Məhkəmə qərarları › İş №2-1(102)-3033/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3033/2019

26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3033/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı diplomun tanınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi kollegiyasının 2-1(103)-2004/2019 saylı, 6 avqust 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 23 iyun 2016-cı il tarixdə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş ali təhsil haqqında sənədin nostrifikasiya olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2- 1(103)-2004/2019 saylı 6 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya şikayəti üzrə qanunda nəzərdə tutulan müddət iddiaçı tərəfindən buraxılmışdır. İddiaçı 26 avqust 2019-cu il tarixdə qərardadın surətini almış, 29 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qərarı onlara göndərilmişdir. Lakin həmin qərarı almamışdır. Mübahisə olunan qərar rəsmi qaydada ona təqdim edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti üzrə müddət buraxılmamışdır. Şikayətin əsası kimi Mülki Prosessual Məcəllənin 134, 135-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək iddiaçının birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti üzrə müddəti buraxmadığını bildirib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı apellyasiya şikayəti üzrə müddəti üzrlü səbəb olmadan buraxdığından onun şikayəti təmin edilə bilməz. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddə ləri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə 12 iyun 2018-ci il tarixli qərar qəbul etmiş və qərarın surətini 12 iyun 2018-ci il tarixli məktubla iddiaçıya onun iddia ərizəsində yazılmış Bakı şəhəri, Gəncə prospekti, ev 25, mənzil 12-yə göndərmişdir. İşdə olan iddia ərizəsində, iddiaçıya aid 28 yanvar 2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, nümayəndəyə verdiyi etibarnamədə ünvan ünvan 1ya məhkəməsinin iddiaçı ilə bağlı yazışmaları, məhkəmə sənədləri həmin ünvana göndərilmiş, sənədlər geri qayıtmamışdır. İşin 59-cu səhifəsində olan xəbərnamədən də görünür ki, birinci instansiya məhkəməsi qərarı iddiaçıya həmin ünvana göndərmiş, iddiaçı adı və soyadını qeyd etməklə imza edib 27 iyun 2018-ci il tarixdə məhkəmə qərarını almışdır. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə 1 aprel 2019-cu il tarixdə ərizə təqdim edərək ünvanını ərizədə ünvan 2ilməsini xahiş etmiş, məhkəmənin 3 aprel 2019-cu il tarixli məktubu ilə qərar Bakı şəhəri, Gəncə prospekti, ev 25, mənzil 12 ünvanına göndərilmiş, məhkəmə qərarının göndərilməsinə dair xəbərnamədə 10 aprel 2019-cu il tarixdə “İddiaçı şəxsən” sözləri yazılmaqla və imza edilməklə məhkəmə qərarı iddiaçıya təqdim edilmişdir (səh.61-63). Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi 24 iyun 2019-cu il tarixli ərizəsində ünvanının dəyişdiyini bildirib məhkəmə qərarının ona təqdim edilməsini xahiş etmiş, 28 iyun 2019-cu il tarixdə birinci instansiya məhkəməsini n qərarı ona təqdim edilmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi 1 noyabr 2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətində ünvanı ünvan 3 digər sənədlərdə ünvanı ünvan 4ana göndərilmiş, birinci instansiya məhkəməsinin qərarı da həmin ünvana göndərilmiş, ilk dəfə 27 iyun 2018-ci il tarixdə, ikinci dəfə isə 10 aprel 2019-cu il tarixdə məhkəmə qərarını almışdır. İş birinci instansiya məhkəməsinin icraatında olduğu və məhkəmə tərəfindən qərar qəbul edildiyi vaxt iddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 25, mənzil 12-də qeydiyyatda olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qərarını 27 iyun 2018-ci il tarixdə, sonra isə 10 aprel 2019-cu il tarixdə almış, apellyasiya şikayətini isə 12 iyul 2019-cu il tarixdə təqdim etmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının ba şlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şi kayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İddiaçının mübahisə açdığı birinci instansiya məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarından şikayət vermə müddəti 27 iyun 2018-ci il tarixdə başlamış, 27 iyul 2018-ci il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə 1 ildən sonra təqdim edilməklə şikayət vermə müddəti ən azı 11 ay buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsinin iddiaçıya göndərdiyi bildirişdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası 6 avqust 2019-cu il tarixə təyin edilmişdir, məhkəmə iclasında iştirak etmələri xahiş olunur və məhkəmə iclasına gəlmədiyi halda da, iştirakları olmadan işə baxıla və qərar qəbul edilə bilər. Bildirişdə həmçinin izah edilmişdir ki, həmin gün şikayətin prosessual müddətin ötürülməsi ilə bağlı mümkünlük məsələsinə baxılacaqdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya göndərilən məhkəmə bildirişi 26 iyul 2019-cu il tarixdə qəbul edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi 6 avqust 2019-cu il tarixli qərardadında İPM-in 85.1 və 24.1-ci maddələrinə istinad edərək iddiaçının 30 gün müddətində apellyasiya şikayəti vermədiyi üçün şikayəti mümkün saymamışdır. İPM-in 87.4-cü maddəsinə görə apellyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarını n dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı iddiaçını lazımi qaydada məlumatlandırmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmuşdur. Apellyasiya məhkəməsi göndərdiyi bildirişdə apellyasiya şikayəti üzrə mümkünlüyə baxılmasını, mümkünlüyün şikayət üzrə müddətilə bağlı olmasını cavabdehin diqqətinə çatdırmışdır. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün mə hkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə apellyasiyanın mümkünlüyü ilə bağlı lazımi qaydada məlumatlandırılan iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.8 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 -1(103)-2004/2019 saylı, 6 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar