Məhkəmə qərarları › İş №2-1(102)-3056/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3056/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3056/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul N0N4cü il tarixli, N-1(107)-337/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.N0N0-ci ildə qismən səfərbərliyə cəlb edilmiş, 10 oktyabr N0N0-ci il N dekabr N0N0-ci il tarixlərdə N nömrəli hərbi hissədə, N dekabr N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.N0NN-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsa sən N7 sentyabr N0N0-ci il tarixdən-N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində anadan olmuşdur. xx.xx.N014-xx.xx.N015-ci il tarixdə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-də döyüşlər başlayandan sonra xx.xx.N0N0-ci ildə səfərbərliyə cəlb edilərək cəbhəyə yollanmışdır. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində atıcı olaraq Zəngilan, Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə bitdikdən bir müddət sonra xx.xx.N0N1-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün “Müharibə veteranı” adı almaqdan ötrü Müdafiə Nazirliyinə müraciət etmiş, lakin, Müdafiə Nazirliyi xx.xx.N01N-ci il tarixli, ***-**** nömrəli məktubla müraciətinə imtina vermişdir. Cavabdeh cavabını belə əsaslandırmışdır ki, Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən xidmətdə olduğu N saylı hərbi hissə xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hiss ələrin siyahısında olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır. Belə ki, N0N0-ci il sentyabrın N7-də döyüşlər başlayandan sonra ölkədə elan edilmiş səfərbərliyə əsasən 10 oktyabr N0N0-ci ildə orduya çağırılmış, 10 oktyabr N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixə kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində atıcı olaraq qulluq etmişdir. Bu müddət ərzində Zəngilan, Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə hərbi biletində qeydlər də, var. xx.xx.N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixə kimi isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş və həm in hərbi hissədən də tərxis olunmuşdur. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0- ci il sentyabrın N7-dən noyabrın 10-dək gedən döyüşlərdə iştirakını təsdiq edən fotoşəkilləri, videogörüntülər və şahidləri vardır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək gedən döyüşlərdə iştirakını təsdiq edən hərbi bileti və digər sənədlər olduğu halda, cavabdeh təşkilat bütün bunları nəzərə almaqdan əsassız olaraq imtina edir və bunun nəticəsində onun sosial müdafiə hüquqları pozulur, o, müharibə veteranı olaraq qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan, sosial ödənişlərdən məhrum olmuş olmuşdur.

6. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı xx.xx.N0NN-ci il tarixli etirazında qeyd edil mişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq “Müharibə veteranı” adı N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilav asitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respub likası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N7 sentyabr N0N0-ci il tarixdən-N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmur. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 05 avqust N0NN-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli N- 1(116)-36/N0N4 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iş m ateriallarından görünür ki, iddiaçı, xx.xx.N0N0-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş xx.xx.N0N0-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, xx.xx.N0N1-ci il tarixədək xidmət etmişdir. İddiaçıya məxsus hərbi biletdə və qeydiyyat kartasında onun Zəngilan, Laçın və Qubadlının mühafizə və müdafiəsində iştirak etməsi qeyd edilmişdir. İstinad olunan Əsasnamənin tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara da, “Müharibə veteranı” adı verilməlidir. Cavabdeh orqan iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olmadığını bildirsə də, iddiaçının hərbi xidmətinin döyüş əməliyyatlarının təminat növlərinə aid olub-olmamasını araşdırmadan əsassız imtina cavabı vermişdir. Hazırkı iş üzrə iddiaçı, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Zəngilan, Laçın və Qubadlının mühafizəsi və müdafiədə iştirak etdiyindən, mühafizə və müdafiədə iştirak etmənin döyüş təminatı baxımından aydınlaşdırılması zərurəti yaranmışdır. İddiaçı, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmət keçməsinə baxmayaraq, hər bir halda onun hərbi xidmətinin mahiyyəti dövlət sərhədinin müdafiə və mühafizəsi ilə bağlı olduğundan, onun hərbi xidməti (mühafizə) döyüş əməliyyatlarının təminat növü kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifə borcunu layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəfindən cavabdeh orqanın inzibati praktikasının və iddiaçının tələbinin təmin olunmasından imtinasının faktiki hallarının yoxlanılması məqsədilə cavabdeh orqana dəfələrlə sorğular göndərilmiş, lakin cavabdeh orqan məhkəmənin sorğularına mahiyyəti üzrə cavab verə bilməmişdir (cavabdeh orqan iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmədiyini əminliklə bildirə bilmir). Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini v ə iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul N0N4-cü il tarixli, N1(107)-337/N0N4 nömrəli qərarı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, E.Hüseynov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayə tinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 10 oktyabr N0N0-ci il -N dekabr N0N0-ci il tarixlərdə N nömrəli hərbi hissədə, N dekabr N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Müdafiə Nazirliyi Mərkəzi arxivinin 1N avqust N0N4-cü il tarixli N340 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr, 01-N dekabr N0N0-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Arayışa əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli 8N nömrəli əmri ilə əsgər İddiaçı Əlişah oğlu 1 -ci motoatıcı taborun 3-cü motoatıcı bölüyünün N-ci taqımının N-ci manqasının atıcı vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1 -ci il tarixli 98 nömrəli əmri ilə N yanvar N0N1-ci İl tarixdən bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir. İddiaçı xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N7 sentyabr N0N0-ci il tarixdən-N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmur. Bununla da iddiaçının bilavasitə döyüş əməliyyatları aparılan dövrdə yəni, N noyabr N0N0-ci il tarixədək xidmət keçdiyi hərbi hissə- N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçının xidmət keçdiyi N nömrə li hərbi hissə isə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əmliyyatlarında iştirak etsə də iddiaçının həmin hərbi hissədə xidməti N dekabr N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixədək yəni döyüş əməliyyatlarının bitdiyi dövrə təsadüf etmişdir.

14. Kassator “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir:...

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 1N.1. M əhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş hə cmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.N. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

22. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsinə yönəlmişdir.

23. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, Müdafiə Nazirliyinin məktubuna əsasən İddiaçı xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N7 sentyabr N0N0-ci il tarixdən-N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmaması qeyd olunsa da, onun hərbi biletində həmçinin N saylı hərbi hissədə xidmət keçməsi, orada döyü ş fəaliyyətlərində iştirak etməsi və həmin hərbi hissənin möhürü ilə qeydlərin təsdiqlənməsi cavabdeh orqanın şikayətinin dəlillərini təkzib edir. Belə ki, N nömrəli hərbi hissə N7 sentyabr N0N0 - N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmiş, iddiaçı xx.xx.N0N0-ci il tarixli 3 nömrəli əmrə əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə daxil olmuş, Zəngilan, Laçın və Qubadlı rayonlarının mühafizə və müdafiəsində iştirak etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doq quzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

25. Göründüyü kimi, müharibə veteranı statusunun əldə edilməsi üçün aşağıda qeyd olunan dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: 1. şəxsin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanl ara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması N. bunun müvafiq sənədlərdə- yəni, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə əks edilməsidir.

26. İşdən müəyyən olunur ki, iddiaçı 10 oktyabr N0N0-ci il -N dekabr N0N0-ci il tarixlərdə N nömrəli hərbi hissədə, N dekabr N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir.

27. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli 06N nömrəli əmrin ə əsasən N nömrəli hərbi hissə N7 sentyabr N0N0-ci il tarixdən-N noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmamışdır.

28. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.N0N3-cü il tarixli 4/3-1838 nömrəli məktubundan da görünür ki, N8N (N81,N83) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib.

29. Bundan əlavə, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə isə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etsə də iddiaçının həmin hərbi hissədə xidməti N dekabr N0N0-ci il tarixdən 05 yanvar N0N1-ci il tarixədək yəni döyüş əməliyyatlarının bitdiyi dövrə təsadüf etmişdir.

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunları etməmiş, əldə edilən sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir.

31. Beləliklə, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan ziddiyyətli məqamların və sübutların mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, bundan so nra mübahisəyə mahiyyəti üzrə baxıb düzgün nəticəyə gəlməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul N0N4-cü il tarixli, N-1(107)-337/N0N4 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar