Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3037/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3037/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, K.Salmanzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı informasiya sorğusuna cavab verilməməs inin qanunsuz hesab edilməsi, informasiya sorğusuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1730/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xxxx 2018-ci il tarixdə elektron portalında dərc olunmuş Sumqayıtda şəhid ailəsinin mənzilini Qubadlı qaçqınları işğal ediblər» adı altında yazı ilə bağlı xxxx 2018-ci il tarixində cavabdehə sorğunun göndərild iyini, həmin sorğuda cavablandırılması üçün “yaranmış vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin hansı tədbirləri görəcək və şəhid ailəsinin hüquqlarının bərpa etmək üçün X1 ailəsinə mənzil veriləcəkmi” kimi sualların qoyulduğunu, iki aydan çox keçməsinə baxmayaraq, sorğuya cavab verilmədiyini, cavab vermək əvəzinə xxx 2018-ci il tarixli məktubla baxılması üçün Məhkəmə-Hüquq Şurasına göndərildiyini, informasiya sorğusuna qanunla müəyyən edilən qaydada və vaxtda cavabın verilmədiyini bildirərək, informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi, informasiya sorğusuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-577/2019 saylı qərardadı ilə idd ia mümkün sayılmamışdır (hakim – M.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1730/2019 saylı qərardadı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, ümumiyyətlə qərardad əsaslandırılmamış, cavabdeh inzibati orqanın informasiya sorğusuna cavab verməməsi və hər iki məhkəmənin də buna haqq qazandırması M.X1 Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan ictimai informasiyalara çatım hüququnun aşkar pozuntusuna yol verilməsi deməkdir, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının onun hansı hüquqlarını pozduğunu aydın və dəqiq şəkildə göstərmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1730/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, xxxx 2018-ci il tarixdə onun elektron portalında dərc olunmuş Sumqayıtda şəhid ailəsinin mənzilini Qubadlı qaçqınları işğal ediblər» adı altında yazı ilə bağlı xxxx 2018-ci il tarixində cavabdehə sorğu göndərilmiş, cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanmış xxxx 2018-ci il tarixli məktubunda qeyd edilən işə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən baxılaraq müvafiq qərarların qəbul edildiyi, Ali Məhkəmənin qərarına yenidən baxılması həmin məhkəmənin Plenumunun səlahiyyətlərinə aid olduğundan, qanunvericilikdə müəyyən edilmiş əsaslar olduğu təqdirdə əlavə kassasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciətin edildiyi bildirilmiş, cavabdehin xxxx 2019-cu il tarixli məktubunda isə ərizəçinin müraciətinin xxxx 2018-ci il tarixində Nazirlər Kabineti Aparatına daxil olması, həmin müraciətə «Ə 1012» daxilolma nömrəsinin verildiyi və «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinin tələbinə uyğun olaraq, həmin müraciətin xxxx 2018-ci il tarixli, ****** №-li göstərişlə aidiyyəti üzrə Məhkəmə Hüquq Şurasına göndərildiyi və bu barədə ərizəçiyə məlumat verildiyi göstərilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, sorğu edilən məsələ ilə əlaqədar cavabdeh onda mövcud olan məlumata əsaslanaraq iddiaçının nəzərinə çatdırmışdır ki, sorğu edilən məsələ ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu nəzərə alınaraq onun müraciəti baxılması üçün aidiyyəti orqana (MəhkəməHüquq Şurasına) göndərilmiş, cavabdeh ona ünvanlanmış müraciətdə göstərilən məsələlərin cavablandırılmasında səlahiyyətli olduğunu müəyyən etməmiş, sorğu edilən məsələnin həllinin onun subyektləri arasındakı məhkəmə mübahisəsinin və çıxarılmış qərarın icrasının nəticələrindən asılılığı dolayısı ilə iddiaçının diqqətinə çatdırılaraq, ətraflı cavablandırılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərmiş, beləliklə, iddiaçı tərəfindən sorğu edilən məsələlər üzrə cavabdehin informasiya sahibi olmasını təsdiq edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, bu baxımdan ona qarşı qaldırılan hazırkı iddianın əsaslandırılmış iddia kimi məhkəmə icraatına qəbul edilərək baxılması mümkün sayıla bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvaf iq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir. «Vətəndaşların müraciəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat veri r. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Apellyasiya Məhkəməsi iş üzrə düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunl a qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə də, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən sorğu edilən məsələlər üzrə cavabdehin informasiya sahibi olmasını təsdiq edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilmədiyini, bu baxımdan iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1730/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1730/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3037/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3037/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver