Məhkəmə qərarları › İş №2-1(102)-304/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-304/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-304/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “mənzillə təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-1(103)-2277/2019 nömrəli qərarından iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 23 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi icra hakimiyyəti tərəfindən mənzil tikintisinin aparılmadığını və sərəncamında boş mənzil fondunun olmadığını göstərilmişdir. İddiaçı 2019-cu il 12 mart tarixdə cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 7 nəfər ailə tərkibi ilə (özü, arvadı, iki oğlu, gəlini və iki nəvəsi) mənzillə təm in edilməsi barədə cavabdehlərin imtinalarının qanunsuz hesab edilərək ailə üzvlərinin say tərkibinə görə, ailəsinin hər biri 3 otaqdan ibarət olan iki mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılmalarını, Cavabdeh1 sərəncamına əsasən ailə tərkibi 7 nəfərdən ibarət olmaqla mənzillə təmin olunması öhdəliyinin Cavabdeh1nə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, daha sonra isə 1993-cü ildə Bakı Ali Hərbi X1 X3 bitirib, baş leytenant rütbəsində N saylı hərbi hissəyə həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilmişdir. Qazax, Ağstafa, Tovuz, Ağdam bölgələrində düşmənə qarşı döyüşlərdə iştirak etmiş və Qarabağ veteranıdır. 1993-cü il 4 dekabr tarixdə köçürülmə yolu ilə Milli Ordu sıralarından Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilmişdir. Bu zaman 4 nəfər ailə tərkibi ilə (özü, arvadı və iki oğlu) iki siyahı üzrə, həm “Qarabağ veteranı” kimi, həm də hərbi qulluqçuların ümumi siyahısı üzrə mənzil növbəsinə dayanmışdır ki, hər iki siyahı üzrə növbədə birinci olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu dövrdə nə mənzil, nə də ki, hər hansı torpaq sahəsi ilə təmin olunma mış və 2008-ci il 12 noyabr tarixdən “yaş həddi”nə görə, mayor rütbəsində Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Mənzillə təmin edilmədiyini və daimi yaşayış yerinin olmadığı üçün hazırda 7 nəfər ailə tərkibi ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Ehtiyata buraxıldıqdan sonra Cavabdeh1 başçısının 2009-cu il 3 aprel tarixli, 70 saylı Sərəncamı ilə yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və həmçinin güzəştli mənzil növbəsi siyahısına daxil edilməklə o, ilkin olaraq 4 nəfər ailə tərkibi ilə (özü, arvadı və iki oğlu) mənzil növbəsinə götürülmüşdür. Daha sonra, Cavabdeh1 başçısının 2013-cü il 17 noyabr tarixli 328 saylı, 2014-cü il 3 m ay tarixli 6-S38 saylı və 2016-cı il 9 dekabr tarixli Sərəncamları ilə ailə üzvlərinin say tərkibinin artdığını nəzərə almaqla, o, 7 nəfər ailə tərkibi ilə (özü, arvadı və iki oğlu, gəlini və iki nəvəsi) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahısında olmaqla, mənzil növbəsində hesab edilmişdir. Lakin ötən müddət ərzində Cavabdeh1nə, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq o, yaşayış sahəsi ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 11 iyul tarixli 2-1(81)-1734/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda cavabdehin boş yaşayış sahəsi olması təsdiqolunmadığından iddiaçının növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-1(103)-2277/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 17 oktyabr tarixdə t əqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 14 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fə rdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat v erərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM -in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbinə görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. İşin mübahisə olunmayan hallarına əsasən, iddiaçı 2008-ci il 12 oktyabr Azərbaycan Respublikası Silahı Qüvvələrində xidmət etmiş, ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibi ilə cavabdehin 70 saylı, 2009-cu il 3 aprel tarixli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmiş, sonradan cavabdehin 328 saylı, 2013-cü il 7 noyabr tarixli və 164 saylı, 2016-cı il 9 dekabr tarixli sərəncamlarına əsasən, iddiaçının ailəsinin say tərkibi artığı nəzər alınmış və o, 2013-cü il tarixdə 6 nəfər, 2016-cı il tarixdə isə 7 nəfər ailə tərkibi ilə mənzil növbəsində hesab edilmişdir. İddiaçı növbədənkənar yaşayış sahəsi ilə təmin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh 2019-cu il 23 yanvar tarixli məktubunda imtinasını belə əsaslandırmışdır ki, dövlət mənzil fondunda boş yaşayış sahəsi olmadığından, müraciətin müsbət həlli mümkün deyildir. Bununla belə, gələcəkdə sərəncamda boş mənzil fondu olarsa, mənzillə təmin olunmaq məsələsinə ilk növbədə baxıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcə llə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 2727 №-li Fərmanının 1.3-cü bəndinə əsasən, həmin Məcəllənin 56.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İddiaçı cavabdehin yuxarıda qeyd edilən sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülmüşdür. Lakin hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu növbədənkənar yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, müvafiq şərait yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən, həm də ilk növbədə baxılacağını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, m əhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-1(103)-2277/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar