Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3059/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması, müddətin bərpasına dair ərizənin təmin olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində 500 kv.m sahəsi ol an 32 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
2. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təm in edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, həmçinin vəsatət təqdim verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarı na (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessu al müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə ş ikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş müddətin bərpasına dair vəsatət təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmalıdır.
9. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən v erilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1071/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı üçüncü şəxsə onun elektron kabinetinə 20 iyun 2024-cü il tarixdə yerləşdirilməklə təqdim edilmiş, lakin həmin qərardan kassasiya şikayəti 12 avqust 2024-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra təqdim edilmişdir.
13. Üçüncü ş əxsin vəkili və eyni zamanda nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpası vəsatətdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmisi X1 infarkt keçirməsi və övladlarının Azərbaycan Respublikası vətəndaşları olmaması və Azərbaycan Respublikasından kənarda yaşamaları ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasında onun yanında olmuşdur. Əmisinin xx.xx.2024-cü il tarixdə vəfat etməsi və xx.xx.2024-cü il tarixdə yas mərasimi verməsi ilə əlaqədar Ağstafa rayonunda olduğundan qərardan vaxtında kassasiya şikayəti verilməmişdir.
14. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə göstərilən halları təsdiq edən hər hansı sübut (əmisi kimi təqdim etdiyi şəxslə həqiqətən qohumluq münasibətlərinin olduğunu təsdiq edən sənəd, həmin şəxsin xəstəxanada müalicə alması və daha sonra vəfat etməsini təsdiq edən sübutlar) ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə ərizədə istinad edilən əsasların mövcudluğu təsdiq olunmadığından, müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Ona görə də, müddətin bərpasına dair ərizə təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmalıdır.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Nef t Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-1071/2024 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.