Məhkəmə qərarları › İş №2-1(102)-3052/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3052/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3052/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, şikayət üzrə kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025ci il 12 iyun tarixli, 2-1(106)-456/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsi nə müraciət edərək ona hüququnun yarandığı tarixdən yəni 02 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona yəni İddiaçı 60 yaşının tamam oolduğu tarixdən yəni, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Şirvan İnziba ti Məhkəməsinin (Hakim: R.P.Quliyeva) 2025-cü il 13 mart tarixli, 2-1(120)-1667/2025 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

4. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və F.C,Hüseynov) İnzibati Kollegiyasının 2025-ci il 12 iyun tarixli, 2-1(106)-456/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunu n 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi sığorta stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün həmin tarixdə yaş senzi ödənilmişdir. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi sığorta stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən müba hisələndirilmir. Şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş və ümumi sığorta stajının olması işin mübahisəsiz haldır. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1991.30-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD-də Neftin hazırlanması və vurulması sexində təmirçi-çilingər vəzifəsində işlədiyi vəzifəsinin Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmadığı barədə işə götürən tərəfindən hər hansı məlumatın göstərilmədiyi üçün iddiaçının işlədiyi vəzifənin “Təmirçi çilingər” vəzifəsi nə uyğun olmadığı qənaətinə gəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991.30- xx.xx.2023-cü illərdə işlədiyi “təmirçi çilingər” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı kollegiya qeyd edir ki, "xxxx" Şirkətinin HR-24-62 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1991.30-xx.xx.2023-cü ilədək “Neftin hazırlanması və vurulması” sexində “təmirçi-çilingər” vəzifəsində işləmişdir. Həmin v əzifənin xüsusiyyətləri: Təmirçi-çilingər NB50, NB-125, U8-6 tipli bütün növ qazma nasoslarının porşenlərinin, remenlərin, ştokların dəyişdirilməsində iştirak edir. PP-1,6 neft qızdırıcılarının, boruların hissələrinin dəyişdirilməsi, sahələrdə olan bütün növ nasosların yığılmasında iştirak edir. Çənlərin giriş-çıxış xətlərinə nəzarət, soyutma sistemlərinin yoxlanılmasında iştirak edir. K-50, K100 mədən neftini qəbul etmək üçün nasoslara texniki xidmətin göstərilməsi, yağlanması, kipkəclərin vurulmasında iştirak edir. Məktuba Neftin kompleks hazırlanması və nəqli sahəsi üzrə təmirçi-çilingərin əmək funksiyaları əlavə edilmişdir. "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli HR-23-169 saylı arayışda iddiaçının xx.xx.1991-xx.xx.2023-cü illərdə işlədiyi “Təmirçi çilingər” vəzifəsinin Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsi: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (a) fəhlələr) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçiçilingərləri peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili olan - iddiaçının işlədiyi vəzifənin “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmaması” ilə bağlı mövqeyə münasibətdə bildirir ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, "xxxx" Şirkəti istehsal ilə də məşğul olur. Bunu iddiaçının işlədiyi sexin adına - “Neftin hazırlanması və vurulması” fikir verməklə də aydın şəkildə görmək olar. Bundan başqa, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Kollegiya həmçinin, bərabərlik prinsipi baxımından qeyd etmişdir ki, iş materiallarında olan X1 aid pensiya işindən görünür ki, ona xx.xx.2022-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qərarın “Əlavə məlumat” adlanan 9-cu bəndindən görünür ki, cavabdeh orqan tərəfindən onun ümumi iş stajı - 42 il 9 ay 18 gün, güzəştli iş stajı - 18 il 4 ay 0 gün qiymətləndirilmiş, bu zaman müəssisənin verdiyi yalnız arayışa əsasən şəxsin Karasu Əməliyyat Şirkətində “Neftin kompleks hazırlanması və nəqli” sexində işlədiyi 2000-2004-cü illər güzəştli iş stajı kimi nəzərə alınmış, cavabdeh hazırkı işdə olduğu kimi “təmirçi-çilingər” vəzifəsinin “əsas istehsalat sahələrində neft-mədən a vadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olub-olmaması” kimi mövqe sərgiləməmişdir. Halbuki, bərabərlik prinsipi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələb olunan 60 yaşı olduğundan, azı 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

7. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbayca n Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə t əcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya instansiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından şəxsin ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər, o cümlədən güzəştli arayış, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-475/2024 nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şi kayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 iyun tarixli, 21(106)-456/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar