Məhkəmə qərarları › İş №2-1(102)-3040/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3040/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3040/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 2-1(103)-2984/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 2022-ci il 11 avqust tarixli **********007400 saylı çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X2r.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2020 saylı 2020-ci il 15 yanvar tarixli qətnaməsi ilə "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli, e-2-2(113)-7193/2022 saylı qətnaməsilə yeni qanuni təmsilçi X1 ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı” və ya “A.Abbasov”) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə(bundan sonra-“Dövlət Vergi Xidməti”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə "xxxx" MMC-nin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC–nin vergi borcu mövcuddur. Bu səbəbdən, MMC-nin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçü n məhkəməyə müraciət edilmişdir. Müraciət vaxtı MMC–nin qanuni təmsilçisi o, olduğuna və "xxxx" MMC-nin vergi borcuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 15 yanvar tarixli qətnaməsilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonra "xxxx" MMC-nin qanuni təmsilçisi dəyişmiş, qanuni təmsilçi X3 olmuşdur. Buna görə də, "xxxx" MMC -nin vergi borcuna görə Vergi Xidmətinin növbəti müraciəti əsasında yeni qanuni təmsilçi X1 ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli, e-2-2(113)-7193/2022 saylı qətnaməsilə məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, onun ölkədən getməyinə qoyulmuş məhdudiyyəti götürməsi üçün Dövlət Vergi Xidmətinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə olduqda isə iddiaçının qeyd edilən MMC-nin icra orqanın rəhbərliyindən çıxmağı nəzərə alınaraq, dərhal onun ölkədən getmək hüququnun məhdudlaşdırmasının götürülməsi barədə qərar qəbul edilməli idi. Belə ki, 2 şəxsin 1 rəhbər vəzifəyə görə hüquqlarının məhdudlaşdırılması qanunvericilik baxımından hüquqların kobud pozuntusu hesab edilməlidir.

6. İddiaçı məhkəmənin elektron kabineti vasitəsi ilə məhkəməyə vəsatət verərək cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Xidmətin X4 Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 2023-cü il 19 may tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi (bundan sonra-“cavabdeh”) ilə əvəz edilmişdir.

7. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə 2023-cü il 3 aprel tarixli “Məlumatın təqdim e dilməsi barədə” məktub göndərmişdir.Həmin məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin 2023-cü il 3 aprel tarixinə şəxsi vərəqə üzrə ümumilikdə 49.229,35 manat, o cümlədən vergilər üzrə 22.940,60 manat, faiz üzrə 8.295,49 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 10.655,61 manat, penya üzrə 7.337,65 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. Vergi borcunun vaxtında ödəməyinə görə Baş İdarə tərəfindən "xxxx" MMC-nin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı İnzibati Məhkəməsinə 2022-ci il 30 noyabr tarixli **********048600 saylı məktubla müraciət edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim-B.Cəlalov) 2023-cü il 31 may tarixli, e-2-1(112)7561/2023 saylı qə rarı ilə iddia təmin edilmiş, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalı, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır.Baxılan işdə iddiaçının hazırda vergi ödəyicisi olan MMC-nin əvvəlki qanuni təmsilçisi olması, hazırda MMCnin qanuni təmsilçinin dəyişməsi müəyyən edilmişdir.

10. Digər tərəfdən vergi orqanı tərəfindən dövlət büdcəsinə vergi borcu olan hüquqi şəxsin nəinki əvvəlki qanuni təmsilçisi olan iddiaçı, hazırkı qanuni tə msilçisi olan X3 barəsində də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi məktubla da öz təsdiqini tapır.

11. Hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur.

12. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur.Hazırki işdə isə iddiaçı artıq hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından MMC-nin borcunun ödənilməsinin təminatı kimi onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası aradan qalxmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər-R.Səmədov/ sədrlik edən, X.Cəmilova və A.Oruczadə) 2023-cü il 3 oktyabr tarixli, 2-1(103)-2984/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 31 may tarixli, e-2-1(112)-7561/2023 nöm rəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam razılaşmış və qərarını birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: “Maddə 28.Azadlıq hüququ... İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər....”

20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: “Maddə

23. Vergi orqanlarının hüquqları... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ö lkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;...” “Maddə

24. Vergi orqanlarının vəzifələri... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək....” 21. “İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər....” KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İddiaçı hazırkı tələbində onun MMC-nin borcuna görə ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin ara dan qaldırılmasını xahiş etmişdir.

28. Baxılan işdə iddiaçının vergi ödəyicisi olan MMC-nin əvvəlki qanuni təmsilçisi olması, hazırda MMC-nin qanuni təmsilçisinin dəyişməsi müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi orqanlarının hüquq və vəzifələri bir başa Vergi Məcəlləsinin 23 və 24-cü maddələrində təsbit olunmuşdur. Ancaq işdən görünür ki, cavabdeh hüquqlarından istifadə etmiş, lakin vəzifələrini yerinə yetirməmişdir.Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır.

30. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir.

31. Vergi orqanı tərəfindən hüquqi şəxsin əvvəlki və indiki rəhbərinin ölkədən çıxışına qadağan qoyulması məqsədilə məhkəməyə müraciət olunmuşdur. Bu hal cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubla da öz təsdiqini tapır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi orqanının həm əvvəlki həm də, hazırkı rəhbərə qarşı iddia qaldırmasına maneə olan hər hansı sədd qanunda müəyyən edilməmişdir.Əksinə Vergi orqanı 23.1.15-3-cü maddədə göstərilən hüququndan istifadə etmişdir.

33. Buna baxmayaraq Vergi orqanının Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüqu qundan istifadə etməsi, lakin 24-cü maddədə göstərilən vəzifələrini yerinə yetirməməsi bir başa iddiaçının konstitutsion hüququnu pozmuşdur.

34. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

35. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir.

37. KMP-nin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür.

38. Kollegiya bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMCnin direktoru vəzifəsindən azad edilmişdir.Bu hallar da məhz cavabdehə məlum olmuşdur.Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC -nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir.Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, vergi orqanının strukturunda aparılmış bir sıra dəyişikliklərlə bağlı birinci və apellyasiya məhkəməsi icraatı dövründə məlum olmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsi və məhd udiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, bu barədə qərarın vergi ödəyicisinə göndərilməsini təmin etmək vəzifə olaraq Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə aid edilmişdir.

40. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

41. Lakin işdən görünür ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cav abdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da cavabdehin konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur.

42. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır.

43. Sonda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi iddiaçının icra orqanının rəhbərinin olması halı hazırki işdə müəyyən edilməmişdir.

44. Yuxarıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 2-1(103)2984/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar