Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3038/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh-ə qarşı (üçüncü şəxs: Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi) iş üzrə (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3 və vəkili Vəkil, cavabdehin vəkili X5 iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh-ə qarşı (üçüncü şəxs: Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi) cavabdehin fəaliyyə tinin dayandırılması və məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun əmlakın satılması yolu ilə ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 21(103)-1075/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh-nin 01.01.2015-ci il tarixdən 01.10.2016-cı il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 18.300.12 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfində n cavabdehə borcun ödənilməsinə dair 30.10.2016-cı il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 11.11.2016-cı il tarixli sərəncam qoyulmuşdur. Daha sonra, 12.01.2017-ci il tarixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin 01.10.2016-cı il tarixə 18300.12 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2-1(82)2551/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh-nin 01.10.2016-cı il tarixə 18300.12 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2-1(103)-1375/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2-1(103)-1375/2018 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-403/2019 saylı 12.02.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018ci il tarixli, 2-1(103)-1375/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi qeydə alındığı ünvanı ünvan 1ən həmin MMC-yə göndərilən bildiriş və xəbərdarlıq MMC-yə çatmamışdır. Belə olan h alda, cavabdeh MMC-nin ünvanının dəqiqləşdirilməsi ilə əlaqədar yeni apellyasiya araşdırılmasına ehtiyac var. Bundan başqa, kassasiya şikayətində qeyd olunur ki, cavabdeh MMC, ona hesablanmış borc məbləği ilə razı olmamışdır və bu əsasla borcun olub-olmaması məsələsinin aydınlaşdırılması üçün müvafiq ekspertizanın təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Lakin həmin məhkəmə, MMC-nin vəsatətinə hər hansı münasibət göstərmədən, iddiaçı İdarə tərəfindən hesablanmış borcun düzgün olması barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 02.04.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzr ə Hüquqi şəxslərlə İş İdarəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 2551/2017 saylı qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadından iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kas sasiya şikayətinin dəlillərinə görə Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi isə həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmır. Bundan əlavə, “Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanu nunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublik ası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Eyni zamanda Vergi Məcəlləsinin 01.01.2019-cu il tarixindən qüvvəyə minmiş 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları,vergilərin ödənilməsi qaydaları(ödənilməsi mənbələri istisna olmaqla),vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri,vergi nəzarətinin forma və metodları,vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən(hərə kətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Kassator İPM-nin 90.1,91, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X7 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh-nin 01.01.2015 -ci il tarixdən 01.10.2016-cı il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 18.300.12 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə borcun ödənilməsinə dair 30.10.2016-cı il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 11.11.2016-cı il tarixli sərəncam qoyulmuşdur. Daha sonra, 12.01.2017-ci il tarixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdehə bildirilmişdi r.Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin 01.10.2016-cı il tarixə 18300.12 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir (“Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini n 2-ci hissəsi). Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1075/2019 saylı 02.04.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 ilə əvəz edilmişdir. Hazırkı iş üzrə iddia tələbi 01.10.2016-cı il tarixə 18300.12 manat məbləğində məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 01.01.2019-cu il tarixədək qüvvədə olan (iddia ərizəsi məhkəməyə təqdim edildiyi v axtda qüvvədə olan) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ var idi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanunla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzası ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən mə cburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sı ğorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesabların dan dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icra sı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində b orclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsi ndə nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulm asına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2019-cu il tarixədək, yəni iddia ərizəsinin verildiyi vaxt qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini 9-cu abzasında məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ) birmənalı şəkildə ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ qeyd olunmuş, lakin hazırda həmin müddəa ləğv olunmuş, Vergi Məcəlləs ində isə vergi orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ qeyd olunmamışdır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi 01.01.2019-cu il tarixdən Vergilər Nazirliyi müəyyən edilmişdir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də açıq-aşkar göründüyü kimi vergi orqanlarının da ümumi şəkildə əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsini tələb etmək imkanı nəzərdə tutulmamışdır. Belə ki, vergi orqanının hazırkı iddia ilə cavabdehdən dövlət sosial sığorta haqqı üzrə debitor borcunun ödənilməsi məqsədinə nail olmaq istəyirsə, bu halda qanunvericilik icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyətini vergi orqanına vermişdir. Digər tərəfdən vergi orqanı sığortaedənin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi məqsədinə nail olmaq olmaq istəyirsə, bu halda Vergi Məcəlləsinin 90.1-ci maddəsinin tələbinə əsasən sığortaedənin əmlakını siyahıya aldıqdan sonra 30 gün müddətində əgər borc üzrə öhdəlik yerinə yetirlməyibsə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kol legiyası bildirir ki, iddiaçı qanunvericiliyə əsasən sığortaedənin məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcunun ödənilməsi üçün icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi verə bilər və ya borcun cavabdehin əmlakı hesabına tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməsi üçün onun əmlakını siyahıya almalı və həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1,1.2,1.4,2.1,6.1,6.2, və 7 –ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdırki, mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun m ümkün olmasıdır(1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir(1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur(1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır(2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır(6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun(6.2). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəki nməyə dair iddia mümkün sayılır. Beləliklə,Ali Məhkəmənin X1 sadalanlara hüquqi qiymət verərək hesab edirki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edirki,iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-1(103)-1075/2019 saylı 04.06.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3038/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3038/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver