Məhkəmə qərarları › İş №2-1(102)-3042/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3042/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3042/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil aldığı və işlədiyi müddət sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “ əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2800/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1977-xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil almışdır.

2. İddiaçının xx.xx.1982-ci il tarixli, АТ-İİİ ******* nömrəli əmək kitabçasında həmçinin onun Rusiya Sovet Federativ Sosialist Respublikasında və Rusiya Federasiyasında xx.xx.1985-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK- da işləməsinə dair qeydlər vardır.

3. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.1977-xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı, həmçinin əmək kitabçasına əsasən Rusiya Federasiyasında xx.xx.1992-xx.xx.1992-ci illərdə Volqoqrad “Orqxim”də və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-də işlədiyi dövrlər cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

5. İddiaçı həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin qanunvericilikdə n əzərdə tutulmadığı, nəzərə alınmayan iş stajı dövrlərinə münasibətdə isə iddiaçının xx.xx.1992-ci il tarixdən sonra Rusiya Federasiyasında işlədiyi əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı, xx.xx.1992xx.xx.1992-ci illərdə Rusiya Volqoqradda “Orqxim”də və xx.xx.1995-xx.xx.2001-ci illərdə Rusiya Verxnedon RMSK-də işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun əmək stajı düzgün hesablanmamışdır. Belə ki, pensiya təyin olunan zaman iddiaçıya hesablanmayan əmək stajı dövrləri aşağıdakılardan ibarətdir ki, xx.xx.1977-xx.xx.1982 illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddət (Bu haqda Bakı Dövlət Universitetindən xx.xx.2021 tarixli, 01-TF/201 nömrəli arxiv arayışı var), xx.xx.1992-xx.xx.1992-ci illərdə Rusiya Volqoqrad “Orqxim”də və xx.xx.1995-xx.xx.2001-ci illərdə Rusiya Verxnedon RMSK-də işlədiyi müddətlər (bu stajlar əmək kitabçasında əks olunmuşdur.).

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, əmək pensiyasının yenidən hesablanmasından sonra iddiaçı nın 26 il 9 ay 19 gün sosial sığorta stajı nəzərə alınaraq təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 325,68 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyası yenidən hesablanarkən 2348,33 manat əskik vermə müəyyən edilmiş və hər ay pensiya məbləğinin üzərinə əlavə edilərək ödənilir. Qanunvericiliyə əsasən təhsil müddəti əmək stajına daxil edilmir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlər nəzərə alınmaqla, iddianın rədd edilməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 02 may 2023-cü il tarixli, 2-1(112)-4412/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1977-xx.xx.1982-ci illərdə kimyaçı ixt isası üzrə əyani ali təhsil aldığı müddət, “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində işlədiyi müddətin nəzərə alınmamış xx.xx.1992xx.xx.1992-ci illərdə olan hissəsi və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ali təhsili əyani olaraq aldığı, eləcə də vaxtilə Rusiya SFSR-də fəaliyyət göstərmiş müəssisələrdə işlədiyi müəyyən olunur, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, arxi v sənədlərinin olmaması və ya faktiki və arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsini istisna edə bilməz. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair cavabdehin dəlili əsassızdır

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2800/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtina məktubunun, iddiaya qarşı etirazının və ap ellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə qüvvədə olan redaksiyada) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına ma lik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələ rdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada ida rə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halla rı ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşd ırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.... Maddə

46. Sübutların təqdim edilməsi və tələb olunması... 46.3. Maraqlı şəxsdən işdə olan sənəd in məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 22. 08 iyul 2022-ci il tarixli, 579-VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 26aprel 2022-ci il tarixli Müqavilə Maddə

9. Pensiya hüququnun müəyyən edilməsi...

2. Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını Azərbaycan Respublikası üçün) nəzərə alırlar.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya ş ikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.1977-xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı, həmçinin Rusiya Federasiyasında xx.xx.1992-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-də işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaş a görə əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablan masından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati o rqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzi bati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

35. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1977-xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil almış, həmçinin əmək kitabçasına əsasən, Rusiya Federasiyasında xx.xx.1992-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat i darəsində və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-də işləmişdir. Həmin dövrlər iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

36. İddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, bu qərarın 18-ci bəndində qeyd edilən xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir.

37. Məhkəmə kollegi yası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş və həmin tarixdən sonrakı münasibətlərə şamil olunur. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı qeyd edilən tarixdən əvvəl ali təhsil almışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilməlidir. Həmin Qanuna əsasən ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.

38. Həmçinin iddiaçının əmək kitabçasında qeyd olunan onun Rusiya Federasiyasında xx.xx.1992-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində və xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-də işlədiyi dövrləri nəzərə almamasına rəğ mən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını onun həmin dövrlərlə bağlı stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişlər.

39. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mö vcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı.

40. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi möv qeyindən də görünür ki, iddiaçının sözügedən müəssisələrdə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

41. Bundan başqa, qeyd edilməlidir ki, əmək kitabçasına əsasən, iddiaçı mübahisələndirilən dövrlərdə Rusiya Federasiyasında işləmişdir. 08 iyul 2022-ci il tarixli, 579-VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 26 aprel 2022-ci il tarixli Müqavilənin 9-cu maddəsinə əsasən Razılığa gələn Tərəflər pensiya hüquq unun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2800/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar