Məhkəmə qərarları › İş №2-1(102)-304/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-304/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-304/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Hakimlər: Səyyad Kərimov-sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxslərBinəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1306/2021 nömrəli qərarından c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kirov (indiki Binəqədi) rayon X2 İcraiyyə Komitəsinin 27.09.1991-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X3 Binəqədi rayonu, 9A mikrorayonu, Mir Cəlal küçəsi, 45 saylı binanin həyətində müvəqqəti dəmir qarajın quraşdırılması üçün torpaq sahəsi icarəyə verilmişdir.

2. Həmin ərazidə dəmir qaraj quraşdırılmış və istifadədə olmuşdur. Qeyd edilən qaraj 09 aprel 2019-cu il tarixdə sökülmüşdür.

3. İddiaçı sökülmüş qaraja görə ona çatacaq kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh və onun tabeliyində olan qurumlar tərəfindən iddiaçıya ünvanlanmış müxtəlif tarixli məktublardan görünür ki, iddiaçının kompensasiya ilə bağlı mürac iətlərindən hər dəfə müxtəlif məzmunlu əsaslarla (sənədlərin təqdim edilməməsi, həyətin abadlaşdırılması zamanı abadlıq sahələrinə düşən tikililər üçün kompensasiya ödənilməsinin nəzərdə tutulmaması və s.) imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndəbirinci instansiya məhkəməsi) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Binəqədi Rayon İcra Hakimiyyətinin tanınmasını, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3-cü şəxs qismində cəlb edilməsini, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarı təqdim edilmədən qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon u, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində yerləşən 22 kv.m. sahəsi olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 33000 (iyirmi altı min səkkiz yüz) manat məbləğində maddi ziyanın əvəzinin 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki Binəqədi rayonu, 9A mikrorayonu, 45 saylı binanin həyətində mərhum atası X3 məxsus qaraj 09 aprel 2019-cu il tarixdə heç bir məhkəmə qərarı olmadan, heç bir mərkəzi və yerli icra hakimiyyəti orqanının inzibati aktı olmadan, kompensasiya ödənilmədən, xəbərdarlıq edilmədən gözlərinin önündə zorla, iradələri əleyhinə yerlə- yeksan edilmişdir. 28 ildir istifadələrində, bir sözlə mülkiyyətlərində olan qaraja bu cür qəsd edilməsinin onlara ve rdiyi mənəvi iztirabı sözlə izah etmək çox çətindir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlqar Süleymanovun, Mənzil- Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun və 7-ci Polis Bölməsinin polis əməkdaşlarının birbaşa iştirakı və göstərişləri ilə hüquqi dövlət olan Azərbaycan Respublikasının Qanunlarını tapdaladılar. Bu şəxslər sanki düşmən əmlakını məhv edirdilər. Qanunun aliliyi olan ölkədə bu şəxslər görəsən qorxmurlar ki, məhkəmələr xalqı əzməyə qoymayacaq. Əzilmiş, onun kimi vətəndaşların pozulmuş hüquqlarını bərpa edəcək. Onlara bu qanunsuzluqlara, mülkiyyətə qəsdlərə son qoyulmasını xahiş etdikdə, onlar heç bir xahişə məhəl qoymamışlar. Belə olan halda kompensasiya verilmədən onun kimi 20-yə yaxın insanın mülkiyyəti dağıdılmışdır. Bu qanunsuzluq lara, mülkiyyətin toxunulmaz olmasına dair Konstitusiyanın tələblərini tapdalayan əməkdaşların ciddi şəkildə cəzalandırılması və kompensasiya ödənilməsi ilə bağlı bütün aidiyyatı orqanlara şikayətlərinə heç bir müsbət cavab verilmədiyindən, məhkəməyə son ümid yeri kimi müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Hətta 28 iyun 2019-cu il tarixdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov müraciətinə cavab olaraq qeyd etmişdir ki, guya onun qarajı həyətin abadlaşdırılması ilə bağlı sökülmüşdür və qarajın söküntüsünə görə kompensasiya nəzərdə tutulmamışdır. Artıq inzibati orqan olan cavabdeh kompensasiya verilməyəcəyini bildirməkdən belə çəkinmir. Həmin qaraj mərhum atası X3 Kirov (indiki Binəqədi) rayon İcra Hakimiyyətinin 27 sentyabr 1991-ci il tarixli S ərəncamı və “Avtomobilist” kooperativinin qərarı ilə onların mülkiyyətinə verilmiş və 28 ildir onların mülkiyyətindədir. Ancaq bu gün qanunsuzluqlar nəticəsində onları həm maddi və həm də mənəvi sarsıntılara məruz qoydular. Qarajın qanunsuz söküldüyü 09 aprel 2019-cu il tarixdən hal-hazırkı vaxta qədər hər gün aidiyyatı orqanlara müvafiq şikayətlər yazılmış və rəsmi qəbullarda olmuşdur. 8 dəfə təkcə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı İlqar Süleymanovun müavini Elxan Allahverdiyev və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovun iştirakı ilə onları, yəni qarajı qanunsuz sökülənləri qəbul etsələr də, hər dəfə müxtəlif bəhanələrlə hazırkı vaxta qədər məsələni həll etməmişlər. Hər dəfə onlara guya sökülən qarajlarının yerində başqa yerdə qaraj üçün yer ayıracaqlarını və səbrli olacaqları halda kompensasiya verəcəklərini bildirərək və.sair vədlər verərək vaxtı uzatmışlar. Məqsəd onları qapılarda gözlətmək, süründürməçiliklə haqqlarından bezib əl çəkməklərinə nail olmaqdır. Amma nəzərə almırlar ki, həmin dəmir qarajlar İcra Hakimiyyətinin Sərəncamları ilə həmin ərazidə yerləşdirilib və bugün də həmin Sərəncamlar qüvvədədir və onlar hansı əsasla mülkiyyətə qəsd ediblər. Bu səbəbdən də, ona vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-3211/2019 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində kompe nsasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verilməklə yanaşı, bu hüquqa həm də “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.03.1952) 1-ci maddəsi ilə də təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Odur ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməl i, mənəvi zərərin vurulması hissəsində isə təsdiq olunmadığından rədd edilməlidir.

8. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

9. Həmçinin 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2- 1(103)-948/2020 saylı (hakimlər A.B.Nuriyeva-sədrlik edən və məruzəçi, V.M.Ağayev və V.Ə.Mursaqulov) qərarı ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-3211/2019 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi, iddiaçıya məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2-1(103)-948/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(102)-327/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli, 2- 1(103)-948/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

13. Kassasiya instansiyasının mövqeyinə görə ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində nəzəri olaraq tətbiq edilən yanaşmalar (metodlar) öz əksini tapsa da, hazırda mübahisələndirilən qaraja münasibətdə həmin metodlardan necə istifadə olunduğu və hansı amillər əsas götürülərək əmlakın bazar qiymətinin məhz 28600,0 manat məbləğində müəyyən edildiyi öz əksini tapmamışdır. Ekspert rəyində obyektin bərpa dəyərinin analoji obyektin qiymətinə əsasən müəyyən olunduğu, analoji obyekt kimi – qiymətləndirilən obyektə uyğun olan (eyni funksional təyinatlı, həcm-planlı və konstruktiv quruluşlu) eyni tipli obyektin nəzərdən keçirildiyi göstərilsə də, hazırda mübahisələndirilən qarajın qiymətləndirilməsi zamanı analoji obyekt kimi hansı obyektlərin əsas götürüldüyü ekspert rəyində öz əksini tapmamışdır. Bundan başqa, istifadə edilən yanaşmalardan biri kimi uyğun satışların müqayisəli yanaşması- sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusu qeyd olunsa da, yenə də hazırda mübahisələndirilən qaraja münasibətdə məhz hansı analoji qiymətləndirməyə istinad olunduğu qərarda əks olunmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2-1( 103)-1306/2021 saylı qərarı ilə cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(81)-3211/2019 saylı qərarı dəyişdirilmiş, İddiaçı məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 23.100 (iyirmi üç min yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı kifayət qədər əsaslandırılmamış ekspert rəyinə is tinad etdiyindən, qərar cavabdehdən tutulmalı olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, sökülmüş qarajın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 23.100 manat məbləğində kompensasiya tutulmalıdır.

16. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1306/2021 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı həmin qarajın Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər-hansı bir dəlil təqdim etməmiş və məhkəmə öz qərarını yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq qəb ul etmişdir. Rayon İcra Hakimiyyətinin rayonda keçirilən hər hansı bir mühüm tədbirdə iştirak etməsi hələ qarajın sökülməsinə dair göstərişin verilməsi demək deyildir. Yerli icra hakimiyyətlərinin əməkdaşları rayonun demək olar bütün mühüm tədbirlərində iştirak edirlər. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə iş üzrə cavabdeh qismində əsassız olaraq cəlb olunmuş Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri aparılmamışdır. İddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma bu barədə göstəriş verilməmişdir. Hazırkı iş üzrə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyi üçün məsuliyyət daşıya bilməz. İddiaçı, mülkiyyət hüquqlarının pozulmasını id dia etsə də, məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Kirov rayon XDS İK-nin 27.09.1991-ci il tarixli, 17/399 saylı qərarı ilə “Avtomobilist” Kooperativinin üzvlərinə müvəqqəti dəmir qarajların yerləşdirilməsinə icazə verilməsi barədə kooperativin protokolunu təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri, iddiaçı A.Səfıyevanm 17.01.2015-ci il tarixli Şəhadətnamə əsasında mərhum atası X1 qanunu vərəsə olmasını, dəmir qarajın sökülməsi nəticəsində iddiaçının hüquqlarının pozulmasını əsas götürərək iddia tələbini artıqlaması ilə təmin etmişdir. Belə olan halda, Kirov rayon XDS İK-nin 27.09.1991-ci il tarixli, 17/399 saylı qərarına və “Avtomobilist” kooperativinin Nizamnaməsinin 10-cu bəndinə əsasən, dəmir qaraj kooperat ivin mülkiyyəti hesab olunur və digər şəxslərə satıla, bağışlana və ya hansısa bir formada təqdim edilə bilməz. Nizamnamənin 4-cü bəndinə əsasən dəmir qarajın digər şəxslər tərəfindən istifadə olunmasına razılıq kooperativin üzvlərinin birgə yığıncağının qərarı əsasında verilə bilər. Nizamnamənin 7-ci bəndinə əsasən rəhmətə getmiş kooperativ üzvlərinin ailə üzvlərinin və vərəsələrinin istifadəsinə bir şərtlə keçə bilər ki, həmin şəxs kooperativ üzvlüyünə qəbul edilmiş olsun. Qeyd olunan hallardan göründüyü kimi, dəmir qaraj iddiaçının vərəsəlik payı sayıla bilməz və vərəsəlik predmetini təşkil etmir. Kassasiya şikayətinə qarşı etiraz

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbayca n Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə

71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 20. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərh ədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək və zifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəlləni n 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibk arlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materialların ı və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş ziyanın (maddi və mənəvi) ödən ilməsi ilə bağlıdır.

30. Bu qərarın 19-20-ci bəndlərində istinad olunan normalara görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

31. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

32. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

33. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xara kter daşıyır.

34. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

35. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəz i ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.

36. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna onun qanuni istifadəsində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı yuxarıda qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır.

37. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalara və qeyd olunan səbəblərə əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız sayılmalıdır. İddiaçı ona məxsus qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdır.

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və işin müəyyən olunmuş hallarına uyğun hesab edir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan apelyasiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda şərh olunanlara və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(103)-1306/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar