Məhkəmə qərarları › İş №2-1(102)-303/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-303/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-303/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzilin özəlləşdirilməsi; kirayə müqaviləsində adları göstərilmiş şəxslərin özəlləşdirmə anında faktiki mənzildə yaşaması; özəlləşdirmədə iştirak etmək hüququna malik şəxslərin özəlləşdirmənin aparılmasına razılığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmalədd in Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı (üçüncü şəxs X4) “üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)569/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Az.SSR Sumqayıt şəhər X8 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 27/157 saylı orderə əs asən ünvan 1 ünvanında yerləşən 2 otaqlı 11 saylı mənzil Bağırov Ağa Əyyub oğluna 3 nəfərdən ibarət ailə üzvləri ilə (arvadı X6, qızı X5) verilmişdir.

2. Tərəflər arasında olmuş mülki məhkəmə icraatı zamanı qəbul edilmiş və hazırda qanuni qüvvədə olan məhkəmə qərarlarından məlum olur ki, İddiaçı 1989-cu il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə qeydiyyata alınmışdır.

3. Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(060)-2397/2015 nömrəli qətnaməsi ilə iddiaçı X2 tələbi əsasında cavabdeh İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmiş, bundan sonra ünvan 1, mənzil 11 üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq x x.xx.2015-ci il tarixli, RX seriyalı, ******* qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

4. İddiaçı apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli, 2(105)-450/2017 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı ərizə ilə cavabdeh quruma müraciət edərək ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə dair X2 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh 24 iyun 2022-ci il tarixli, **********01 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olmamışdır. Həmçinin bildirilmişdir ki, ərizəyə əlavə edilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1827/19 saylı qərarında 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddi açı tələbini onunla əsaslandırmışdır ki, X5 onun bacısıdır. Onlar ailəlikcə atası Bağırov Ağa Əyyub oğlu, anası X6 və bacısı X5 1988-ci ildə Ermənistan Respublikası, Gorus rayonu, Ağbulaq kəndində yerləşən ata evlərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 11-ci mənzilə dəyişmişdir və onlar bu mənzildə məskunlaşıb yaşamışlar. Mübahisəli mənzil atasının adına olmaqla dövlət mənzil fonduna aid olmuşdur. xx.xx.1989-cu il tarixdə atası vəfat etmişdir. İddiaçı 2000-ci ildə X7 ilə nikaha daxil olmuş, arvadı onların yaşadıqları mənzilə gəlin gəlmişdir. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X14 oğlu və xx.xx.2004cü il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Uşaqları anadan olandan sonra bacısı Z.Bağırova onla rın şəxsi əşyalarını, qab-qacaqlarını mənzildən çölə tökmüş və onları evə buraxmamışdır. Həmin vaxtdan etibarən müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Dəfələrlə mənzilə qayıdıb yaşamaq istəmişlər, lakin Z.Bağırova hər dəfə polis çağırıb onları mənzildən qovmuşdur. Bundan sonra onların kirayədə yaşamaqlarından istifadə edərək Z.Bağırova iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsinə nail olmuş və mənzili öz adına özəlləşdirmişdir. Hazırda məhkəmə qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilsə də, Z.Bağırova yenə də onu və ailə üzvlərini mübahisəli mənzilə buraxmamışdır. Ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində müxtəlif ünvan larda kirayədə yaşayırlar. Nə onun, nə də həyat yoldaşının mülkiyyətində və yaxud icarəsində yaşayış sahəsi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, 41/14 saylı evin 11 saylı mənzilinə dair özəlləşmənin və Z.Bağırovamn adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)2818/2022 nömrəli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Cavabdeh orqan imtina məktubu ilə eyni məzmunda iddia tələbinə dair etiraz təqdim etmiş, əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən həmin mənzilə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş sənədlərdən görünür ki, həmin qeydiyyat Az.SSR Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 27/157 saylı order, mənzildə yalnız üçüncü şəxsin və onun anası X3 qeydiyyatda olduğunun göstərildiyi Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X1 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən tərtib edilmiş Forma-2 arayışı, habelə X3 razılıq ərizəsi əsasında aparılmışdır.

12. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-X1 6 saylı Mənzil-Kommunal sahəsi tərəfindən məhkəməyə təqdim olunmuş 08 dekabr 2022-ci il, 01 fevral və 08 fevral 2023cü il tarixli ətraflı arayışlardan da müəyyən edilir ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın bildirişinə əsasən xx.xx.2015-ci il tarixdə mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmış, mənzil xx.xx.2015-ci il tarixdə X2 adına özəlləşdirilmiş, Sumqayıt şəhər Polis İdarəsinin QŞVB-nın xx.xx.2017-ci il tarixli, 3207 nömrəli bildirişinə əsasən İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(105)-450/2017 nömrəli qətnaməsi əsasında həmin mənzilə qeydiyyata düşmüşdür.

13. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-c ü il tarixli, 2-1(118)556/2023 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin özəlləşdirilməsinə dair X2 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddiaçının mübahisəli mənzilə qeydiyyatı təmin edilmişdir. Hazırkı halda iddiaçı mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı mənzilə münasibətdə mülkiyyət hüququ əldə edəcəyi üçün cavabdehin özəlləşdirməni həyata keçirməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

15. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023cü il tarixli, 2-1(105)-569/2023 nömrəli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova, S.A.Qafari) apel lyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-556/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mənzilə istifadə hüquqlarına xitam verən Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları bərpa edilmişdir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması nəzərə alınarsa, mənzilin özəlləşdirilməsi zamanı onun da razılıq ərizəsinin alınması mütləq şərt olmuşdur. Bununla da, mənzilin özəlləşməsi zamanı üçüncü şəxslə birlikdə eyni hüququ olan iddiaçının mənzilin özəlləşdirilməsindən kənarda qalması onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

18. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbini pozaraq iş üzrə iddiaçının sadəcə istifadə hüququnun olmasına istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının mənzil özəlləşdirilərkən razılığı alınmalı idi, halbuki Qanunun tələbinə əsasən mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları alınmalıdır. İddiaçı 15 ildən çox mənzildə y aşamamışdır. Hətta köçürülmə barədə məhkəmə qətnaməsi olsa da, yenə köçüb orada yaşamır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onu n yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsi nə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, hə min qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Belə ki, iddiaçı tərəfindən mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinin qanuniliy i mübahisələndirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sözügedən normada “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Öz əlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir.

29. Buna nəzərən, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mənzilin iş üzrə üçüncü şəxsin adına özəlləşdirilməsi üçün əsas olmuş iddiaçının mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasının qət edildiyi Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları bərpa edilmişdir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması nəzərə alınarsa, mənzilin özəlləşdirilməsi zamanı onun da razılıq ərizəsinin alınması mütləq şərt olmuşdur. Bununla da qeyd edilən Qanuna görə mənzilin özəlləşməsi zamanı üçüncü şəxslə birlikdə eyni hüququ olan iddiaçının mənzilin özəlləşdirilməsindən kənarda qalması onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

30. Üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili olan mənzil özəlləşdirilərkən iddiaçının faktiki olaraq həmin mənzildə qeydiyyatda olmadığı və yaşamadığı barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri hər bir halda özəlləşdirmədən pay sahibi kimi iştirak etmək hüququna m alik deyillər. Onların bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirmə üçün müraciət edilən anda həm də özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar.

31. Bu hala münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının daimi yaşayış yerinin olmaması və ailəsi ilə birlikdə kirayədə yaşaması müəyyən edilərək məhz həmin əsasla onun mənzilə istifadə hüquqlarının itirilməsinə dair iddia rədd edilmişdir. Həmçinin bundan sonra da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının uşaqları ilə birgə mənzilə köçürülməsi qət edilmişdir. Eyni zamanda, iddiaçı üçüncü şəxsin ailə üzvü olmaqla, 1989-cu il tarixdən mübahisələndirilən mə nzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin iddiaçı sözügedən mənzildə faktiki maneələr səbəbindən yaşaya bilməmişdir, köçürülməyə dair məhkəmə qətnaməsinin mövcudluğu bu halı təsdiq edir. Bununla da, iddiaçının qanunun tələb etdiyi “kirayəçi ilə birlikdə faktiki yaşayan ailə üzvü” statusuna malik olduğu qəbul edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(105)-569/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar