Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3055/2019 06.11.2019 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: AR Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti) iş üzrə (Açar söz: sökülmüş əmlaka görə kompensasiya) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, AR Maliyyə Nazirliyinin vəkili X2 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: AR Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti) cavabdehdən 1 956 575 manatın tutularaq iddiaçıya ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, obyektinin sökülüb dağılması ilə əlaqədar ona vurulmuş 1.956.575 (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat maddi ziyanın ödənilməsi və ya Bakı şəhərində ona bərabər tutulan qeyriyaşayış sahəsi ilə təmin olunmağı barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən 1.956.575 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.07.2003- cü il tarixli, 001003 nömrəli«Mülkiyyət hüquqi haqqında» Şəhadətnaməyə və (Azərbaycan Dövlət Əmlək Komitəsinin) 07.07.1998-ci il tarixli, 1024 nömrəli sərəncamına əsasən “X” firmasına məxsus «X» firması ilə iddiaçı arasında olan 31 may 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Ünvan1 ünvanında yerləşən ona məxsus tikinti sahəsi 33.75 kv.m, ümumi sahəsi 322.5.0 kv.m, o cümlədən, 200,0 kv.metr əlavə tikintisi olan obyekti Cavabdeh əməkdaşları tərəfindən 18 noyabr 2012-ci ildə dağıdılmış, yerində Cavabdeh tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikilmişdir. Dağıntı o qədər sürətlə aparılmışdır ki, obyektdə olan ona məxsus əşya və avadanlıqları belə məhv edilməkdən xilas etmək mümkün olmamışdır. Bütün bu dağıntılar nəticəsində ona 1.956.575 (b ir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə Cavabdehnə və digər dövlət qurumlarına şifahi və yazılı müraciətlər etsə də, bu günə kimi ona dəyən maddi ziyan ödənilməmişdir. Odur ki, iddiaçı təkrar məhkəməyə ərizə ilə müraciət etmişdir. Bu barədə 10 noyabr 2016-cı il tarixli ərizəsi ilə Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh Aparat rəhbəri R.H. imza etdiyi 3161 /c/698-12/22 saylı 02 dekabr 2016-cı il tarixli məktuba əsasən obyektin cizgisi tələb edilmişdir. Həmin tikinti sahəsinin cizgisini də 19 dekabr 2016-cı il tarixli ərizəsinə əlavə edib təkrarən cavabdehə müraciət etmişdir, lakin həmin vaxtdan 1 aydan çox keçməsinə baxmayaraq, cavab verilməmişdir. Bundan sonra təkrarən 12 aprel 2017-ci ildə cavabdehə müraciət etmiş, lak in yenə də cavab verilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş və məhkəmədən obyektinin sökülüb dağılması ilə əlaqədar ona vurulmuş 1.956.575 (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat maddi ziyanın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)3526/2017 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir və apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)3526/2017 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı oğluna vurulan maddi ziyanın əvəzi olaraq 84375 (səksən dörd min üç yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1938/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçı və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus əmlakın hazırkı iş üzrə cavabdeh tərəfindən sökülməsi, eləcə də sökülən əmlakın bazar dəyərinin düzgün müəyyən edilməsi ilə bağlı kifayət qədər ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Halbuki, qeyd olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Məhkəmə kollegiyasının 10 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti hazırkı iş üzrə icr aata üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)3526/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən söküldüyünü təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin hazırda cavabdehin balansında olan ərazidə yerləşməsi tikilinin cavabdeh tərəfindən dağıdılması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Məhkəmə kollegiyasının araşdırılmaları zamanı sözügedən ərazinin iddiaçının iddia etdiyi sök ülmənin aparılmasından sonrakı ildə cavabdehin balansına təhvil verildiyi müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, işə baxan apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, iddiaçı cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum edilmişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyəri isə 2.100.000 manat dəyərindədir. Kassator MM-nin 6, 21.1, 21.2, 246.1, 246.5, 247.1, 1100-cu maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 4.1, 4.2, 7.1, 7.3.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə, İPM-nin 2.2.2, 14.2, 91, 94.1, 96.9-cu maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxs Bakı şəhər İcra Ha kimiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən AR Maliyyə Nazirliyinin vəkili X4 və nümayəndəsi X3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə üməyyən olunur ki, Ünvan1 yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsindəki 33.75 kv.metr qeyri yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Hazırkı iş üzrə iddiaçı iddia etmişdir ki, həmin qeyri-yaşayış sahəsi Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekin mövcud ərazisində yenidənqurma işlərinin baş planı əsasında yerinə yetirilməsi nəticəsində sökülmüşdür və buna görə ona kompensasiya ödənilməlidir. Beləliklə, hazırkı iş üzrə mübahisənin əsasını Cavabdeh hüquqazidd hərəkəti nəticəsində - iddiaçıya məxsus əmlakı sökməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiy a ödənilməli olması təşkil edir. Belə olan halda, məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus əmlakın sökülmüş olması, sökülmə nəticəsində zərər vurulması və belə bir zərər mövcuddursa bunun cavabdehin hüquqazidd hərəkəti nəticəsində əmələ gəlməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, zərərin vurulması öhdəliyin əmələgəlmə əsaslarından biridir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin ö zünün varlığı, zərər vuranın hüquqazidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus tikilinin mövcudluğu iş materiallarında olan daşınmaz əmlaka dair reyestrdən çıxarışla təsdiq olunur və həmin tikilinin olduğu ərazi hazırda Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinin balansındadır. Lakin tikilinin cavabdehin əməkdaşları tərəfindən söküldüyü məhkəmə araşdırılmaları zamanı sübuta yetirilməmişdir. Belə ki, iş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri mübahisəli torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş dəqiqləşdirilmiş ayrıc aktı əsasınd a qəbul edildiyini və həmin sahədə əlavə tikililərin olmadığını, həmçinin onlar tərəfindən söküntünün aparılmadığını bildirmişlər. Apellyasiya məhkəmə kollegiyası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 09 dekabr 2013-cü il tarixdə Cavabdehnə verilmiş dəqiqləşdirilmiş ayrıc aktına baxış keçirmiş və ayrıc aktından Ünvan1 ünvanında cavabdehin balansına ayrılmış sahədə hər hansı tikililərin olmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin 18 noyabr 2012-ci ildə söküldüyünü qeyd etsə də, cavabdehin nümayəndəsi həmin ərazinin 2013-cü il tarixdə balansa qəbul edildiyini və yenidən qurma işlərinə 2014-cü ildən başlanıldığını bildirmişdir. Həmçinin iş birinci instansiya məhkəməsinin icraatında olarkən, işin araşdırılması zamanı Azərbaycan Respublikası Baş Prok urorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nəsimi rayon Polis idarəsinə sorğularla müraciət edilərək, 18 noyabr 2012-ci il tarixdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (əvvəlki Tbilisi) prospekti 3007-ci məhəllə ünvanda yerləşən daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı Baş Prokurorluğun tabeçiliyində olan prokurorluq orqanları tərəfindən hər hansı araşdırma aparılıb-aparılmaması barədə, aparılmışsa araşdırmanın nəticəsi barədə, eyni zamanda tikilinin kim tərəfindən sökülməsinin müəyyən olunub-olunmaması barədə məlumat tələb olunmuş, sorğulara verilmiş cavablardan, qeyd edilən orqanlarda həmin məsələ ilə bağlı hər hansı araşdırmanın aparılmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan əmlakın məhz Cavabdeh tərəfindən sö külməsi müəyyən edilməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunara q qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3055/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3055/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver