdən görünür ki, iddiaçının müraciətinə əsasən sosial yardımın təyin olunmasından maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda ya şamadığından imtina edilmişdir. 5. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” digər bildirişdən görünür ki, iddiaçının 19.07.2018-ci il tarixli müraciətinə əsasən sosial yardımın təyin olunmasından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. 6. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişlərdən görünür ki, iddiaçının müvafiq olaraq 10.03.2020 tarixli, və 11.03.2020 tarixli müraciətlərinə görə sosial yardımın təyin olunmasından ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina edilmişdir. 7. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, iddiaç ının 08.05.2020 tarixli müraciətinə əsasən sosial yardımın təyin olunmasından “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 13 avqust 2020-ci il tarixdə cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılm ışdır ki, iddiaçının 09.02.2017-ci il tarixli **********14601 nömrəli ilk müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994(051)500-14-48 telefon nömrəsinin bəyan edilməməsi səbəbindən; 13.03.2017-ci il tarixli **********V602 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda yaşamadığından; 19.07.2018-ci il tarixli **********08801 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən; 10.03.2020 tarixli, **********15101 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; 11.03.2020 tarixli, **********15102 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; Sonuncu 08.05.2020 tarixli **********15103 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. 27 iyul 2020-ci ilin tarixində vətənda şın müraciəti əsasında ərizə-bəyannamədə qeyd etdiyi ünvanda (Xudu Məmmədov 2942, mənzil 47) maddi - məişət şəraitinin müayinəsi aparılmış və ailənin orta aylıq gəlirinin 437 manat (137 manat aliment, gündəlik 10 manat günəmuzd işdə qazanc) olduğu müəyyən edilmişdir. Bu isə iki nəfərlik ailənin ehtiyac meyarından (160 manat x 2 = 320 manat) çoxdur (437>320). Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına 4 nömrəli Əlavəyə uyğun olaraq “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat" tərtib edilmiş və iddiaçı özü həmin sənədi imzalamışdır. Beləliklə, təmsilçisi iddiaçı olan iki nəfərlik ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğundan ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyil. Həmçinin, iddiaçı 08.10.2020-ci il tarixli məhkəmə iclasında özü bu faktı qismən etiraf etmişdir. Belə ki, o, gündə deyil, vaxtaşarı olaraq evlərə təmizliyə getdiyini və bundan gəlir etdiyini bildirmişdir. Bu da iddiaçının “Ərizə-bəyannamə”də gəlirləri barədə məlumatı natamam və qeyri-düzgün göstərdiyini sübut edir. Ailənin orta aylıq gəliri 437 manat olmasa belə, iddiaçının məbləğindən asılı olmayaraq hər hansı gəlirini - hazırkı halda günəmuzd işdən gəliri olduğu bəyan etməməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən (“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatla rda uyğunsuzluq aşkar olunduqda) birbaşa imtina səbəbidir. Belə ki, Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-1397/2021 saylı iş) 2 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin imtinasında göstərilən hallar öz təsdiqini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olu nması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.2-ci bəndində müəyyən edilən hallar iddiaçının ailəsinə münasibətdə mövcud olmadığı üçün onun ailəsinə ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur.

12. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X9-məruzəçi, X3 və X4, 2-1(103)-1577/2021 saylı iş) 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilərək iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, 27 iyul 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatda iddiaçının 137 manat məbləğində aliment aldığı, 10 manat günəmuzd işlədiyi qeyd olunmuşdur, iddiaçının 137 uşağa görə manat aliment alması tərəflər arasında mübahisələndirilməyən haldır. Cavabdeh iddiaçının 10 manat günəmuzd işlədiyini qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının ərizə-bəyannamədə öz gəlirləri barədə məlumatın düzgün göstərilməməsi barədə iddiaçının imtinası əsassızdır. Beləliklə, məhkə mə kollegiyası belə nəticəyə gəlir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiy mətləndirir.

15. Cavabdeh 15 oktyabr 2021-ci i tarixdə qərarın surətini almış, 12 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kasasiya şikayətinin dəlilləri

16. Kasasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynidir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün bir inci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilmə si və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökum ət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X6 və X10 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işd ən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:..

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul olun a bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda bir neçə dəfə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının 27 iyul 2020-ci il tarixində müraciətini təmin etməkdən imtina etmiş, i mtinasını onunla əsaslandırmışdır ki, ərizə bəyannamədə qeyd etdiyi ünvanda (Xudu Məmmədov 2942, mənzil 47) maddiməişət şəraitinin müayinəsi aparılmış və ailənin orta aylıq gəlirinin 437 manat (137 manat aliment, gündəlik 10 manat günəmuzd işdə qazanc) olduğu müəyyən edilmişdir. Bu isə iki nəfərlik ailənin ehtiyac meyarından (160 manat x 2 = 320 manat) çoxdur (437>320). Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına 4 nömrəli Əlavəyə uyğun olaraq “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat" tərtib edilmiş və iddiaçı özü həmin sənədi imzalamışdır. Beləliklə, təmsilçisi iddiaçı olan iki nəfərlik ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmus undan yuxarı olduğundan ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyil. Həmçinin, iddiaçı 08.10.2020-ci il tarixli məhkəmə iclasında özü bu faktı qismən etiraf etmişdir. Belə ki, o, gündə deyil, vaxtaşarı olaraq evlərə təmizliyə getdiyini və bundan gəlir etdiyini bildirmişdir. Bu da iddiaçının “Ərizə-bəyannamə”də gəlirləri barədə məlumatı natamam və qeyri-düzgün göstərdiyini sübut edir. Ailənin orta aylıq gəliri 437 manat olmasa belə, iddiaçının məbləğindən asılı olmayaraq hər hansı gəlirini - hazırkı halda günəmuzd işdən gəliri olduğunu bəyan etməməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən (“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda) birbaşa imtinaya səbəbdir.

26. İddiaçının işləməsi və hər gün 10 manat qazancı olması barədə cavabdehin dəlili işdə olan hər hansı sübutla təsdiq edilmir.

27. Belə ki, cavabdehin tərtib etdiyi 11 iyul 2020-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda iddiaçının gündəlik qazancının 10 manat olması qeyd edilməmişdir.

28. Cavabdehin 22 iyul 2020-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda iddiaçının gündəlik qazancının 10 manat olması qeyd edilmiş, lakin bu işdə olan hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. 29. 2 fevral 2021-ci il tarixli məhkəmə iclasının protokolunda iddiaçı bildirmişdir ki, evə baxış keçirilən zaman məndən soruşdular ki, işləyirsən, mən də cavabımda hərdən bir ev lərə təmizliyə getdiyimi və 10 manat qazancım olduğunu dedim.

30. İddiaçının hər gün 10 manat gəliri olması işdə olan mötəbər sübutla təsdiq olunmadığından cavabdehin bu barədə dəlili əsaslı olmamışdır. Odur ki, iddiaçının aylıq gəlirinin 320 manatdan çox olması barədə cavabdehin dəlili işdə olan sübutlarla təsdiqini tapmamışdır.

31. Eyni əsasla iddiaçının “Ərizə-bəyannamə”də gəlirləri barədə məlumatı natamam və qeyri-düzgün göstərdiyinə, hazırkı halda günəmuzd işdən gəliri olduğunu bəyan etməməsinin “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən (“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda) birbaşa imtinaya səbəb olmasına dair şikayətin dəlilləri də əsaslı olmamışdır.

32. Cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır.

33. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası nın 2-1(103)-1577/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar