Məhkəmə qərarları › İş №2-1(102)-3035/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3035/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3035/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) «daşınmaz əmlakın dövlət reyestrində torpaq sah əsinə dair qeydin ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024cü il tarixli 2-1(103)-2494/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 ilə X10 arasında imzalanmış 30 noyabr 2022-ci il tarixli, "xxxx" MMC ilə X10 arasında imzalanmış 27 sentyabr 2019-cu il tarixli, X4 ilə X10 arasında imzalanmış 6 mart 2020-ci il tarixli və X9 ilə X10 arasında imzalanmış 6 mart 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 1263,16 kv.m) və 3 hektar torpaq sahəsi X1.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ç ıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 1263,16 kv.m) və 3 hektar torpaq sahəsinə (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) xüsusi mülkiyyət X7 adına 2 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsinə dair X7 adına 2 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Z.Əliyevə məxsus torpaq sahəsinə dair 5 oktyabr 2023- cü il tarixində akt tərtib olunmuşdur. Bu akta əsasən, X14 məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən 20-25 metr məsafədə anbar tikintisinin aparılması üçün neft borusuna paralel təqribən 100 metr uzunluğunda və neft borusuna perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların toxunaraq qoyulması, dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi müəyyən edilmiş, görülən işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olması bildirilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan, həmçinin həmin torpaq sahəsi neft kəmərlərinin mühafizəsi zonasına düşdüyündən cavabdeh tərəfindən verilən çıxarış əsassızdır.

5. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli e-2-1(112)-5240/2024 nömrəli qərarda dı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının iddiası mahiyyətcə müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi barədədir və bu qəbildən olan iddialar “öhdəliyin icrası haqqında” iddialara aiddir. Hazırkı iddianın qaldırılmasından əvvəl iddiaçının inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsində qaldırılan məsələ ilə əlaqədar müraciət etməsini təsdiq edən hər hansı sənəd və cavabdeh inzibati orqanın imtinası məhkəmə icraatında təqdim olunmamışdır. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdeh arasında inzibati mübahisə yaranmamışdır; - Hazırkı iş üzrə mübahisə predmeti olan “to rpaq sahəsinə hüququn qeydiyyatı” üçüncü şəxs X10 ilə "xxxx" MMC, X3, X4, X9 arasında torpaq sahəsinin müvafiq hissələrinə münasibətdə ayrı-ayrılıqda bağlanmış müqavilələr əsasında aparıldığından, həmin qeydiyyatın ləğv edilməsi tələbi inzibati məhkəmə icraatı qaydasında deyil, sözügedən müqavilələrlə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər.

7. İddiaçı həmin qərardadan apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli 2-1(103)-2494/2024 nömrəli qərardadı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, M.Qarayeva və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını, inzibati işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan, həmçinin həmin torpaq sahəsi neft kəmərlərinin mühafizəsi zonasına düşdüyündən cavabdeh tərəfindən verilən çıxarış əsassızdır. - iddiaçı hesab edir ki, hazırkı iddia tələbi üzrə mövcud təcrübənin dəyişdirilməsinə zərurət yaranmış, məhkəmələrin hazırkı iddia tələblərinə yanaşmaları düzgün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi olmaqla üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmu ş və iddiaçı üçün ciddi maneələr yaranmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə etiraz göndərməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələbl ərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayə ti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddi a ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İddianın mümkünlüyü iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğu müəyyən olunduqdan sonra iddianın mahiyyəti üzrə araşdırma aparmalıdır.

22. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərin in mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Hazırda iddiaçının irəli sürdüyü tələb, Heydər Əliyev adına X16 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsinə dair X7 adına 2 dekabr 2022-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsinə yönəlmişdir.

25. Apellyasiya məhkəməsi iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, X10 həmin ünvanda yerləşən qeyri-yaşayış binasını və torpaq sahəsini alqı-satqı müqavilələrinə əsasən əldə etmişdir, yəni daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaklarla bağlı qeydiyyat mülki-hüquqi əqdlər əsasında aparılmış, bu səbəbdən işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qeyd edilənlər hazırkı mübahisənin həllində tətbiqinə ehtiyac olunmasa da, lakin məhkəmə mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

27. İPM-in 96.7 -ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyət hüququ barədə qeydi mübahisələndirilməsindən öncə qeydin əsasını təşkil edən torpaq sahəsinin özgəninkiləşdirilməsi üzrə ilkin əqdləri və ya akları mübahisələndirməli idi.

29. Yəni, iddiaçı hüquqi marağına nail olmaqdan ötrü, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş ilkin hüquq müəyyənedici sənədlərə və (və ya) torpaq sahəsini ayırmış inzibati orqanın hərəkətlərinə qiymət verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli i di.

30. Beləliklə, göstərilən əsasa görə iddia mümkünsüzdür.

31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli 21(103)-2494/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar