Məhkəmə qərarları › İş №2-1(102)-3054/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3054/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3054/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3308/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Maraqlı şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömr əli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə Maraqlı şəxs MMC-nin üçüncü şəxs kimi cəlb edilməsi və iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim L.S.Musayeva) ərizə mümkün sayılmamışdır.

3. Ərizəçi Maraqlı şəxs MMC apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3308/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər M.N.Tağıza də /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Maraqlı şəxs MMC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunaraq inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3308/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin mümkün sayılmaması barədə yeni qəraradad qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı məhkəmə kol legiyasına ərizə təqdim edərək tərəflər arasında razılıq əldə olunduğunu və bununla əlaqədar kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə tərəflər arasında razılıq əldə olunduğunu bildirmiş və bununla əlaqədar olaraq kassasiya şikayəti ni geri götürdüyünü göstərmişdir.

9. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq iddiaçının iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçının kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi nəzərə alınaraq kassasiya icraatına xitam verilməlidir.

10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhi ş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan 56/57b nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3308/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə başlanılmış kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar