Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3036/2019 06.11.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD (açar söz: vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidentinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-3151/2018 saylı 26 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın ekspertiza vasitəsilə hesablanması, maddi və mənəvi ziyanın dövlət tərəfindən ödənilməsi, Ünvan1, 8-ci mərtəbə, 22 saylı mənzilin balkon sahəsinin 3 kv.metr artırılması, orada yenidən qurulmuş su, kanalizasiya, qaz, elektrik xətlərinin, yeni tikilmiş balkon-mətbəx otağının ətrafda və aşağı mərtəbələrdə yaşayanlar üçün təhlükəsizliyin təmin edilməsinə dair rəsmi sənədin verilməsi üçün öhdəliyin icrası barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2-1(81)- 4490/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddiaya mahiyyəti üzrə tam həcmdə baxılması və tələbin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 26 dekabr 2018-ci il tarixli, 21(103)-3151/18 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 21(103)-3151/18 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-3151/18 saylı qərardadından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)-1550/2019 saylı 15 may 2019-cu il tarixli qərarı ilə idd iaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-3151/18 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 21(103)-3151/18 saylı qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 13 sentyabr 2019-cu il tarixli, 2-1(102)-3036/19 saylı məktubla iddiaçıya məlumat verilmişdir ki, tərəfinizdən təqdim edilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, vəkilin orderi şikayətə əlavə olunmamışdır. 06 noyabr 2019-cu il tarixə saat 10:35dək qeyd olunan çatışmamazlıqları aradan qaldırmalıdır. Əks halda, Sizin şikayət üzrə kassasiya mümkün sayılmayacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanma lıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Hazırkı iş üzrə iddiaçı 06 noyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 3151/2018 saylı 26 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3036/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3036/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver