Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3031/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Sadıqlı Allahverdi Alı oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 iyul tarixli 21(103)-1391/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 3 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Si yahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 21.5-ci bəndində (Metropolitenlər) yol nəzarətçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmamışdır. İddiaçı 2018-ci il 12 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən – 2014-cü il 24 avqust tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1979-cu il 3 sentyabr tarixdə Sabirabad rayonu “Pitomnik” sovxozund a fəhlə kimi başlamışdır. 1981-ci il 4 sentyabr tarixdə təhsili ilə əlaqədar işdən azad olunmuş, 1981-ci il 22 avqust tarixdən 1983-cü il 9 iyul tarixə kimi Bakı Maliyyə Kredit Texnikumunda təhsil almış, 1983-cü il 13 oktyabr tarixdən 1989-cu il 2 yanvar tarixədək Sabirabad rayonunda yerləşən Qlavazmeliovodstroy “Azmelioremmaş” İB-in RMZ-nun satış üzrə mühasib vəzifəsində, 2003-cü il 1 oktyabr tarixdən 2004-cü il 1 iyun tarixə kimi Bakı Metropolitenində xadimə kimi işləmişdir. 2004-cü il 10 iyun tarixdən hal-hazıra kimi Bakı Metropoliteninin yol xidmətində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən yol nəzarətçisi vəzifəsində işləyir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunla tələb olunun 52 yaşı, 20 il ümumi, 10 il xüsusi iş stajı vardır. İddiaçı göstərilənlə rə və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 19, 31.1, 37.7-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 yanvar tarixli 2-1(82)362/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2014-cü il 24 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi, 10 il xüsusi sığorta stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 iyul tarixli 2-1(103)-1391/2019 nömrəli qərarıilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 10 il xüsusi sığorta stajına malik olmadığından, cavabdehin imtinası əsaslıdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 29 iyul tarixdə təqdim edilm işdir. İddiaçı həmin qərardan 2019-cu il 23 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, əmək kitabçasında 2004-cü il 10 iyun tarixdən 2005-ci il 3 yanvar tarixə kimi iddiaçının işlədiyi peşə yol fəhləsi kimi göstərilmiş, həmçinin işinin gecə, tuneldə xüsusilə zərərli iş şəraitinə aid olduğu qeyd edilmişdir. Həmçinin, 2005-ci il 3 may tarixdən 2014-cü il 18 iyul tarixə kimi iddiaçının işlədiyi peşə yol nəzarətçisi kimi göstərilmiş və qarşısından gecə tuneldə zərərli iş saatı olduğu qeyd edilmişdir. Bu, x2-nin verdiyi rəsmi arayışla da təsdiq olunur. Həmin arayış ın qeyd hissəsində göstərilmişdir ki, yol nəzarətçisi yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusilə zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 % ödənc hesablanır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 82-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə tam hüquqlu məhkəmə kimi araşdırma aparmalı idi. Belə ki, qeyd olunan ziddiyyətləri aradan qaldırmaq üçün işlədiyi müəssisənin nümayəndəsinin məhkəmədə iştirakını təmin edə, iş üzrə mütəxəssis dəvət edə, yaxud ekspertiza təyin edə bilərdi. Lakin məhkəmə bütün bunlara əhəmiyyət verməmiş, ətraflı araşdırma aparmadan iddiaçının hüquqlarını pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qəra rın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək kitabçasının məlumatlarına görə, 2014-cü il 11 sentyabr tarixə onun azı 20 il ümumi stajının olduğu müəyyən olunur. İddiaçının xüsusi iş stajına gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; metropoliten müəssisələrinin briqadirləri; metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; Drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexaniklər i peşələri üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur....iddiaçının əmək kitabçasına əsasən o, 2004-cü il 10 iyun tarixli əmrlə 2 dərəcə ilə yol fəhləsi işinə qəbul edilsə də, 2005-ci il 3 yanvar tarixli əmrlə 3-cü dərəcəli yol nəzarətçisi təyin edilmiş və 2014-cü il 18 iyul tarixli əmrlə x2 Yol xidməti 2 saylı Yol hissəsi 4-cü sahəsinə 3-cü dərəcə ilə yol nəzarətçisi peşəsinə işə qəbul edilmişdir. Yəni, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə” peşəsi üzrə 2004-cü il 10 iyun tarixdən 2005-ci il 3 yanvar tarixə qədər çalışmışdır. O, 2005-ci il 3 yanvar tarixdən hal-hazıradək yol nəzarətçisi peşəsində çalışsa da, həmin peşə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, x2-nin 2017-ci il 6 fevral tarixli, A/45 saylı arayışına əsasən, iddiaçının “...Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 12 il 07 ay 23 gündür....Yol nəzarətçisi – yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablanır.”. Beləliklə, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiy i hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Bel ə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən, həmçinin iddiaçının ona əmək pensiyasının 2014-cü il 24 avqust tarixdən təyin edilməsini tələb etdiyi nəzərə alınmaqla, tələb olunan ümumi və xüsusi stajların həmin tarixədək yaxud həmin tarixdən sonra tamam olduğunu dəqiq müəyyən etməlidir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun azı 20 il ümumi stajı (texnikumda təhsil müddəti də nəzərə alınmaq la) 2014-cü il 11 sentyabr tarixdə yaranır. Qanunla tələb olunan stajın son tarixinin ərizədə iddia olunan 2014-cü il 24 avqust tarixdən sonraya təsadüf etdiyinin müəyyən edildiyi halda, məhkəmə iddiaçının bununla bağlı mövqeyini nəzərə almaqla, iddia tələbinin dəqiqləşdirilməsinə dair məsələni həll etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 iyul tarixli 2-1(103)-1391/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3031/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3031/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver