Məhkəmə qərarları › İş №2-1(102)-304/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-304/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-304/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X12, X18, X19, X22 və X23) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X12, X18, X19, X22 və X23) qarşı “X12, X18, X19, X22 və X13 adlarına verilmiş JN-448F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(107)-387/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi X12 və onun ailə üzvlərinin (X18, X19, X22, X24) mülkiyyətinə verilmiş və adlarına JN-448F kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır.

2. Mingəçe vir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli qərarına əsasən 0,10 ha həyətyanı torpaq sahəsi X9 və onun ailə üzvlərinin (X3, İddiaçı, X5, X14, X15, X16, X31) mülkiyyətinə verilmiş və adlarına JN-447F kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. 3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam, sahəsi 0,1590 ha olan torpaq sahəsinin 0,049 ha hissəsi üzərində iddiaçının, digər hissələr üzərində isə iddiaçının ailə üzvlərinin (X20, X14, X15, X16) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(051)-2195/2014 nömrəli qətnaməsi ilə X18 və cavabdeh X6 qarşı ”atası X4 mülkiyyə tində olan JN448F kod 90200002 seriyalı şəhadətnamə ilə ünvan 2-də yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. X1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(107)432/2015 nömrəli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq, zəbt olunmuş ünvan 2 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən, zəbt olunmuş 0,08 ha həyətyanı torpaq sahəsi cavab deh X14 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Həmin qətnamədən cavabdeh X14 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-2854/17 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı JN-448F KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubla imtina edərək bildirmişdir ki, şəhadətnamənin ləğv edilməsi və şəhadətnaməyə hər hansı dəyişiklik, düzəliş edilməsi idarənin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, JN-448F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 nömrəli qərarı ilə X2 qanuni istifadəsində 1589,0 kv.m torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0,10 ha hissəsinə iddiaçı da daxil olmaqla, ailə üzvlərinin adlarına JN 447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 589 kv.m torpaq sahəsi ilə bağlı hüquqlarının olması isə məhkəmə qaydasında müəyyən edilmiş, cavabdeh orqan həmin sahəyə iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydiyyatra almışdır. Hazırda iddiaçı ilə qonşuluqda yaşayan X22 iddiaçıya və onun ailə üzvlərinə qarşı çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi iddianı təmin etmədiyindən, apellyasiya şikayəti verilmişdir. Fərid Çələbiyev iddia edir ki, onun ailə üzvlərinə hər birində 0,08 ha torpaq sahəsi olmaqla JN-448A saylı və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Həmçinin bildirir ki, onlara verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 16 iyul 1996-cı ildə qüvvəyə minmiş “Torpaq islahatı haqqında” Qanunun tələblərin ə əsasən verilmişdir. Həmin qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN-448F saylı şəhadətnamə formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. İlkin torpaqayırma qərarı və cizgi mövcud deyildir. Buna baxmayaraq, həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adlarını iki dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla iki dəfə torpaq sahəsi vermişdir. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evinin olması qeyd olunmuş, JN-448F saylı şəhadətnamədə fərdi yaşayış evi göstərilməmişdir və həmin şəhadətnamənin koordinatları iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpaq sahəsinin sərhədləri hüdudlarında olmaqla, iddiaçı və onun ailə üzvlərinin hüquqlarını pozur.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçı (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi - 0,012 ha) və onun ailə üzvlərinin (9 nəfər ümumbirgə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisələndirilən iddia ilə bağlı X22 cavabdehlər X6, X7, X8, X25, İddiaçı, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv olunması” barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin 2(051)-1382/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: İ.H.Cabbarov) 28 oktyabr 2020-ci il tarixli 21(116)-237/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) 05 fevral 2021-ci il tarixli, 21(107)-67/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsind ə birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) 21 aprel 2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ə.T.Məcidov /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və A.A.Mahmudov) 07 iyul 2021-ci il tarixli, 21(107)-305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) birinc i instansiya məhkəməsində ikinci icraat

14. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 21 sentyabr 2021-ci il tarixli 2-1(116)-1212/2021 nömrəli qərardadı ilə X20, X14, X15, X16 və X31 üçüncü şəxs qismində inzibati məkhəmə icraatına cəlb edilmişlər.

15. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 02 avqust 2022-ci il tarixli 21(116)-181/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. e) apellyasiya instansiya məhkəməsində üçüncü icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 26 oktyabr 2022-ci il tarixli, 21(107)-312/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci in stansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ə) birinci instansiya məhkəməsində üçüncü icraat

18. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) 04 aprel 2023-cü il tarixli 21(116)-600/2023 nömrəli qərardadı ilə X11, X22 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

19. İşin məhkəmə araşdırması zamanı: 19.1. X17 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışı ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən, 11 yanvar 1988-ci il tarixli 01 nömrəli qərarında X4 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393,5 kv.m qeyd edilib). 19.2. Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 nömrəli sərəncamı Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən o zaman yaradılan Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrinin müəyyənləşdirilməsi, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil verilməsi məqsədilə komissiyanın yaradılması haqqındadır. Həmin sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmişdir. Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. 19.3. X17 Filialı nın xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən, 11 yanvar 1988-ci il tarixli 01 nömrəli qərarda X2 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1589 kv.m qeyd edilib). 19.4. “Mingəçevir şəhər ərazisindəki bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 nömrəli sərəncamından görünür ki, müvafiq sərəncamla 2 məsələ həll edilmişdir - Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən, Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil vermək məqsədilə ko missiyanın yaradılması (1-ci məsələ) və torpaq qanunvericiliyinə uyğun olaraq Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, həmin torpaq sahələrinin komissiya tərəfindən hazırlanmış yerquruluşu sənədləri ilə birlikdə Mingəçevir bələdiyyəsinə verilməsinin təmin edilməsi və təhvil-təslim aktı ilə rəsmiləşdirilməsinin komissiyaya tapşırılması (2-ci məsələ).

20. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) 30 aprel 2024-cü il tarixli 21(116)-47/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin əsası mübahisələndirilən şəhadətnamənin düzgün tərtib edilməməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya əsasən, Mingəçevir şəhərində vətəndaşların xüsusi mü lkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-479/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, X12 və ailə üzvlərinin adı subyektlər siyahısında qeyd edilmiş və qanuni istifadələrində 0,166 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Mübahisələndirilən şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamına əsasən subyektlər siyahısına uyğun tərtib edilmişdir. Məhkəmə tərəfindən mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 ma y 2000-ci il tarixli 199 nömrəli sərəncamı sorğu edilərək əldə olunmuş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edib-etməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. Mingəçevir şəhər İHB-nin xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN-448F kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı əsasında tərtib edilmişdir. Odur ki, JN-448F kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamına əsasən tərtib edildiyindən, həmin sərəncam mübahisələndirilmədən onun əsasında verilmiş şəhadətnamə də ləğv edilə bilməz. Bu baxımdan, cavabdehin imtinası əsaslı olmuşdur.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. f) apellyasiya instansiya məhkəməsində dördüncü icraat

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, Ə.V.Kərimov və E.B.İsayev) 20 avqust 2024-cü il tarixli, 21(107)-387/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a) kassasiya şikayətinin dəlilləri:

26. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə kollegiyası torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamına uyğun tərtib olunmadığını aşkar etsə də, israrla iddiaçının həmin sərəncamı mübahisələndirmədiyini göstərmişdir. Halbuki, həmin sərəncamın heç bir bəndində üçüncü şəxslərin adlarına iki torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsi barədə göstəriş yoxdur. Məhkəmə həmin halın tam və hərtərəfli araşdırılmasını təmin etmək üçün qeyd olunan subyektlər Siyahısını tələb etsə də, həmin sənədlərin hüquqi mahiyyətinə varmamışdır. Məhz subyektlər siyahısına dair Cədvəldən görünür ki, üçüncü şəxslərin heç bir vaxt ayrı- a yrı koordinatları olan iki yerdə torpaq sahələri olmamışdır. İş materiallarına əlavə edilmiş X17 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən, 11 yanvar 1988-ci il tarixli 01 nömrəli qərarında X4 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393,5 kv.m qeyd edilib). Belə olduğu halda, məhkəmə kollegiyası necə müəyyən edə bilərdi ki, üçüncü şəxslərin adlarına iki ədəd eyni şəxslər üçün hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hər ikisi qanunidir.

27. Məhkəmənin qeyd etdiyi və mübahisələndirdiyi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 nömrəli qərarı və onların həyətinə aid olan 168 inventar nömrəli texniki pasport ləğv edilməmiş və m übahisələndirilməmişdir. Əksinə, həmin sənədlər əsasında qanuni istifadələrində olan 1589 kv.m torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmış və adlarına mülkiyyət hüququna dair çıxarış verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların q anuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 21.... Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.... 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiy yatı öz hüquqi qüvvəsini saxlayır.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Bənd

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Resp ublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsə bələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yeni dən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpa q sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar....

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mü bahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi JN-448F KOD 90200002 nöm rəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlanması üçün hüquqi əsas Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı olmuş və sərəncam hazırkı vaxtda mübahisələndirilməməklə, dəyişdirilməmiş, ləğv edilməmişdir və qüvvədədir.

39. Qeyd edilməlidir ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

40. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan dig ər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

41. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər nəzərə alındıqda görünür ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli, 199 nömrəli sərəncamı mübahisələndirilməmişdir.

42. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının “sərəncamın heç bir bəndində üçüncü şəxslərin adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsi göstərişinin olmaması” ilə kassasiya dəlilinə münasibətdə qeyd edir ki, i şin aşağı instansiyası məhkəmələri tərəfindən araşdırması zamanı mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı sorğu edilərək əldə edilmiş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edib-etməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən Sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixl i, 2-1(107)-387/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar