Məhkəmə qərarları › İş №2-1(102)-306/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-306/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-306/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19.04.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)195/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,01855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən AA seriyalı, 042307 nömrəli “Torpaq sahəsini planı və ölçüsü” tərtib edilmişdir.

2. İddiaçıya məxsus olan və ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin 814.5 kv.m hissəsi “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013cü illər üçün X4 təsdiq edilməsi haqqında” Azərbaycan Respubli kası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən inşa edilmiş Bilgəh-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Saray qəsəbəsinin ərazisindən keçən hissəsində yolun tikintisi altına düşdüyündən, həmin 814.5 kv.m hissəyə münasibətdə ona kompensasiya olaraq 24.400.00 ( iyirmi dörd min dörd yüz) manat pul ödənilmişdir. İddiaçı sonradan yolun mühafizə zolağına düşən, təyinatına görə istifadəsi qeyri-mümkün olan 0.01888 kv.m torpaq sahəsinə görə də 5565 (beş min beş yüz altmış beş) manat məbləğində dəymiş zərərin (kompensasiyanın) ödənilməsini tələb edir.

3. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh 04 noyabr 2020ci il tarixli, Ş-3/16-7765 nömrəli məktubla iddiaçının m üraciətinə cavab olaraq bildirmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün X4 təsdiq edilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində təyinatı üzrə istifadəyə tam yararsız vəziyyətə düşmüş, yolun mühafizə (qorunma) zolağına düşən, Abşeron rayonu, Saray qəsəbəsi ərazi sində yerləşən (reyestr nömrəsi **********49 olan) torpaq sahəsinə görə cavabdehdən 5565 (beş min beş yüz altmış beş) manat miqdarında pul məbləğinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və ümumi sahəsi 1000 kv.m (0.10 ha) olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Sonradan “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün X4 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən hazırlanmış kadastr planına əsasən (**********14 saylı çıxarış) ona məxsus olan və ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin 814.5 kv.m hissəsi yolun tikinti sahəsinə düşdüyündən, yalnız həmin 814.5 kv.m hissəyə münasibətdə dəyən ziyana görə 24.400.00 ( iyirmi dörd min dörd yüz) manat pul ödənilmişdir. Sonradan yolun mühafizə zolağına düşən, təyinatına görə istifadəsi qeyri-mümkün olan 0.01888 kv.m torpaq sahəsinə görə də dəymiş zərərin (kompensasiyanın) ödənilməsi tələbi ilə cavabdehə yazılı müraciət edərək, 5565 (beş min beş yüz altmış beş) manat pulun ödənilməsini xahiş etmişdir. Nəzərə almışdır ki, torpağın 1 sotunun dəyəri 3000 (üç min) manatdır və bu nəzərə alınaraq tikinti altına düşən 814.5 kv.m h issəyə görə sotu 3000 ( üç min) manat hesablanmaqla, ona 24.400 manat pul ödənilmişdir (3000 manat * 814.5 kv.m = 24.435 manat).

6. Hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Yuxarıda qeyd edilən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi nəticəsində ona məxsus olan torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin torpaqdan hətta təyinatı üzrə istifadə mümkün deyil, çünki qeyd edilən torpaq sahəsi birbaşa yola bitişikdir. Torpağın ona məxsusluğu isə sadəcə formal olaraq sənəd üzərində qalıb. Hesab edir ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində qorunma (mühafizə) zolağında yerləşən, kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.01855 kv.m olan torpaq sahəsi təyi natı üzrə tam yararsız vəziyyətə düşdüyündən, torpağın ümumi dəyəri olan 5565 manat pul məbləği də ona ödənilməlidir. Belə ki, qeyd edilən ərazidə torpağın dəyəri 3000 manatdır və 0.01855 ha torpaq sahəsinin dəyəri 5565 manat təşkil edir. 814.5 kv.m torpaq sahəsinə dəyən ziyan ödənilən zaman da da torpaq sahəsinin qiyməti 1 sot üçün 3000 manat miqdarında hesablanmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla, cavabdehin ona ödəməli olduğu pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, qeyd edilən pul məbləği ona ödənilməlidir.

7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin ilkin olaraq 814.5 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 24.400 manat dəyə rində müəyyən edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 24.435 manat məbləğində kompensasiya "xxxx" ASC-nin “Rabitə” filialına İddiaçı Binyat qızının adına köçürülmüş və iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə alınmışdır. Daha sonra, iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.01888 ha hissəsinin də yolun tikintisi altına düşdüyünü bildirmiş və torpaq sahəsinin həmin hissəsinə görə də kompensasiyanın ödənilməsini xahiş etmişdir.

8. İddiaçıya məxsus torpaq sahəsinin qalan 0.01888 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Sumqayıt avtomob il yolunun tikintisi layihəsi çərçivəsində yolun tikintisi altına düşməmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. İddiaçı torpaq sahəsinin qalan hissəsinin cavabdeh tərəfindən həyata keçirilən Bakı-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının cavabdehə müraciətində qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, qalan torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsi və bununla bağlı kompensasiyanın ödənilməsi məsələsinə gələcəkdə tikinti işləri başlanan zaman baxılacaqdır. Göstərənlərə əsasən hesab edir ki, iddiaçının hüququnun pozulması müəyyən olunmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(118)-1381/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

10. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(118)-1381/2021 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.01855 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 3.710 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi c avabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi layihə üzrə tikinti işləri başlanan zaman ziyanla bağlı kompensasiyanın ödənilməsi məsələsinə baxılacağını qeyd etmişdir. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, iddiaçıya kompensasiya ödənilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda da iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış olur. İş materiallarına əlavə olunmuş “X5” Əmlakın Qiymətləndiril məsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, CEG-M169 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun tikintisi altına düşmüş və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 sotunun bazar dəyəri 2000 manat müəyyən edilmişdir. Ümumilikdə, iddiaçıya dəymiş ziyanın məbləği 3.710 manat (2000 manatx1,855 sot=3.710 manat) təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla hazırlanmış, torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm amasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-195/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva-sədrlik edən, F.Məmmədov və Z.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1381/2021 nömrəli iş üzrə 6 dekabr 2021-ci il tarixli qərarı qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilmiş, İddiaçı, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.01855 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 5565 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yoll arı Dövlət Agentliyinin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutların tədqiqi nəticəsində iddiaçıya məxsus 0.01855 ha torpaq sahəsinin məhz Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi tam sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 noyabr 2020-ci il tarixli, Ş-3/16-7765 nömrəli məktubda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) layihə çərçivəsində işlərin dayandırıldığı, tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsinin bərpa olunacağı bildirilmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, kollegiya tərəfindən iddi açının xüsusi mülkiyyətində olan 0.01855 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşüb-düşməməsi, hansı hissədə düşdüyü, torpaq sahəsi tikinti altına düşmədiyi təqdirdə “Bilgəh-Sumqayıt avtomobil yolunun” mühafizə zolağına düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi və qeyd edilən torpaq sahəsinin tikinti altına və ya mühafizə zolağına düşdüyü təqdirdə, həmin ərazinin nə qədər təşkil etməsi barədə kadastr planının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Sorğuya cavab olaraq qeyd edilən İdarə tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, i ddiaçının RX seriyalı, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01855 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşür, iddiaçının naturada göstərdiyi torpaq sahəsi tam olaraq “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşür. Həmçinin, mütəxəssis rəyinə əlavə edilən orto-foto xəritədən çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan 0.01855 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun” mühafizə zolağına deyil, birbaşa layihə çərçivəsində avtomobil yolunun tikintisi altına düşür.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilmə si dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“BilgəhSumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun təl əblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

18. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

19. Apellyasiya instansiyası iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icra at zamanı “X5” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, qiymətləndirilən ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 sotunun bazar dəyəri 2000 manat hesablanmışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən, torpaq sahəsinin 814.5 kv.m hissəsinə münasibətdə cavabdeh orqan tərəfindən iddiaçıya dəyən ziyana görə (1 kv.m üçün bazar qiymətinə 20 faiz əlavə də daxil 30 manat olmaqla), ümumilikdə, 24400 manat pul ödənilmiş, qalan 0.01855 ha torpaq sahəsinin də sonradan tikinti altına düşməsi ilə əlaqədar iddiaçı kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin 814,5 kv.m hissəsinin yolun tikintisi altına düşdüyünü və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablandığını, kompensasiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə, 24400 manat dəyərində müəyyən edildiyini və hesablanmış 24435 manat məbləğində kompensasiyanın iddiaçının bank hesabına köçürüldüyünü qeyd etmişdir. Yəni, həmin fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya tikinti altına düşmüş 814.5 kv.m torpaq sahəsinə görə 1 kv.m üçün 30 manat kompensasiya ödənilmişdir və hazırda da iddiaçı tələbində tikinti a ltına düşmüş qalan 185,5 kv.m torpaq sahəsinə görə də həmin məbləğdə kompensasiya tələb edir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edib ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv.mnə görə ödənilməli olan məbləğlə (1 kv.m üçün 30 manat) bağlı mübahisə olmadığından, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac yoxdur.

21. Məhkəmənin qənaətinə görə, iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin 814,5 kv.m hissəsinə görə 2014-cü ildə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin 1 sotu üçün 3000 manat, ümumilikdə 24435 manat məbləğində kompensasiya ödənildiyindən, torpaq sahəsinin qalan 185,5 kv.m hissəsi də layihə çərçivəsində yolun tikintisi altına düşdüyündən həmin hissəyə münasibətdə də iddiaçıya eyni qaydada, 5565 manat (185,5 x 30 = 5565) məbləğində kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan “X5” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyini əsas götürməklə, iddiaçıya ödəniləcək kompensasiyanın məbləğini 3.710 mana t müəyyən edərək iddianı qismən təmin etməkdə haqlı olmamışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının müraciətlərinə cəmiyyət tərəfindən rəsmi qaydada cavab verilmişdir ki, qalan 0.01855 ha torpaq sahəsi avtomobil yolunun təhkim zolağından kənarda yerləşməsi səbəbindən, yolun tikintisi altına düşmədiyi üçün kompensasiya hesablanmamış və Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. İddiaçının mülkiyyətində qalan torpaq sahəsinin yolun tikinti si altına düşüb-düşməməsi işin mübahisəli halıdır. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus qalan torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcəsi qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılm ası, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət e htiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özü nüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı 28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlər inin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətin i ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəal iyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirlər i həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq əd alətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. 29. “Qiymətləndirmə haqqında” Qanun Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 30. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol Maddə

1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

31. İnzibati Prosessual M əcəllə Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

33. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassas iya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi və mə bləği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

39. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən o lunmuş hallarından görünür ki, hazırkı mübahisə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi çərçivəsində iddiaçıya məxsus və ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin yalnız 814.5 kv.m hissəsinin deyil, həm də yerdə qalan 0.01888 kv.m hissəsinin də yolun tikinti sahəsinə düşməsi ilə bağlıdır. Cavabdeh tərəfindən torpaq sahəsinin yalnız 814.5 kv.m hissəsinə münasibətdə kompensasiya ödənilmiş, qalan 0.01888 kv.m hissəsinə görə isə kompensasiya ödənilməmişdir. İddiaçı həmin hissəyə münasibətdə 5565 (beş min beş yüz altmış beş) manat kompensasiyanın ödənilməsini tə ləb edir. 40. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların müddəaları baxımından, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

41. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla t əsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

42. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları üçün torpaqların alınması mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə bağlı əmlakın mülki yyətçidən alınmasına ehtiyacın yarandığı hallarda da, sözügedən alınma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

43. İddiaçıya məxsus 0.01855 ha torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* nömrəli çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01855 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşür, iddiaçının naturada göstərdiyi torpaq sahəsi tam olaraq Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşür. Həmçinin, mütəxəssis rəyinə əlavə edilən orto-foto xəritədən çıxarışdan da iddiaçının mülkiyyətində olan 0.01855 ha torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun mühafizə zolağına deyil, layihə çərçivəsində birbaşa avtomobil yolunun tikintisi altına düşdüyü görünür. Bu zaman həm də iddiaçıya məxsus torpaq sahəsinin tamlığının pozulduğu, torpaq sahəsindən cüzi bir hiss ənin qaldığı və istifadə məqsədləri baxımından həmin sahənin əvvəlki əhəmiyyətini itirdiyi də nəzərə alınmalıdır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin 814,5 kv.m hissəsinə görə 2014-cü ildə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin 1 sotu üçün 3000 manat, ümumilikdə 24435 manat məbləğində kompensasiya ödənildiyi və bununla bağlı tərəflər arasında qarşılıqlı razılaşma olduğu nəzərə alındıqda, torpaq sahəsinin qalan 185,5 kv.m hissəsi üçün də iddiaçıya eyni qaydada, yəni 5565 manat (185,5 x 30 = 5565 ) məbləğində kompensasiyanın ödənilməsi barədə apelyasiya məhkəməsinin qənaəti qəbul edilməlidir.

45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.01855 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 5565 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edi lmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(105)-195/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar