Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3035/2019 06.11.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar söz: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkə mənin binasında 06.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.01.1994-cü il tarixli 1 nömrəli əmri ilə 1ci MAT-ın tərkibinə və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin komandirinin N aprel 1994-cü il tarixli 80 nömrəli əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün o, 1-ci motoatıcı taborun əsgəri kimi N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. İddiaçı avqust 1994-cü il tarixdə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, iyul 1995-ci il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılmış, iyul 1995-ci il tarixdə N saylı saylı hərbi hissənin siyahısına daxil edilmiş, oktyabr 1997-ci il tarixdə N saylı saylı hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 21.07.2018-ci il tarixli 1/M-7041 saylı imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Arxivin 06.04.2018-ci il tarixli 9/2-5285 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidməti barədə məlumat olmadığından və hərbi biletin 11-ci qrafasındakı qeydə əsasən xidmət etdiyi zaman N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 21.07.2018-ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-192/2019 saylı 16 yanvar 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və qanuni əsaslarla tərxis olunması iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübüt olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-192/2019 saylı 16 yanvar 2019cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarı ilə cavabdehin ap ellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-192/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının N nömrəli hərbi hissəyə daxil olma və çıxış tarixləri və əmrləri müəyyən edilmədiyindən, iddiaçının təqdim edilən yazılı izahatı ilə məhkəmə iclası zamanı verdiyi izahat arasında ziddiyyət müəyyən olunduğundan (yazılı izahatında N aprel 1994-cü il və 25 aprel 1994-cü il dövründə, məhkəmə iclası zamanı isə atəşkəs dövründə yəni 12 may 1994-cü ildən sonra travma aldığını bildirmişdir) xəstəliyi ilə bağlı verilən suallara tam cavab verə bilmədiyindən və digər ziddiyyətli hallara əsasən cavabdehin apellyasiya şikayətinin dəlilləri və cavabdeh tərəfindən iddiaçıya verilmiş i mtina əsaslı olduğundan iddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə işdə olan halları, eyni zamanda apellyasiya məhkəməsində o və nümayəndəsi tərəfindən verilən izahatları təhrif edərək, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, iddiaçı və onun nümayəndəsi tərəfindən yazılı izahatda N aprel 1994-cü il və 25 aprel 1994-cü il dövründə, məhkəmə iclası zamanı isə atəşkəs dövründə yəni 12 may 1994-cü ildən sonra travma aldığını bildirilməmişdir. Əksinə N aprel 1994-cü il tarixdə hərbi hissəyə getdiyini 25.04.1994-cü il t arixdə N saylı hərbi hissəyə qayıtdığını qeyd etmişdir. Kassator İPM-nin 33.1, 32.2, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5, vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 21(103)-946/2019 nömr əli qərarının saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.01.1994-cü il tarixli 1 nömrəli əmri ilə 1-ci MAT-ın tərkibinə və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissənin komandirinin N aprel 1994-cü il tarixli 80 nömrəli əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün o, 1-ci motoatıcı taborun əsgəri kimi N nömrəli hərbi hissənin sərəncamına göndərilmiş, iddiaçı avqust 1994-cü il ta rixdə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, iyul 1995-ci il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılmış, iyul 1995-ci il tarixdə N saylı saylı hərbi hissənin siyahısına daxil edilmiş, oktyabr 1997-ci il tarixdə N saylı saylı hərbi hissənin siyahısından çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veter anı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələ rinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respub likasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Yuxarıda sadalanan normaların tələblərinə əsasən müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hər bi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Beləliklə, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi təsdiq olunmalıdır. İddiaçı bununla bağlı iddia edir ki, o, N saylı hərbi hissənin tərkibində olarkən döyüş əməliyyatlarında iştirak etmişdir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, N saylı hərbi hissə 05.04.1993-cü il tarixdən yanvar 1994-cü ilədək və 12.04.1994-10.05.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının isə həmin dövrlərdə N saylı hərbi hissənin tərkibində olmasına dair iş materiallarında sübut yoxdur. Belə ki, N nömrəli hərbi hissənin komandirinin N aprel 1994-cü il tarixli 80 nömrəli əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün o, 1-ci motoatıcı taborun əsgəri kimi N nömrəli hərbi hissənin sərəncamına göndərilsə də, N saylı hərbi hissənin tərkibinə daxil olmasına dair əmr mövcud deyildir. Həmçinin Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən verilmiş məktubda (iş v.102) iddiaçının N nömrəli hərbi hissənin komandirinin N aprel 1994-cü il tarixli 80 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin sərəncamına göndərildikdən sonra xəstə olması ilə əlaqədar geri qaytarılması qeyd edilmişdir. Bundan əlavə, iddiaçıya məxsus hərbi biletdə qeyd edilmişdir ki, iddiaçı avqust 1994-cü il tarixdə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, iyul 1995-ci il tarixdə N saylı hərbi hissənin siyahısından çıxarılmış, iyul 1995-ci il tarixdə N saylı s aylı hərbi hissənin siyahısına daxil edilmiş, oktyabr 1997-ci il tarixdə N saylı saylı hərbi hissənin siyahısından çıxarılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının 05.04.1993-cü il tarixdən yanvar 1994-cü ilədək və 12.04.1994-10.05.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində olması iş üzrə sübuta yetirilmir. Bundan əlavə, iddiaçının 1994-cü ilin aprel ayında N nömrəli hərbi hissəyə daxil edilməsi barədə hərbi hissələrin əmri arxivdə aşkar edilməmişdir və hərbi biletdə olan qeydlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən dəstənin tərkibində olması iş materialları ilə sübuta yetirilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnı z məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli 2-1(103)-946/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3035/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3035/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver