Məhkəmə qərarları › İş №2-1(102)-3042/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3042/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3042/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: diaqnozun səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi; travmanın hərbi xidmət dövründə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı ““Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqno zunun səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2093/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 2. 181 saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 1121 saylı travma haqqında arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü əsgər İddiaçı xx.xx.2020-ci ildə deməsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “Burun sümüklərinin posttravmatik sınığı, deformasiyas ı.” xəsarətini almışdır. Xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır. 3. xx.xx.2021-ci il tarixli 11957 saylı xəstəlik haqqında şəhadətnamə qeyd edilir ki, iddiaçının anamnestik məlumatlarından aydın olur ki, irsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb, ilkin inkişafı adi olub, orta təhsillidir, subaydır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən "Burun sümüklərinin posttravmatik sınığı, deformasiyası” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixli 1121 nömrəli travma haqqında arayış). Aldığı xəsarətdən sonra müalicə olunmamışdır. Hərbi hissədən təqdim edilən aktdan aydın olur ki, tibb məntəqəsində dinamik nəzarətdə olarkən davranışlarında pozulmalar olmuşdur. xx.xx.2021 - xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Keçirilmiş psixotik vəziyyətdən sonrakı astenik sindrom” diaqnozu ilə stasionar müalicə almışdır (əsas: 2054/21 nömrəli epikriz). Hüquq İdarəsinin Təhqiqat şöbəsinin rəisi tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, psixiatrı ilə konsultasiya olunmuşdur. xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Şəhadətnaməyə əsasən, iddiaçının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz. Hər iki gözün miopik astiqmatizmi Em və M 0,50D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalm ası, korreksiya ilə 1,0 olmaqla. Retroserebellar araxnoidal kista.” - Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, “Partlayış travması (xx.xx.2020), burun sümüklərinin bitişməkdə olan sınığı, burun tənəffüsünü cüzi dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozunun səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur, müharibə veteranıdır. Müharibə zamanı aldığı travmalar nəticəsində ona kəskin şizofreniyaya bənzər psixotik pozğunluq, asteniya ilə nəticələnmiş şizofrenabənzər psixoz, Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq diaqnozu qoyulmuş, bununla bağlı ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Əlil lik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu da əlillik haqqında arayışla təsdiq olunur. Bundan başqa, 11957 saylı xəstəlik haqqında şəhadətnamə ilə də travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Hazırda həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Buna baxmayaraq, hansı səbəbdən olduğunu bilməsə də, ona əlillik mülki şəxs kimi təyin olunmuşdur. Əlillik təyinatında qazilərlə mülki şəxslərin fərqləndirilməsi diaqnoza görə aparılmır, əlilliyin səbəbinə görə aparılır.

7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, 2020-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətlə ndirilmiş və onda təyin olunmuş “Asteniya ilə nəticələnmiş şizofrenebenzer psixoz. Hər iki miopik astiqmatizmi Em və M 0,50D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Retroserebellar araxnoidal kista” diaqnozu ilə olan xəstəliklərin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, “Partlayış travması (xx.xx.2020), burun sümüklərinin bitişməkdə olan sınığı, burun tənəffüsünü cüzi dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi” diaqnozu ilə olan travmanın səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır” kimi təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər c ədvəli"nin 15 maddəsinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmışdır. “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu ilə olan xəstəlik kəskin xəstəlikdir, yəni bir neçə saatdan bir neçə günə kimi inkişaf edib yarana bilər. Həmin halda xəstə özündə olmur, davranışlarını bilmir. Hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1333 nömrəli aktdan görünür ki, İddiaçı davranışında pozuntular 2021-ci ilin mart ayında baş vermişdir. Müharibə isə 2020-ci ilin noyabrın 10-da başa çatmışdır. Hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən də məlum olur ki, İddiaçı 2021-ci ilin mart ayınadək normal xidmət etmişdir. Həmçinin, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən, İddiaçı SQ Baş psixi atrının konsultasiyasında olmuş və ona “Psixi sağlam” diaqnozu qoyulmuşdur. Beləliklə, İddiaçı “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu ilə olan xəstəlik müharibədən 3 ay sonra yaranmışdır. Bu səbəbdən də həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi düzgün olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir.

8. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X1" publik hüquqi şəxsinin ekspertləri tərəfindən iddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2653 saylı ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən, anamnezində keçirilmiş “Kəskin şizofreniyaya bənzər psixo tik pozğunluq. Asteniya ilə nəticələnmiş şizofrenabənzər psixoz” qeyd edilmişdir. Bunu mülki iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İddiaçı hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Şizofrenəbənzər pozuntu etiologiyasına görə üzvi mənşəli deyil, belə ki, partlayış travması nəticəsində yarana bilməz. Bu pozuntunun yaranması kəskin stresslə əlaqəli olsa da, müddətinə görə 1-2 həftə əvvəl baş vermiş stress nəzərdə tutulur. Təqdim edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək staisonar müalicədə olmuş və həmin dövrdə onda “Keçirilmiş psixotik vəziyyətdən sonrakı astenik sindrom” diaqnozu qeyd edilmişdir. İddiaçı müşahidə olunan “Kəskin şizofre nəbənzər pozuntu” gedişinə görə kəskin başladığı üçün xəstəliyin iki həftə və daha az müddətə təzahür olunması nəzərdə tutulur. Tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olmuş və həmin dövrdə onda “Keçirilmiş psixotik vəziyyətdən sonrakı astenik sindrom” diaqnozu qeyd edilmişdir. Təqdim edilmiş tibbi sənədlərə əsasən, medikamentoz müalicə nəticəsində həmin pozuntu sağalma ilə nəticələnmiş və “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu qeyd edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 18 dekabr 2023-cü il tarixli 21(112)-5798/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekpsert rəyi ilə iddiaçıya qoyulmuş “Kəskin şizofr enəbənzər pozuntu” diaqnozunun partlayış travması nəticəsində yaranmasının mümkünsüz olması bildirilmiş, həmçinin, iddiaçıya bu diaqnozun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı stasionar müalicə zamanı qoyulması, xəstəlik kəskin başladığı üçün xəstəliyin iki həftə və daha az müddətə təzahür olunması müəyyən edilmişdir. Deməli, həmin xəstəliyin iddiaçının xx.xx.2020-ci il tarixdə aldığı travma nəticəsində yaranması ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Rəydə o da qeyd edilmişdir ki, zahirən bir qədər gərgindir, düşüncəsi aydındır, bələdliyi öz şəxsiyyətinə, zamana və məkana görə saxlanılıb. Söz ünsiyyətinə əsəbi şəkildə daxil olur. Verilən sualları əvvəlcə əsəbi və xəstə olduğunu deyərək cavablandırmaq istəmir, sonra sualları yenidən təkrar etdikdə mahiyyətinə uyğu n şəkildə cavablandırır. Davranışında nümayişkarlıq elementləri və simulyativ davranış qeyd edilir. Nitqi və təfəkkürü ardıcıldır. Mühakimələri kifayət qədər məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Əhvaliruhiyyə fonu sabitdir. İntellektual-mnestik pozuntular aşkar edilmir. Təsəvvür və bilik ehtiyatı yaşayış tərzinə, aldığı təhsilə uyğundur. Ona müraciəti ilə bağlı soruşduqda aşağıdakıları deyir: “Mən müharibədə yaralanmışam, kəllə beyin travması almışam, stress keçirmişəm. Döyüşlərdən sonra xəstələnmişəm, amma mənim xəstəliyimin hərbi travma olduğunu qeyd etməyiblər”. Yoxlanılan şəxs ekspertizaya göndərilməsi məqsədini düzgün başa düşür. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibəti s axlanılıb. Beləliklə, qeyd olunanlara əsasən, iddiaçının hazırda əlillik təyin edilməsinə əsas olan xəstəliyinin - “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq. Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz. Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” diaqnozunun xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən aldığı sübuta yetirilmədiyindən, xəstəliyinin (travmanın) səbəb əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar”dan “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”a dəyişdirilməsi mümkünsüzdür.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 20 iyun 2024-cü il tarixli, 21(103)-2093/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, qazi olmasın ı təsdiq edən tibbi sənədlər, İkinci Qarabağ müharibəsində iştirakı, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması nəzərə alınmamışdır. Müharibədən öncə səhhətində heç bir problem olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətk eçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,... və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yarar lılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim uçuş komissiyaları) yaradılır. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların;... ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərini n, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi;... 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.... Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya ba rələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir».... a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə ed ərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrl ərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.... ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhad ətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadə tləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.... 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dö vründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərə findən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş “Kəskin şizofrenəbənzər pozuntu” diaqnozunun partlayış travması nəticəs ində yaranmasının mümkünsüz olması ekspert rəyinə əsasən öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçı tələbində haqlı deyildir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, iddiaçının qazi olması, İkinci Qarabağ müharibəsində iştirakı, bir neçə medallarla təltif olunması ona qoyulmuş diaqnozun məhz, partlayış travması nəticəsində yaranmasını təsdiq etmir.

26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2 1(103)-2093/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar