Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3054/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( söküntü, kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 04.12.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın verilməsi tələbinə dair (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1289/2019 s aylı, 17 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 04 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra - iddiaçı) məxsus olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 09.08.2016-cı il tarixli çıxarışda qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsi tərəfindən iddiaçıya 06 aprel 2017-ci il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisi Aparatının və İşlər idarəsinin əməkdaşları üçün Bakı şəhər icra Hakimiyyəti Başçısının İ/17.03.2015-ci il tarixli, 110 saylı sərəncamı ilə inşası nəzərdə tutulan yaşayış binasına ayrılmış “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ünvan 1 ünvanda yerləşən ərazisində tikinti işlərinin aparılması ilə əlaqədar həmin ərazidə çıxarışlı qeyri-yaşayış sahəsinin mülkiyyət hüququna sahib olan İddiaçı inşa olunacaq yaşayış binasında əlavə dəyər ödəmədən qeyri-yaşayış sahəsi ilə təmin olunması və tikintinin davam etdiyi müddətdə icarəyə götürülmüş sahə üçün aylıq icarə haqqının ödənilməsi şərti ilə Milli Məclisin İşlər İdarəsi, A3 Sənaye Tikinti İnvestisiya Korporasiyası MMC və mülkiyyətçi İddiaçı arasında müqavilə bağlanması tələb olunur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra - cavabdeh) qarşı 3-cü şəxs qismində Azə rbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə ona dəyən 600.000 manat maddi və 132.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, 06 aprel 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin işlər idarəsindən ona ünvanlanmış 017-1-1/134 nömrəli məktub almışdır. Məktubda Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.03.2015-ci il tarixli 110 saylı sərəncamı ilə Mətbuat prospekti 29 ünvanında tikinti işləri aparılması göstərilmiş və ona dəyəri ödənilmədən hazır tikintidə 200 kv.m qeyri-yaşayış sahəsi ilə təmin olunması, bina tikilən müddətdə icarəyə götürülmüş mağazanın hər ay icarə pulunun onlar tərəfindən ödənilməsi təklif olunmuşdur. O, Milli Məclisin məktubunun şərtləri ilə razılaşmışdır. Belə ki, icarəyə götürülən mağazanın təmiri bitən günə qədər ona toxunulmayacağı ilə razılaşmışdır. H.Abutalıbov onun mağazasına gəlmiş və bu ərazidə yaşayış binası deyil, istirahət parkı salınacağını, ona görə də mağazanın qısa müddətdə boşaldılıb sökülməli olmasını bildirmişdir. H.Abutalıbov şəxsən ona mağazanın əvəzinə bu ərazidə həmin mağazanın sahəsindən də böyük təmirli qeyri-yaşayış sahəsinin veriləcəyinə söz vermişdir. Lakin, ona heç bir qeyri-yaşayış sahəsi verilməmiş və yaxud heç bir kompensasiya məbləği ödənilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-77/2019 saylı 05 mart 2019-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia qismən təmin edilərək İddiaçı məxsus olmuş xxx ünvanı nda yerləşmiş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona ümumilikdə 400.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, xxx ünvanında yerləşmiş qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi Bakı şəhər icra Hakimiyyəti tərəfindən əvəzi ödənilmədən alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1289/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-77/2 019 saylı 05 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1289/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kollegiyası iş üzrə qərar qəbul edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərini düzgün təfsir etməmiş və eləcə də artıq təşəkkül tapmış məhkəmə təcrübəsini (Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlakın dəyərləndirilməsi üzrə) nəzərə almamış, cəmi 133.2 kvadrat metr sahəyə yarım milyona yaxın pul vəsaiti ödənilməsinə qərar vermişdir. Məhkəmənin bu dəlil üzrə gəldiyi nəticə ümumiyyətlə əsaslandırılmamışdır. Daha sonra qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.2015-ci il tarixli 110 saylı sərəncamının 3-cü bəndində göstərilmişdir ki, bu sərəncam yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə sərəncamı tikintiyə icazə sərəncamı deyildir və sifarişçi tərəfindən müvafiq layihələndirmə işlərinin aparılması məqsədini daşıyır. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinin kimin tərəfindən sökülməsi araşdırılmamış və aydınlaşdırılmamışdır. Eləcə də, son dövrlər paytaxt Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində aparılan işlər nəticəsində ödənilən komp ensasiyaların zona baxımından Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış ən yuxarı həddi 1500 AZN təşkil etdiyi halda, məhkəmə kollegiyası dünya iqtisadiyyatının hazırkı durumunda heç bir əsas olmadan Yasamal rayonunda yerləşən əmlaka görə hər kvadrat metr üçün 3000 AZN kompensasiya ödənilməsi qənaətinə gəlmişdir. Bu dövlət büdcəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış kompensasiyaların ən yuxarı həddindən də 2 dəfə artıqdır. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən dövlət orqanları tərəfindən hər hansı kompensasiya öhdəliklərinin ödənilməsi nəzərdə tutulduğu halda məhkəmə işlərində Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi Ali Məhkəmə sədrinin aşağı instansiya məhkəmələ rinə ünvanladığı məktubda nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişinə əməl etməmiş və eləcə də nə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin, nə də üçüncü şəxs Maliyyə Nazirliyinin işdə iştirakını təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (cavabdeh və üçüncü şəxs) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhk əmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün say ılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. İddiaçıya əsassız olaraq kompensasiya verilməsi məsələsi mübahisə edilən kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan o, həmin qeyriyaşayış sahəsinin dəyərinə uyğun kompensasiyanın verilməsini tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın odənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublik ası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası MM-nin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haq qında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası MM-nin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə mə hdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olun ur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Kassator qeyd edir ki, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği də həddindən artıq çoxdur. Belə ki, məhkəmə heç bir əsas olmadan hər kvadrat metr üçün 3000 AZN - dövlət büdcəsindən kompensasiya ödənilməsi qənaətinə gəlmişdir. Bu dəlilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr hər kv.metr üçün 3000 AZN ödənilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən veri lmiş 26.11.2018-ci il tarixli, **********92 nömrəli rəyə əsaslanmışlar. Həmin rəydən görünür ki, 133.2 kv.m qeyri-yaşayış sahəsi qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji qeyri-yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilərək hesablanmış, 133.2 kv.m qeyri-yaşayış sahəsininin ümumi qiyməti 400.000 manat təşkil etdiyi göstərilmişdir. Bundan başqa, kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi nə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin, nə də üçüncü şəxs Maliyyə Nazirliyinin işdə iştirakı təmin edilməmişdir. Cavabdehin bu dəlili də iş materiallarına əsasən təkzib edilir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən inzibati məhkəmə icraatının bütün iştirakç ılarına (iddiaçı, cavabdeh və üçüncü şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, eyni zamanda onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Lakin iddiaçı məhkəmə iclasında iştirak etsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verilməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Kassator iddiaçının mülkiyyətindən məhrum olmasında cavabdehin təqsirinin sübuta yetirilməməsinə istinad edərək, iddianın rədd olunmasını x ahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus olan tikili Bakı şəhər İcra Hakimiyyəti Başçısının 110 nömrəli, 17.03.2015-ci il tarixli “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin” layihələndirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında sərəncamı əsasında sökülmüşdür. Beləliklə göründüyü kimi, iddiaçının mülkiyyətindən məhrum olması cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində baş vermiş, bununla da iddiaçıya zərər dəymişdir və bu zərər cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1289/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3054/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3054/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver