Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-306/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2107/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. Əmək kitabçasının qeydlərinə əsasən o, 18.04.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə 11.08.2020-ci il tarixədək işləmişdir.
2. İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 08 oktyabr 2020-ci il tarixli, **********4 saylı məktubla müraciətin tə min olunmasından imtina edərək bildirmişdir ki, dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 03 ay 04 gün) olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyanın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2016cı il tarixdən 11.08.2020-ci il tarixə qədər işləməsi nəzərə alınaraq pensiyasının yenidən hesablanması və Azərbaycan Respublikası Dövlət Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi və pensiyasının buna uyğun hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əs aslandırmışdır ki, o, 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində (32 il) informasiya texnologiyalarının tətbiqi sahəsində müxtəlif vəzifələrdə, əsasən şöbə müdiri vəzifəsində (24 il) işləmişdir. 07.05.2009-cu il tarixdən 11.08.2020-ci il tarixədək Ali Məhkəmədə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixli redaksiyasına qədərki redaksiyasının 7-ci maddəsinə əsasən pensiya hüququ 01 iyul 2016-cı il tarixdən yarandığından, onun həmin dövrdə qüvvədə olan qanuna əsasən dövlət qulluqçusu kimi pensiya almaq hüququ vardır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsa ssız olmuşdur.
5. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixinədək işləməsi nəzərə alınaraq pensiyasının yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2 -1(112)-2572/2021 saylı, 03 mart 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2572/2021 saylı, 16 may 2021-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçının pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığı üçün pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi, 01.07.2016-cı il tarixdən 11.08.2020-ci il tari xinə qədər işləməsi nəzərə alınaraq pensiyanın yenidən hesablanması və ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumilikdə 43 il 3 ay 18 gün dövlət qulluğu stajı olduğundan, həmçinin onun yaşa görə əmək pensiyası hüququ 63 yaşı tamam olduğu vaxtdan yarandığından onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsində (01.07.2017-ci il tarixədək) göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. B akı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2107/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2572/2021 saylı, 16 may 2021-ci il tarixli qərarı - “ötən müddət (4 il 2 ay) üzrə yığılmış pensiyanın ödənilməsi” hissəsində dəyişdirilmiş, iddiaçıya 26.08.2017-ci il tarixdən 11.08.2020-ci il tarixə qədər olan dövr üzrə almadığı pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğun da xidmət illəri kimi hesab edilməsi, pensiya hüququnun 01.07.2016-cı il tarixdən yarandığı üçün və onun dövlət qulluğunda ümumilikdə iş stajının 43 il 03 ay 18 gün təşkil etdiyini nəzərə alaraq, pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbini (həmin əlavələr pensiya təyin edilməsi üçün nəzərə alınmadığından) təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
13. İddiaçının “ona pensiyanın 07.07.2016-cı il tarixdən 11.08.2020-ci il tarixə qədər işləməsi nəzərə alınmaqla hesablanaraq yığılmış pensiyanın (4 il 2 ay) ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi 26.08.2020-ci il tarixdən əvvəlki üç il üzrə, yəni 26.08.2017ci il tarixdən başlayaraq 11.08.2020-ci il tarixə qədər işləməsi nəzərə alınmaqla, həmin tarixədək olan dövr üzrə hesablanaraq ödənilməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmas ını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
16. Belə ki, iddiaçı 26 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, d övlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (11 il 3 ay 4 gün) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sos ial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrak ı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında;... 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5 Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1 Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. (06 mart 2018-ci il tarixədək olan redaksiya)
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Belə ki, apelyasiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmiş, qərarı cavabdeh mübahisələndirilsə də, iddiaçı iddi anın təmin edilməyən hissəsi barədə şikayət verməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Belə ki, cavabdeh iddiaçının 15 ildən az (11 il 3 ay 4 gün) dövlət qulluqçusu stajının olmasını əsas gətirərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz olduğunu hesab edir.
26. Məhkəmə tərkibi cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin ödənilməsi tələb olunur: 1) 62 yaş (01.01.2012-ci il tarixdən sonra 63 yaş); 2) 12 il sığorta stajı.
27. İşin hall arına görə, iddiaçının 63 yaşı 01.07.2016-cı il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçı 18.04.1977-ci il tarixdən 01.07.2016-cı il tarixə kimi müxtəlif vəzifələrdə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, bu da onun dövlət qulluğunda ümumi iş stajının 12 ildən çox (39 il 2 ay 10 gün) olduğunu deməyə əsas verir. Buna görə də hazırki işdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) nəzərdə tutulan yaş və stajla bağlı şərtlər ödənildiyindən iddiaçının yaşa görə əmək pensiyası hüququnun məhz 63 yaşının tamam olduğu vaxtdan, yəni 01.07.2016-cı il tarixdən yarandığı müəyyən olunur.
28. Apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensi yası təyin olunarkən onun dövlət qulluğunda ümumi sığorta stajı nəzərə alınmamış və pensiya hüququnun yaranma tarixi düzgün müəyyən edilməmişdir. Bundan başqa, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan əlavələri iddiaçıya münasibətdə tətbiq etməkdən imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İddiaçının pensiya hüququ 01.07.2016-cı il tarixdən yarandığından, ona həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi tətbiq edilməlidir.
29. Yuxarıdakı bənddə qeyd edilən, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələbinə görə, şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. Hazırki işdə iddiaçının 0 1.07.2016-cı il tarixədək dövlət qulluğunda olan iş stajının 5 ildən artıq təşkil etdiyi müəyyən olunur ki, bu da ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması üçün yetərlidir.
30. Bundan əlavə, iddiaçının 63 yaşının tamam olduğu, yəni 01.07.2016-cı il tarixədək işlədiyi vəzifələrin dövlət qulluğunda iş stajı kimi nəzərə alınması barədə məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzr ə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya).
31. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin birinci bəndinə görə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır.
32. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur.
33. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 15/1-45 saylı, 26 fevral 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində Baş Hesablama Mərkəzinin adı olmadığı üçün bu təşkilatd a çalışmış M.C.xxxxə dair məlumatların həmin reyestrə daxil edilmədiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 19 noyabr tarixli 364 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş X2 Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılaraq, ləğv edildiyinin nəzərə alınması xahiş olunmuşdur. M.C.xxxxin işlədiyi vəzifələrin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması ilə bağlı isə aidiyyəti üzrə X3 müraciət edilməsi tövsiyə olunmuşdur
34. Birinci instansiya məhkəməsinin verdiyi sorğuya Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçı barədə “Dövlət qulluqçularının reyestri” informasiya sisteminə Azərbaycan Res publikası Ali Məhkəməsi tərəfindən daxil edilmiş müvafiq məlumatlara əsasən, onun 18.04.1977-ci il tarixdən 07.05.2009-cu il tarixədək işlədiyi qrup rəhbəri, şöbə müdiri, şöbə müdirinin müavini, 12.05.2009-cu il tarixdən 11.08.2020-ci il tarixədək isə Azərbaycan Respublikası Ali Məhkəməsi aparatında və işlər idarəsində şöbə müdiri vəzifələrində çalışdığı müəyyən olunur ki, bu vəzifələr də “İnzibati və yardımçı vəzifələrin” Təsnifat Toplusunda sadalanan dövlət qulluqçusu vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud o lmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) v əzifəsi İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə, bölmə rəhbəri –bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır.
35. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, barəsində şikayət verilən qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2107 /2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qətidir.