Məhkəmə qərarları › İş №2-1(102)-305/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-305/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-305/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (üçünçü şəxs "xxxx" QSC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filia lına (üçüncü şəxs "xxxx" QSC) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1307/2021 nömrəli iş üzrə 20.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona 57 yaşdan, yəni 20.02.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan cavab məktubu ilə ona 01.01.2006-cı ilədək xüsusi şərtlərlə 12 il 6 ay iş stajının olmadığını əsas gətirərək müraciətindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni 20.02.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsini xahiş etmiş və iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci il tarixdən 01.02.2018-ci il tarixinə kimi X7 vaqon deposunda mexanik və rəhbər mexanik vəzifəsində çalışıb. Bildirir ki, refrijerator vaqonlarını istehsal edən ölkə, insanın fiziki imkanlarını nəzərə alaraq iş vaxtı briqada üzvlərinin 3 və ya 4 nəfərdən ibarət olmasını tələb etmişdir. Yəni iş vaxtı 1-rəhbər, 2 və ya 3 mexanik nəzərdə tutulur. Belə olan təqdirdə rəhbər mexanik öz funksiyasını, mexaniklər isə öz funksiyalarını yerinə yetirirlər. Ona görə də pensiyaya çıxarkən mexanikə güzəştli şərtlə pensiyaya vaxtından tez çıxmaq hüququ verilir. Həmən qanunda bildirilir ki, əg ər briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və 1 mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməlidir. İddiaçı da həmişə 1 mexaniklə işdə olub və mexanikində funksiyasını yerinə yetirib. Onun orqanizminin qəbul etdiyi zərərli qaz olan freonu və insanın sağlamlığına ziyan vuran maddələri bir yerdə qəbul ediblər. 2015-ci ildən pensiyaya çıxmalı olduğu halda, bu vaxtadək əlaqədar təşkilatlara müraciət etsə də heç bir müsbət cavab almamışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, 21(81)-3722/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə istinad edərək belə hesab etmişdir ki, iddia əsaslıdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)-3722/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)-851/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)-3722/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına» istinad edərək hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(103)-851/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbul edilməsini x ahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 21(102)-63/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(103)-851/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Kassasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrini, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.1.1, 3.1.2, 3.2.1-ci bəndlərinə istinad etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.08.2021-ci il tarixli, 2-1(103)-1307/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)-3722/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmı şdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(103)-1307/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasından görünür ki, o, 06.09.1995-15.12.1995-ci illərdə çilingər, 15.12.199527.06.1997-ci illərdə refrijerator qatarlarının (seksiyaların) mexaniki və 27.06.199701.02.2018-ci illərdə refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki peşələrində çalışıb. Məhkəmənin istinad etdiyi məlum Siyahıdakı peşə “refrijerator qatarlanam (seksiyaların) mexanikləri” peşəsidir. Məhkəmə “m exanik” və “rəhbər mexanik” peşələrini eyniləşdirmişdir. Halbuki Siyahının özünün tərtib edilmə üsulundan aydın olur ki, Nazirlər Kabineti Siyahıdakı peşələr üzrə fəhlə və rəhbərləri fərqli qruplar altında toplamışdır. Məhkəmənin istinad etdiyi peşə “fəhlə” qrupu altında toplanmış peşələrə aiddir; buna görə də, “rəhbər mexanik” peşəsi orada nəzərdə tutulmayıb. Diqqət edilsin ki, iş materiallarında "xxxx" QSC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 02.07.2020-ci il tarixli məktub vardır. Həmin məktub və ona əlavə olunmuş sənədlərdə "xxxx" QSC təsdiq etmişdir ki, refrijerator qatarlannın (seksiyaların) rəisi vəzifəsindəki iş dövrü yaşa görə güzəştli pensiya hüququ verən xüsusi əmək stajına daxil edilmir. Başqa sözlə, işəgötürən təsdiq edir ki, yalnız refrijerator qatarlarının (seksiyal arın) mexaniki peşəsi güzəştli iş stajı verən peşə kimi qəbul olunur. Göründüyü kimi, məhkəmənin, iddiaçının 19 il 5 ay 14 gün güzəştli iş stajına malik olduğu yönündəki qiymətləndirməsi əsaslı deyildir. Fərz etsək ki, iddiaçı güzəştli iş stajına malikdir. Bu halda belə, məhkəmə iddiaçıya ən çoxu müraciət tarixindən geriyə 3 il üçün pensiya ödənilməsi barədə qərar qəbul edə bilərdi. Məhkəmə isə, 20.02.2015-ci il tarixdən etibarən pensiya təyin edilməsi barədə qərar qəbul etsə də, ödənişin hansı dövrü əhatə etməsi məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki ƏPQnin 32.1-1 -ci maddəsinə görə, “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”.

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək, belə ki, işin faktiki hallarından görünür ki, o, İddiaçı xx.xx.1958- ci il tarixində doğulmuş, 01.09.1975-ci il tarixindən 29.04.1976-cı il tarixinədək X6 Deposunda fəhlə vəzifəsində işləmiş, 03.05.1976-30.06.1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 03.08.1978-ci il tarixindən 01.02.2018-ci il tarixinədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir. 1995-ci il tarixdən 01.02.2018-ci il tarixinə kimi X7 vaqon deposunda mexanik və rəhbər mexanik vəzifəsində çalışmış, Refrijerator vaqonlarını istehsal edən ölkə, insanın fiziki imkanlarını nəzərə alaraq iş vaxtı briqada üzvlərinin 3 və ya 4 nəfərdən ibarət olmasını tələb etmişdir. Yəni iş vaxtı 1 rəhbər, 2 və ya 3 mexanik nəzərdə tutul ur. Belə olan təqdirdə rəhbər mexanik öz funksiyasını, mexaniklər isə öz funksiyalarını yerinə yetirirlər. Əgər briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və 1 mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməlidir. Nəzərinizə çatdırırıq ki, işlədiyi müddət ərzində 1 və 2 nəfər mexanikin əvəzinə işləmiş, halbuki təlimata uyğun 2 və 3 mexanik olmali idi, lakin mexanik olmadığı üçün məcbur olaraq vaqonda 1 mexaniklə birlikdə işləyərək mexanikin də funksiyasını yerinə yetirmişdir. Həmin vaqonda olan işçilərlə birlikdə insanın sağlamlığına ziyan vuran maddələri, o cümlədən zərərli qaz olan freonuda qəbul etmişdir.

17. Yuxanda qeyd edilənlərdən də görünür ki, onun gördüyü işlər və daşıdığı vəzifə «refrijerator seksiyasının rəhbər-mexaniki» eyni ilə « refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakteridir. Burada fəqrlilik ondan ibarətdir ki, mexaniklərin gördüyü eyni işlərdən əlavə olaraq rəhbər-mexaniklər “tabel” sənədləri tərtib edən səlahiyyətli şəxslərdir. Həmin “rəhbər-mexanik”lərin hər hansı bir əmr və ya qərar qəbul etmək səlahiyyətləri olmamışdır, yalnız işləri refrijerator qatarlarının (seksiyasının) texniki işlərinin görülməsindən ibarət olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqınd a” Qanun: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №- li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2

2. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlili əsassızdır.

25. Belə ki iş materiallarından göründüyü kimi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilə n AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Cəlilabad rayonunda doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Ələt qəs. E.İmanov küç., ev 22, mənzil 13-dür.

26. Eyni zamanda iş materiallarında olan, iddiaçıya məxsus H3 № ******* saylı hərbi biletinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, 03.05.1976 - 30.06.1978-ci illərdə hərbi xidmətdə olmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlərə əsasən, iddiaçıya məxsus əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, 01.09.1975-ci il tarixdən 29.04.1976 X6 Deposunda fəhlə vəzifəsində işləmiş, 03.05.1976 - 30.06.1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 03.08.1978-ci il tarixdən 25.12.1978-ci il tarixədək «Azneftemaştəmir» X4 Kanatlar Zavodunda burucu (pryədilşik), 09.01.1979-il tarixdən 23.07.1979-cu il tarixədək Bakı sement və keramik məmulatlar Kombinatında fəhlə, 24.09.1979-ci il tarixdən 06.10.1981-ci il tarixədək X5 kanat sexində sarıyıcı (namotçik) köməkçisi, frezerçi, takelaşçı, 21.10.1981-ci il tarixdən 02.12.1981-ci il tarixədək Bakı Poladtokmə Zavodunda frezerçi, 23.02.1982-ci il tarixdən 30.08.1982-ci il tarixədək «Azneft» X2 və Nəqliyyat İdarəsində traktor kolonuna «2-ci dərəcəli tokar», 09.10.1982-ci il tarixdən 04.01.1983-cü il tarixədək «Azneft» X1 Kontorunun qülləquraşdırma sexində 2-ci dərəcəli qülləquraşdıran, 01.02.1983-cü il tarixdən 05.09.1995-ci il tarixədək mebel istehsalı Kombinatında freyzerçi vəzifəsində işləmiş, 06.09.1995-ci il tarixdə X8 Vaqon Deposuna köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, 06.09.1995-ci il tarixdən 15.12.1995-ci il tarixədək Yeni Ələt X3 3-cü dərəcəli çilingər, 15.12.1995-ci ildən 27.06.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, 27.06.1997-ci ildən 01.02.2018-ci ilədək refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində işləmişdir.

28. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən baxılmış və ləğv edilərək apellyasiya baxışına qaytarılaraq bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını tələb edərək iş materiallarına əlavə edilməli, həmin arayış əsasında iddiaçının zəruri güzəştli iş stajının (12 il 6 ay) olub-olmamasını qiymətləndirməlidir.

29. Qeyd edilən məsəl ə ilə bağlı apellyasiya instansiyası məhkəməsi "xxxx" QSC-yə sorğu göndərərək həmin arayışı tələb etmişdir. Apellyasiya məhkəməsinin sorğusuna əsasən həmin arayış iş materiallarına əlavə edilmişdir.

30. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC X9 02.04.2019cu il tarixli, 18 №-li və 03.12.2019-cu il tarixli, 81 №-li «Arayış»larından görünür ki, İddiaçı 06.09.1995-ci il tarixdən 15.12.1995-ci il tarixədək Şərq vaqon deposunda çilingər, 15.12.1995-ci ildən 27.06.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, 27.06.1997-ci ildən 01.02.2018-ci ilədək refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində işləmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur.

32. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli X11 X3 İddiaçı işlədiyi «çilingər» peşəsi «23000000XXVİİİ. Nəqliyyat» bolməsində 23001000-18540 kodla (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər) və «refrejerator seksiyasının mexaniki» peşəsi isə 23001000-23 598 kodla (refrijerator qatarların (seksiyaların) mexanikləri) nəzərdə tutulmuşdur.

33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" QSC-nin 17241 saylı 26.08.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 27.07.1997-ci il tarixdən "xxxx" QSC-nin X8 Vaqon Deposunun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmiş, 01.02.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilmişdir. Cavab məktubuna X8 Vaqon Deposunun refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri təqdim olunmuş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbər-mexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakterinin eynidir.

34. Bütün yuxarıda göstərilənlə rə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 20.08.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.08.2021-ci il tarixli, 21(103)-1307/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar