Məhkəmə qərarları › İş №2-1(102)-305/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-305/2021

12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-305/2021 12.01.2021 ALİ MƏHKƏMƏ “X2” X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı “X2” X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********6 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1736/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya 85113,37 manat məbləğində vergi borcu hesablanmış və iddiaçının “xxxx” ASC-nin “28 May” filialındakı bank hesabına xx.xx.2020ci il tarixli **********6 nömrəli sərəncam qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək hazırk ı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı “X2” X3 “xxxx” ASC-nin 2 saylı Nəsimi filialındakı AZ71AİİB******************** saylı hesabının üzərinə qoyulmuş sərəncamlarının icrasının dayandırılması, iddiaçının bank hesabında vəsaitlərin mübahisələndirilən borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və həmin məbləğlə bağlı əlavə sərəncamların qoyulması, mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələrin edilməsinin cavabdehə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaç ının yarandığı tarixdən heç bir vergi borcu olmamışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 borcları yeni yaranmış hüquqi şəxsin üzərinə qoyula bilməz. Belə ki, “X2” publik hüquqi şəxsi dövlət qurumu tərəfindən yaradılmış və əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 əmlakı onun nizamnamə fonduna qoyulmuşdur. Yeni yaradılan hüquqi şəxsin nizamnamə fonduna hansısa dövlət qurumlarındakı əmlakların qoyulması yeni yaradılan hüquqi şəxsin həmin qurumların varisliyini yaratmır. İddiaçı xx.xx.2019-cu il tarixində yeni yaradılmış hüquqi şəxs olduğundan əvvəllər fəaliyyət göstərmiş hüquqi şəxs statusu olmayan təsərrüfat hesablı Avtobazanın borcu ondan tələb edilə bilməz.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3623/2020 nömrəli qərardadına görə (hakim – E.Ə.Əliyev) iddia çının ərizəsi təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı “X2” X3 “xxxx” ASC-nin 2 saylı Nəsimi filialındakı AZ71AİİB******************** saylı hesabının üzərinə qoyulmuş sərəncamlarının icrasının dayandırılması, iddiaçının bank hesabında vəsaitlərin mübahisələndirilən borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və həmin məbləğlə bağlı əlavə sərəncamların qoyulması, mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələrin edilməsinin cavabdehə qadağan olunması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı h alda iddianın uğurluluq ehtimalı aydın deyildir. İşin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Nəzərə alınmalıdır ki, dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır. Eyni zamanda, həmin vəsaitin iddiaçı tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Eyni zamanda, həmin növ sərəncam istisna olmaqla, vergi orqanının mübahisəli qəra rlarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına mane ola bilər ki, qərarın onun xeyrinə olacağı təqdirdə, iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Buna görə də, həmin hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir.

7. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1736/2020 nömrəli qərardadına əsasən (sədrlik edə n və məruzəçi – A.Ə.Hüseyn, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3623/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərardadı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim olunmuşdur.

11. Cavabdeh həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1736/2020 nömrəli qərardadının ləğv edilməsi və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə mübahisələndirilən inzibat akt olan sərəncamın iddiaçı tərəfindən qanunvericiliyin hansı tələblərinin pozulması əsasında çıxarılması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad edilməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparılmamışdır.

13. Məhkəmə işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyek tiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir.

14. Vergi Məcəlləsinin 63.2 və 65.2-ci maddələrinə əsasən vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Lakin məhkəmənin hazırkı qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum olmuş, iddiaçı isə müəyyən edilmiş vəzifələrindən azad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 1

6. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

17. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

18. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış ver gilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

20. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitd ən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

21. İnzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi;

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının ş ərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

23. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı iş ə dair özü qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qə rardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən normalardan görünür ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə ə saslandırılmalıdır.

28. Cavabdehin kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, yuxarıda göstərilən 4 əsas hazırkı iş üzrə mövcud olmasa da məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmişdir.

29. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən göstərilən şərtlərin hazırkı iş üzrə ödənilib ödənilmədiyi yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı öz qərarında qeyd etmişdir ki, hazırkı halda iddianın uğurluluq ehtimalının aydın olmamasına, eləcə də iş üzrə ziddiyyətli maraqların mövcudluğunun ortaya çıxmamasına baxmayaraq, mövcud vəziyyət dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyəti xeyli dəyişəcəyindən ilkin tənzimləmə zəruridir.

30. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmidirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarda məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir.

31. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının bank hesabının üzərinə qoyulmuş sərəncamlarının icrasını n dayandırılması, iddiaçının bank hesabında vəsaitlərin mübahisələndirilən borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və həmin məbləğlə bağlı əlavə sərəncamların qoyulması, mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələrin edilməsini cavabdehə qadağan etməkdə haqlı olmuş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır.

32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1736/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1736/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar