Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-306/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin əsassızlığı; iddianın uğurluluq ehtimalının olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: “X1” MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 21(103)-1609/2020 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 2015-ci il 14 yanvar tarixli, 13 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmişlər.
2. Eyni zamanda, iddiaçılar iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, “X1” MMC tərəfindən iddiaçılara məxsus sökülmüş mənzillərin (x küçələrinin kəsişdiyi yerdə, cavabdeh tərəfindən göstərilmiş iddia ərizəsində ünvanlara aid) yerində hündürmərtəbəli binanın tikilməsinə qadağa qoyulmasını xahiş etmişlər.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 26 fevral tarixli, 2-1(112)-3658/2020 nömrəli qərardadı ilə “X1” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 avqust tarixli, 2-1(112)-3658/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda “X1” MMC tərəfindən iddiaçılara məxsus sökülmüş mənzillərin (x küçələrinin kəsişdiyi yerdə, cavabdeh tərəfindən göstərilmiş iddia ərizəsində ünvanlara aid) yerində hündürmərtəbəli binanın tikilməsinə hazırkı iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağa qoyulmadığı təqdirdə, ərizəç ilərin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasını ərizədə əsaslandırmamışlar.
6. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1609/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı2 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvə qqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
10. Məhkəmə tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 29-cu maddəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 40.1, 40.2 və 43-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur.
11. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2003-cü il 18 sentyabr tarixli, 466 nömrəli sərəncamının surətindən görünür ki, müvafiq sərəncama əsasən, “Nehrəm” Holdinq kompaniyasını n müraciəti və Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 945 nömrəli məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, X2 Olunması və Özəlləşdirilməsi Departamentinin 000048 nömrəli şəhadətnaməsi) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilməsi qərara alınmışdır (5-ci bənd). Ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi “Nehrəm” Holdinq kompaniyasının vəsaiti hesabına həyata keçirilsin (5.1-ci bənd).
12. Göründüyü kimi sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi “Nehrəm” Holdinq kompaniyasının vəsaiti hesabına həyata keçirilməli və həmin sərəncamın icrasına nəzarət cavabdeh tərəfindən həyata keçirilməlidir.
13. İş materiallardan göründüyü kimi iddiaçının razılığı alınmadan və ona heç bir kompensasiya ödənilmədən mənzillər sökülmüş və mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
14. İddiaçı1 tikintinin aparılmasına razılıq verməsi İddiaçı2 razılığı kimi qəbul edilə bilməz.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə İPM) 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. İPM-in 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının ge dişində verilə bilər. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İPM: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqla rının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqların ın qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. Şikayətin əsassızlığı ilə bağlı məhkəmə kollegiyasının qənaəti, ilk növbədə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin əsassız olmasından, ərizənin əsassızlığı isə ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalının olmamasından irəli gəlir. Bu zaman nəzərə alınmalıdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı tələb, təkcə inzibati aktın icrasının dayandırılması ilə bağlı deyil, həm də müdafiə xarakterli digər tədbirlərin t ətbiqində də qüvvədədir. Belə ki, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi irəli sürülmüş məzmunda iddia tələbinin uğurluluq ehtimalını da şərtləndirir (İPM-in 43.1.2-ci maddəsi).
24. İddianın bilavasitə uğurluluq ehtimalına gəldikdə, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı öz tələbinin hüquqi əsası kimi, ilk növbədə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddələrinə istinad edərək cavabdehin sərəncamının qanunsuz olduğunu, İPM-in 32.1-ci maddəsinə istinad edərək mübahisələndirmə haqqında iddia vasitəsi ilə inzibati aktın ləğvini əsaslandırmış, lakin iddia ərizəsinin nəticə hissəsində sərəncamın etibarsız hesab edilməsini tələb etmişdir.
25. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inz ibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
26. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
27. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
28. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati ak t qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3).
29. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən v ə ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
30. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icra at haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Başqa sözlə, inzibati aktın qanunsuz olması, hələ onun etibarsız olması demək deyil.
31. Eyni zamanda, maraqlı şəxs etibarsız hesab etdiyi inzibati aktın ləğv edilməsinə dair «mübahisələndirmə haqqında» iddia qaldıra bilər. İddia əsaslı olduğu halda, həmin inzibati akt inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi səbəbi ilə qanunsuz sayıla və ləğv oluna bilər.
32. Qanunsuz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
33. İddia ərizəsinə görə, iddiaçılar cavabdehin sərəncamının etibarsız hesab edilməsini tələb e dirlər. Lakin «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri mövcud deyil.
34. İddiaçılar da iddia ərizəsində «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb ola bilən əsaslardan hər hansı birini göstərməmişlər.
35. Beləliklə, irəli sürülmüş məzmunda iddia tələbinin ilkin məhkəmə araşdırması zamanı uğurluluq ehtimalının olmaması hazırkı məzmunda ərizənin təmin olunmasını istisna edir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli, 2-1(103)-1609/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Q ərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov