Məhkəmə qərarları › İş №2-1(102)-305/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-305/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-305/2020 30.01.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: əlilliyə görə pensiya alan şəxsə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinin tətbiqinin yolverilməzliyi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Elbay oğlunun, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı Elbay oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 21(103)-2076/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx xxxxxx 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ömürlük İİ dərəcəli əlillik müəyyən edilmiş, bunun əsasında iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı 29 dekabr 2018-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etdərək, pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsinə əsasən yenidən hesablanmasını xahiş etmiş, lakin inzibati orqanın onun müraciətinə cavab verməmişdir. İddiaçı Elbay oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya təyin olunmuş pensiyanın, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat əlavə nəzərə alınmaqla yenidən hesablanması və bununla əlaqədar ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmiş, döyüş əməliyyatlarında ciddi yaralanmışdır. Azərbaycan Respublikasının MN tibbi-sosial ekspert komissiyasının Rəyinə, o cümlədən «Əmək Pensiyaları haqqında» Qanunun 11.2.1-ci maddəsinə əsasən iddiaçı (ömürlük) 2-ci qrup Qarabağ əlili statusunu almışdır. İddiaçı əlilliyə görə pensiya alsa da, cavabdeh qanunvericiliyinin tələblərini pozaraq qanunsuz və əsassız olaraq onu pensiyaya edilən əlavəni almaq hüququndan məhrum etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1152/2019 saylı, 20 iyun 2019cu il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1152/2019 saylı, 20 iyun 2019cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası alan müharibə əlili olmadığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinin tələblərinin ona münasibətdə tətbiqi yolverilən hal deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2076/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1152/2019 saylı, 20 iyun 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı İİ qrup müharibə əlili kimi aldığı pensiyanın “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsinə əsasən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin tələbləri işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Hazırki halda, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlil olması (müharibə iştirakçıları sırasından olan əlil) işin mübahisələndirilməyən halı olduğundan, onun aldığı pensiyanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci i ldən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanması tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2076/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya 27.05.2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ömürlük 2-ci dərəcəli əlillik müəyyən edilmiş və bunun əsasında pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsi yaşa görə əmək pensiyası alan müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunur. İddiaçı isə yaşa görə əmək pensiyası almadığından sözügedən maddə ona şamil edilə bilməz. Kassator İPM-nin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2076/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2076/2019 nömrəli qərarı ilə gəldiyi yuxarı da göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx xxxxxx 1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ömürlük İİ dərəcəli əlillik müəyyən edilməsi və bunun əsasında iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İddiaçı hesab edir ki, ona pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsi ona şamil edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və mühari bə iştirakçıları sırasından olan İİ qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi sözügedən əlavə yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə şamil olunur. Lakin hazırkı iş üzrə iddiaçı yaşa görə əmək pensiyası almır, əlilliyə görə pensiya alır. Belə olan halda, həmin maddənin hazırkı iş üzrə iddiaçıya şamil edilməsinə dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslı deyildir. Belə ki, apellyasiya instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsini düzgün tətbiq etməmiş, sözü gedən əlavəni əlilliyə görə pensiya təyin edilmiş şəxsə şamil etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsində nəzərdə tutulmuş əlavəni, ona yaşa görə pensiya təyin olunması halında tələb edə bilərdi. İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şik ayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2-1(103)-2076/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya təyin olunmuş pensiyanın, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat əlavə nəzərə alınmaqla yenidən hesablanması və bununla əlaqədar ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar