Məhkəmə qərarları › İş №2-1(102)-3032/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3032/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3032/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-3032/19 Bakı şəhəri 20 noyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, yaşa görə əmək pensiyası, pensiya qanunvericiliyinin zamana görə tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinin vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2-1(103)-1675/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının 55 yaşının tamam olduğu 29 sentyabr 1996-cı il tarixdən hesablanması və 29 sentyabr 1996-cı i l tarixdən 01 yanvar 2006-cı il tarixədək yaranmış fərqin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 1941-ci il tarixdə anadan olmuş, 1964-cü il tarixdən əmək fəaliyyətinə başlamış və həkim peşəsi üzrə 55 il əmək stajına malik olmuşdur. 14 aprel 2006-cı il tarixdə iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh tərəfindən ona 01 yanvar 2006-cı il tarixdən, yəni 65 yaşdan əmək pensiyası təyin edilmişdir. Lakin onun 55 yaşının tamam olduğu tarixə artıq 32 il əmək stajı mövcud olduğundan, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək pensiyası 55 yaşdan təyin olunmalı idi. Cavabde h iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(81)1731/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin iddiaçının əmək pensiyası hüququnun yarandığı dövrdə qüvvədə olmuş tələblərinə görə iddiaçı əmək pensiyası yaşının çatdığı tarixdən ən geci 3 ay müddətində müraciət etdikdə ona pensiya yaşının çatdığı tarixdən əmək pensiyası təyin oluna bilərdi. İddiaçı isə cavabdehə 14 aprel 20016-cı il tarixdə müraciət etdiyindən, cavabdeh haqlı olaraq ona əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi tarixdən, yəni 01 yanvar 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2-1(103)-1675/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 98, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1, Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 2.2.3, 34.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, cavabdehin imtinası zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 98-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsinin 06 noyabr 2007-ci il tarixdən sonra qüvvədə olmuş redaksiyasına istinad etməsi qanunsuz olmuşdur və məhkəmə əsassız olaraq həmin mövqeyinin haq lı olduğu qənaətinə gəlmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun istinad olunan 98-ci maddəsində göstərilən müddətlər iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. Habelə, iddiaçı pensiyanın təyin olunması ilə bağlı 14 aprel 2016-cı il tarixdə müraciət etdiyindən, əmək pensyasının təyini zamanı hüquq münasibətinə həmin dövrdə qüvvədə olan norma tətbiq edilməli idi. Cavabdeh isə qanunsuz olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsinin 06 noyabr 2007-ci il tarixdən sonra qüvvədə olmuş redaksiyasına istinad etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1, 31.1, 37.7, “İnzibati icraat haqqında” Azərbaycan Respubli kası Qanunun 1.1, 2.0.1, 2.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 58.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin s urətindən görünür ki, iddiaçı xx xxxxxxxx 1941-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya verilmiş 416125 saylı vəsiqədən görünür ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş **********6 saylı, 01 mart 2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək ərizəyə cavab olaraq bildirilmişdir ki, 01 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 14 aprel 2006-cı il tarixli əmək pensiyası təyin olunması üçün şöbəyə verdiyi ərizəsinə əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsini nəzərə alınmaqla, 01 yanvar 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 yanvar 2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olub. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 98-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əli lliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edildiyi, digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edildiyi bildirilmişdir. İddiaçının pensiya hüququ 55 yaşında, yəni 29 avqust 1996-cı il tarixdə yaransa da, iddiaçı ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı 14 aprel 2006-cı il tarixdə cavabdehə müraciət etmişdir və şöbə tərəfindən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixdən iddiaçıya pensiya təyin edilmişdir. İddiaçı 14 aprel 2006-cı il tarixdə yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciət etsə də, la kin ona 01 yanvar 2006-cı il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi tarixdən cavabdeh tərəfindən ömürlük pensiya təyin edilmişdir. İddiaçı 14 aprel 2006-cı il tarixdə müraciət etməsinə baxmayaraq, pensiya hüququnun 29 sentyabr 1996-cı il tarixdə yarandığına istinad etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edil diyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi əvvəl qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanını təyin edilməsi o səbəbdən qanuni deyildir ki, həmin qanunvericilik üzrə iddiaçı pensiya yaşına çatdığı gündən ən geci 3 ay müddətində müraciət etdikdə, ona pensiya yaşına çatdığı gündən pensiya təyin edilə bilərdi. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, pensiyanın təyin eidlməsi üçün 14 aprel 2016-cı il tarixdə müraciət etdiyindən, əmək pensyasının təyini zamanı hüquq münasibətinə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsinin tələbləri tətbiq edilməli idi ki, həmin maddə pensiyanın hüququnun yarandıı gündən təyin edilməsini nəzərdə tutmuşdur. Onun pensiya hüququ isə əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən yarandığından, həmin vaxtdan pensiya hesablanmalı idi. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının pensiya üçün müraciət etdiyi vaxt, yəni 14 aprel 2006-cı il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun): - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə t utulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; - 7-ci maddəsinə əsasən, (...) 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciə t edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; - 47-ci maddəsinə əsasən, bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Maddələrin tələblərinə görə, 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minən Qanun ilə müəyyən edilmiş qayda və şərtlər üzrə şəxslərə pensiyanın təyin edilməsi nəzərdə tutulmuşdur. Qadınlar üçün yaşa görə pensiyann təyin edilməsinin şərtlərinə onların 57 yaşına çatması və azı 5 il sığorta stajının olması aiddir. Bu şərtlər ödənildiyi təqdirdə həmin şəxsin istələn vaxt etdiyi müraciəti əsasında pensiya hüququnun yarandığı tarixdən keçmiş müddət üçün də alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi müəyyən edilmişdir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, əmək pensiyalar ı ilə bağlı münasibətlərin yaranması 01 yanvar 2006-cı il tarixindən sonrakı müddətə aid edilmiş və istinad edilən Qanunda nəzərdə tutulmuş şərtlər üzrə pensiya təyinatının aparılması əks olunmuşdur. Bununla yanaşı, həmin Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçının istinad etdiyi kimi, onun pensiya hüququ göstərilən Qanunla deyil, həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qayda üzrə 1996-ci il tarixindən yaranmışdır. Həmin dövrə münasibətdə aşağıdakılar nəzərdə tutulmuşdur: - 12-ci maddəsinə əsasən, yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: qadınlar - 55 yaşına çatdıqd a və azı 20 il iş stajı olduqda; - 98-ci maddəsinin birinci hissəsinə əsasən, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkiməmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir; - 98-ci maddəsinin dördüncü hissəsinə əsasən, digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, qadının 55 yaşı tamam olduğu vaxtdan 20 il iş stajı olduğu halda, ən geci 3 ay müddətində pensiyanın alınması üçün müraciət etdiyi təqdirdə, yaşı tamam olan vaxtdan ona pensiya təyin edilməlidir. Digər hallarda isə pensiyalar müraciət etdiyi vaxtdan təyin edilm əlidir. Maddələrin tələbləri onu ehtiva edir ki, iddiaçı 55 yaşı tamam olduğu 1996-cı ildə pensiyanın təyin edilməsi üçün müracit etməli idi ki, həmin tarixdən onun pensiya təminatı hüququ reallaşsın. Lakin bu müddətdə müraciət etməməklə iddiaçı öz iradə ifadəsini əks etdirtmişdir. Qeyd edilən halda məhkəmə kollegiyası hesab edir ki, apellyasya məhkəməsi düzgün hüquqi qiymətləndirmə aparmaqla düzgün nəticəyə gəlmişdir. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsi ilə tənzimlənən qayda isə pensiya təyinatı məsələlərin zamana görə qüvvədə olmuş müddəaların tətbiqi ilə bağlı deyil, həmin Qanunla təyin edilmiş əmək pensiyalarının müddətləri ilə bağlıdır. Bu təzdə maddənin təfsiri onun adından və müxtəlif hissələrin tənzimlənmə qaydasında n irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Həmin Qanunun 32.2. – 32.3-cü maddələrində isə digər növ pensiyaların hansı hüquqi faktın müəyyən edildiyi vaxtdan hansı müddətə qədər təyin edilməsi göstərilmişdir. İddiaçının halına münasibətdə bu maddənin tətbiqi onu nəzərdə tutur ki, iddiaçının yaşa görə pensiya hüququ həmin Qanunda nəzərdə tutulmuş şərtlər daxilində yaranmaqla ömürlük təyin edilməldiir. Qanunveriiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi norma onun tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sa dalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2-1(103)-1675/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar