Məhkəmə qərarları › İş №2-1(102)-3047/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3047/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3047/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğv edilməsi; polis əməkdaşının işə bərpa edilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI 1.

2. Cavabdeh ## #### 2023-cü il tarixli, *-**-**/ƏCŞ/hƏ**/**** nömrəli əmrindən görünür ki, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri R İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyinə görə) ## #### 2023-cü il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əsas kimi ## #### 2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmr göstərilmişdir.

3. Masallı RPŞ-nin TQ-nin kiçik inspektoru A.Diniyevin ##.##.2023-cü il tarixli raportundan məlum olur ki, aparılmış xidməti təhqiqat nəticəsində şöbənin PPXB-nin polis nəfəri, R İddiaçı ##.##.2023-cü il tarixdə, saat 23:05-də xidmətdən sonra istirahətdə olduğu vaxt Masallı rayon ərazisində olan “Lanur” şadlıq sarayında toy məclisində iştirak edərkən, əmisi oğlu X2 olduğundan onunla mübahisə etdiyi üçün sonuncunu vuraraq özündən uzaqlaşdırmaq istəmiş, digər tanımadığı şəxslər tərəfindən aralarında yaranan dava-dalaşın dayandırılmasından sonra oradan uzaqlaşmışdır. Ş.Zeynalov polis əməkdaşı olaraq araşdırma zamanı qeyri-səmimilik göstərməklə xidmətdə və xidmətdən kənar vaxtlarda daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik normalara ciddi əməl etməli, başqalarını hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarını müdafiə etməli olduğu halda qeyd olunanlara riayət etmədiyindən, onun müəyyən hərəkətlərinə ictimai təsir və müvafiq intizam tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması şöbənin sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirəyə çıxarılmış və DIO-da xidmətdən xaric olunması barədə qərar qəbul edilmişdir.

4. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Ictimai Təhlükəsizlik Idarəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, DINnin Baş Mühafizə Idarəsinin Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, R vəzifəsində işləyən X2 müraciətinə əsasən aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, baş vermiş hadisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Eyni zamanda, ##.##.1980-ci il təvəllüdlü, Masallı rayonu Qədirli kəndində yaşayan X1 ##.##.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, əmisi oğlu Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, R vəzifəsində işləyən X2 tərəfindən ##.##.2023-cü il tarixdə Masallı rayonu Qədirli kəndində döyülərək xəsarət almasını göstərmişdir. Bundan başqa, Masallı RPŞ-nin PPXB-də polis nəfəri, R vəzifəsində işləyən İddiaçı anası X9 ##.##.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, qaynı oğlu Masallı RPŞ-nin PPXB-də polis nəfəri, R vəzifəsində işləyən X4 tərəfindən döyülərək yüngül dərəcəli bədən xəsarəti almasını göstərmişdir. Daxil olmuş müraciət üzrə toplanmış materiallar ##.##.2023-cü il tarixdə Masallı rayon prokurorluğuna göndərilmişdir. Toplanmış material rayon prokurorluğunda araşdırılmış, araşdırma zamanı X11 Zeynalov tərəfindən döyülməsi faktı təsdiqini tapmadığından ##.##.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, X1 ##.##.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, əmisi X5 onu qızı Təranə Zeynalovanı döyməsini göstərsə də, aparılmış araşdırma zamanı sonuncunun döyülməsi faktı təsdiqini tapmadığından material üzrə ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında profilaktik söhbətlərin aparılması üçün qərarın surəti RPŞ-nin ITB-yə göndərilmişdir. Həmçinin, X5 ##.##.2023-cü il tarixdə DIN-in 102 xidmətinə zəng edərək, “X1 onun payıbəlli torpaq sahəsinə girib öldürürlər” deməsi barədə verdiyi məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı fakt təsdiqini tapmadığından ##.##.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərlə bağlı tərəflər dəfələrlə RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilərək onlarla izahedici söhbətlərin aparılmasına baxmayaraq, polisin adına və nüfuzuna xələl gətirən hərəkətlər etməyə davam etmişlər. Təhqiqat bölməsində aparılan araşdırma üzrə Masallı RPŞ-nin PPXB-də polis nəfəri, R vəzifəsində işləyən İddiaçı baş vermiş hadisə zamanı etik davranış qaydalarını pozub-pozmaması barədə yazılmış raport əsasında RPŞ-nin rəis köməkçisi tərəfindən xidməti araşdırma aparılır.

5. Masallı rayon prokurorluğunun ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, Masallı Rayonlarası Mühafizə Şöbəsinin polis nəfəri X2 və Masallı RPŞ-nin PPXT-nin polis nəfəri İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, X2 və İddiaçı əməlində Azərbaycan Respublikası IXM-in 157-ci maddəsinin tərkib əlamətləri olsa da, qarşılıqlı şəkildə barışdıqlarına görə həmin Məcəllənin 39.1-ci və 53.1.9-cu maddələrinə əsasən onların barəsində inzibati xəta haqqında iş üzrə icaatın başlanmasından imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 6.

7. Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2016-ci il tarixdən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Cavabdeh polis nəfəri kimi işləyir. Xidmət etdiyi vaxtlarda Azərbaycan Respublikasının qanunlarına riayət etmiş və rəhbərliyin qanun çərçivəsində verdiyi bütün göstərişləri layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, guya, “Daxili işlər orqanları əməkdaşlarının adına ləkə gətirən hərəkətlər etdiyinə görə” ##.##.2023-cü il tarixli əmrlə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Işdən azad olunmağı barədə göstərilən səbəb yalan və böhtandır. O, Azərbaycan polisinin adına ləkə gətirəcək heç bir hərəkət etməmişdir.

8. Iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

9. Şirvan Inzibati Məhkəməsinin (hakim: P.T.Qurbanova) ## ###### 2024-cü il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi halı müəyyən edildiyi üçün, xidmətdən xaric edilməsinə dair qəbul edilmiş ##.##.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) **/**** nömrəli əmr qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Polis əməkdaşı nəinki xidmət zamanı, həmçinin xidmətdən kənar vaxtda belə polis nəfərinin adına ləkə gətirən hərəkət etməməlidir, statusunu daim uca tutmalıdır. Respublikada asayişin qorunmasına polis əməkdaşları nəzarət edir. Bu xidməti borcunu nəzərə alaraq iddiaçının özünün asayişi pozması, dava-dalaş salması onun vəzifəsi və tutduğu mövqe ilə bir araya sığan hərəkət hesab edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqanın gəldiyi nəticə, yəni iddiaçının xidmətdən xaric olunması onun güddüyü qanuni məqsədə mütənasib olmuşdur, iddiaçının hər hansı qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnməmişdir.

11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh ## #### 2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə icraata qəbul edilmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, P.V.Hacıyev və C.Ə.Quliyev) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı Cavabdeh ##.##.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) **/**** nömrəli əmrinin ləğv edilməsi hissəsində dəyişdirilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı *-**-**/Ə***/**** nömrəli ## #### 2023-cü il tarixli əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı tərəfindən həmin əməlin törədilməsi, mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla onun xidmətdən xaric edilməsinə əsas verir. Işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmişdir, əmr qanuni və əsaslıdır. Mübahisələndirilən əmr qanuni olduğundan tələbin digər hissələri də əsassız hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ## #### 2023-cü il tarixli, *-**- **/ƏCŞ/hƏ**/**** nömrəli əmrin məzmunundan görünür ki, həmin əmr ## #### 2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmr əsasında verilmişdir. Hər iki əmr məzmun və nəticə etibarilə eyni əhəmiyyətə malik olsa da, iddiaçı ilə xidməti hüquq münasibətlərinə məhz ## #### 2023-cü il tarixli əmrlə xitam verildiyindən, mübahisə predmeti sözügedən əmr olmalıdır. Odur ki, birinci instansiya məhkəməsi ## #### 2023-cü il tarixli əmrə hüquqi qiymət verməkdə haqlı olmamışdır.

15. Iddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. ... Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: ... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: ... 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə.

19. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər.

20. Azərbaycan Respublikası Daxili Işlər nazirinin ##.##.2005-ci il tarixli *** nömrəlili əmri ilə təsdiq edilmiş X6 X14 Kodeksi: 22-ci maddəsində göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. X3 Işlər Orqanları əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; (maddə 6) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; ... (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 58. Inzibati akta dair ümumi tələblər 58.1. Inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ...

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Cavabdeh ## #### 2023-cü il tarixli, *-**-**/Ə***/**** nömrəli əmrinin ləğv edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar